• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-02-2018, 08:34

Sumqayıt hadisələrinin şahidi olan hüquqşünasdan şok açıqlamalar...

Sumqayıt hadisələrinin şahidi olan hüquqşünasdan şok açıqlamalar...
Əsabəli Mustafayev: “Bunları bizim o “qəhrəmanlar” edirdilər”
Sumqayıtda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribat xarakterli qətllərin növbəti ildönümü yaxınlaşır. 1988-ci il fevralın 27-29-da baş verən bu faciə ilə bağlı hər il bu ərəfədə yeni-yeni faktlar, fikirlər meydana çıxır. Bu il də istisna deyil.

Fevralın 22-də Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun bu hadisələrlə bağlı birgə yaydıqları bəyanatda da yeni məlumatlar var. Hər iki rəsmi dövlət qurumu 30 il əvvəlki qətliamın bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində tədbirlərin davam etdiyini bildiriblər.

Sumqayıt hadisələri vaxtı bu şəhərdə yaşayan və həmin faciənin şahidi olan hüquqşünas Əsabəli Mustafayev musavat.com-a yeni faktları açıqlayıb: “O zamanlar İcraiyyə Komitəsində işləyirdim. Həmin hadisələrlə bağlı gördüyüm və üzdə olan məsələlərdən məlumatlıyam. Bunun üçün də gördüklərimi və bildiklərimi deyəcəm. Məxfi sənədlərdə olan məlumatlar barədə nəsə deyə bilmərəm. Çünki istintaqın aparılmasında olmamışam. O ərəfədə Qərbi Azərbaycandan çoxsaylı insanlar gəlməyə başladı. Onların bir hissəsi Qarabağa gəlsə də, onları orada yerləşdirməyə imkan vermədilər. Bu səbəblə onları Bakı və Sumqayıta göndərdilər. 1988-ci ilə qədər Sumqayıtda ermənistanlı çox idi. Görünür, bu səbəbdən həmin qaçqınların bir hissəsi Sumqayıta gətirildi. O zaman Ermənistanda azərbaycanlıların başına gətirilən müsibətləri mətbuat yazmırdı. Bura gələnlər artıq o müsibətləri danışmağa başladılar. Bu da insanlarda hiddət yaratdı. Nəticədə mərkəzi meydanda etiraz mitinqləri başladı. Həmin yer iş pəncərəmin düz qarşısı idi. Orada bilinmirdi ki, mitinqin təşkilatçıları kimlərdir. Həmin vaxt Sumqayıtın I katibi olan Cahangir Müslimzadə məzuniyyətdə idi. Onu təcili geri çağırdılar. Qaçqınlar mitinqə gəlib orada çıxış edib, başlarına gətirilən hadisələrdən danışırdılar. Nəticədə bu, bir az da əhalidə hiddət yaradırdı. Bilmirəm, hansı səbəbdənsə, yaxud kimlərinsə tapşırığı ilə mitinqin iştirakçıları hərəkət etməyə başladılar. Orada da minlərlə insan var idi. Cahangir Müslimzadə də kütlənin qarşısında gedirdi ki, onlar dağıntılara yol verməsinlər. Partiya komitəsinin işçiləri də çalışırdılar ki, insanlar qanunsuz hərəkətlərə yol verməsinlər. C.Müslimzadə kütləni şəhər meydanından çıxardı, dəniz qırağı yolla, indiki Səməd Vurğun küçəsi ilə getməyə başladıq. Həmin gün mitinq bir qədər sakit keçdi. Qış vaxtı idi, havalar da çox soyuq keçirdi. Mitinqlərdə şahidi olduğum bir faktı deyim. Dediyim kimi, hava soyuq olduğundan insanlar qalın geyinmişdilər. Mitinqdəki bəzi mülkü geyimlilərin paltolarının altında dəyənəklər var idi. Bu dəyənəklər adətən polislərdə olur. O zaman bunları birinci dəfə idi ki, görürdüm. Çünki o vaxt bu dəyənəklər polislərə verilmirdi. Yəqin ki, xüsusi təyinatlılara verirdilər. Deyə bilmərəm ki, mitinqə dəyənəklərlə gələnlər kimlər idilər, hansı məqsədlə bu şəkildə gəlmişdilər. Görünür, müəyyən məqsədləri var idi. Çalışırdıq ki, o hadisələrin qarşısını alaq. Mobil telefonlar o dövrdə olmadığından əlaqə yaratmaqda çətinliklər çəkirdik. Eşidirdik ki, filan yerdə ciddi hadisələr baş verir, ora dərhal gedib insanları sakitləşdirməyə çalışırdıq. Digər yerlərdə də bu tipli hadisələr baş verirdi. Hiss olunurdu ki, xüsusi planlaşdırılmış ssenari var. Adi insanlar bunları edə bilməzdi. Bu baxımdan bu hadisələrin sifarişçiləri və təşkilatçılarının olduğunu bəzən əminliklə söyləmək də olar. Əsas iki gün ciddi hadisələr yaşandı. Ondan sonra sakitlik başladı. Sumqayıta qoşun da yeridilmişdi. Ölənlərin dəfn olunması ilə bağlı komissiya yaradılmışdı, məni həmin komissiyaya daxil etmişdilər.

Ölənlərin öz dininə uyğun şəkildə həmin yas mərasimlərini necə lazımdırsa, elə də təşkil etdik, bütün xərcləri İcraiyyə Komitəsi öz üzərinə götürmüşdü. Bizim gördüyümüz bunlar idi, yəni adi insanların gördüklərini bizlər də görmüşdük. Bu hadisələrlə bağlı gedən istintaq qrupunda olan bəzi azərbaycanlılar qəhrəmanlıqlarından danışa bilərlər, ciddi işlər gördüklərini deyərlər. Amma bir faktı da deyim ki, biz komitə işçiləri ciddi təzyiqlər altında idik. Kimin dilindən Ermənistanda azərbaycanlıların başına hansı oyunların gətirilməsi ilə bağlı bir fikir səslənirdisə, onu dərhal çağırıb, sorğu-sual edirdilər. Bunları bizim o “qəhrəmanlar” edirdilər. Kimliyindən asılı olmayaraq, hər kəs böyük təzyiq altında idi. Şəhəri hərbçilər idarə edirdilər, yəni azərbaycanlılar idarəçilikdə deyildilər. Biz hadisələri sadəcə, müşahidə edirdik ki, nə ilə bitəcək”.

Cavanşir ABBASLI,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az