• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-01-2020, 10:33

10 ildir şəhid ailəsinə rədd cavabı verilir... - GİLEY

10 ildir şəhid ailəsinə rədd cavabı verilir... - GİLEY

Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumalrın rəhbərlərinə müraciət edən şikayətçi yazır:
"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərlə əlaqədar mən də şəhid (Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi, 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam. Lakin əvvəlcə növbəyə durmağım üçün Şəki İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Əvvəl dedilər ki, bu sənədləri topla gətir. Sonra dedilər ki, siz Bakıya gedib Sosal Təminat Nazirliyində mənzil qeydiyyatına alınmalısınız və buna bənzər “Şəki nağılları”ilə hər dəfə bizi vicdansız məmurlar süründürməçiliyə saldılar. Baxmayaraq ki, Şəki İcra Hakimiyyətinin başçısının 1-ci müavini cənab Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşaqları olublar.
Çox get-gəldən sonra axır ki, 2011-ci ildə minnətlə məni mənzil qeydiyyatına aldılar. Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun, 9 ildir ki, gözləyirik, hələ də mənzil növbəmiz çatmır ki, çatmır.
Məlumat var ki, ƏƏSMN 2005-ci ildən indiyədək məhz şəhid ailələri və Qarabağ əlilləri üçün 6 ədəd çoxmənzilli binalar tikib istifadəyə vermişdir. Deyilənlərə görə, dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti saxta əlilliyi olan və olmayan kənar şəxslərə “paylanmışdır”. Hesab edirik ki, bu faktları yerində araşdırmaq o qədər də çətin deyil. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmamışdır.
Qeyd edim ki, şəhid oğlum Faiqin əmisi Şamil Mahmudov Baş nazirin müavini olmuş cənab Abid Şərifovla quda olmuşlar. Və çox təəssüf ki, ağsaqqalımız Abid müəllimin də bizim mənzil növbəmizin çatmasına köməklik etməyə gücü çatmamışdır.
Xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq idi. Bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə ev, nə torpaq sahəsi, nə avtomobil, nə maddi yardım verilməmiş, nə də övladlarımdan hər hansı birini işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da, dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq.

1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O, cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib muzdla işləyib, həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyif ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Düzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də, qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadğından toy edə bilmirəm. Nə qədər gözləmək olar? Axı şəhid oğlum Faiq adi əsgər olmamışdır ki, təsadüfi düşmən gülləsindən şəhid olsun. O, 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olmuşdur. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı, tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədd boyu hücumlarının qarşısını almış və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərək geri çəkilmək zorunda qalmışdır. Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdir.
Zəngilanın işğalından sonra Faiq Fizuli rayonu istiqamətində döyüşlərdə və Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak etmişdir. Çox təəssüflər olsun ki, o vaxt daxili qoşunların briqda komandirinin müavini vəzifəsini icra edən polkovnik Sabir Şabanovla aralarında davam edən ziddiyətli soyuq münasibətlərə 1994-cü ilin yanvarın 27-də, saat 16-00-da son qoyulur. Belə ki, o zaman Namiq oğlum da Faiqin yanında könüllü olaraq birlikdə cəbhədə döyüşürdülər. Yanvarın 27-də gecə döyüşdən sonrakı istirahət vaxtı S.Şabanov Faiqin otağına daxil olaraq özü ilə daha iki nəfəri götürüb təcili olaraq yaxınlıqdakı təpədən düşmən mövqeni müşahidə etməyə getməyi əmr edir. Namiqin dediyinə görə, Faiq ona qalmağı tapşırır və özü ilə iki nəfəri götürüb Şabanovla gedirlər. Bu, onun son gedişi oldu. Belə ki, Şabanov əvvəlcədən təyin etdiyi koordinata çatdıqda əmr verir ki, qabaqda Faiq olmaqla üçbucaq (sacayağı) formada düzlənib müşahidəyə hazır olsunlar. Özü isə 40-50 metr kənara çəkilərək durbinlə qarşı tərəfi müşahidə etməyə başlayır və elə bu anda, saat 16-00-da hər üç əsgərin düz ortalığına əvvəlcədən hesablanmış koordinat üzrə düşmənin mina mərmisi düşür. Və hər üç əsgərimiz şəhid olur.
Faiqi yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn etdik. Vətən xaini polkovnik Şabanov sonralar general oldumu-qaldımı xəbərimiz yoxdur.
Bir daha xatırlatmaq istəyirəm ki, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq, amma kimsəyə əl açmamışıq. Hazırda 73 yaşım var. Xəstəyəm.
Cənab Prezident və Mehriban xanım!
Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək üçün bir şəhid ailəsi olaraq evlə təmin olunmağımıza köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".

DİA.AZ-a son müraciətində yazan Şəhidd anası bildirir: "Çox təəsüflər olsun ki, 24 gündür ki, müraciətimə cavab verən yoxdur. Ümumiyyətlə maraqlanmırlar. Mənzil növbəsinə məndən sonra qeydiyyata alınanlar məndən qabaq mənzil alıblar. Mənim 5000 manatım yoxdur. İndi mən bu 73 yaşımda ümidimi birdəfəlik üzümmü?"

Redaksiyadan: Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az