• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-01-2020, 13:44

Samir Şərifov yola salınacaqmı? - O, yeni komandada "köhnə yamağa" bənzəyir...

Samir Şərifov yola salınacaqmı? - O, yeni komandada "köhnə yamağa" bənzəyir...

Xəbər verildiyi kimi dünən prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirə keçirib. Müşavirənn stenoqramını “Azərtac” yayıb. Prezident müşavirədə geniş giriş nitqi ilə çıxış etdikdən sonra maliyyə naziri Samir Şərifov məruzə edib. Nazir 2019-cu ilin maliyyə yekunlarından, dövlət büdcəsinin icrasından, büdcə kəsirindən, xarici borclardan və digər məsələlərdən danışarkən İlham Əliyev onun məruzəsini yarımçıq kəsərək xarici borcların azaldılması üçün 2020-ci ilin büdcəsində nə qədər vəsaitin nəzərdə tutulduğu haqda sual verib. Bu zaman Samir Şərifov suala konkret cavab vermədiyinə görə prezident ona irad tutub:

Prezident İlham Əliyev: Xarici borcun azaldılması üçün nə qədər vəsait nəzərdə tutulub?

Samir Şərifov: Möhtərəm cənab Prezident, dövlət borcunun uzunmüddətli idarə edilməsi ilə bağlı Sizin müəyyənləşdirdiyiniz strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Hazırda bizim birbaşa götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Eyni zamanda, dövlət qurumlarının, yəni...

Prezident İlham Əliyev: Onlar aydındır, yəni, 17,2 faiz. Yəni, bu il nə qədər vəsait nəzərdə tutulub? Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa.

Samir Şərifov: Bu il 1,7 milyard manat məbləğində.

Prezident İlham Əliyev: Onda hansı səviyyəyə düşəcək?

Samir Şərifov: Cənab Prezident, biz bu il bəzi tədbirlər görməyi nəzərdə tuturuq. Sizə məruzə olunduğu kimi, biz bəzi daha bahalı borcları daha ucuz borclarla əvəz etmək istəyirik. Bununla əlaqədar bəzi tədbirlər 2019-cu ildə görülüb, 2020-ci ildə də görüləcək. Biz çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın.

Prezident İlham Əliyev: Çalışın ki, daha da ensin.

Samir Şərifov: Şübhəsiz ki, ümumi daxili məhsuldan da daxil olacaq. Burada bir məsələ də var, cənab Prezident, yəni, sırf texniki məsələ də olsa, ümumi daxili məhsulumuz manat ifadəsində praktiki olaraq, burada inflyasiyanın səviyyəsi, deflyator rol oynayır. Ona görə biz onu dollara keçirəndə orada müəyyən təsirlər olur. Odur ki, nisbət baxımından burada çox böyük əhəmiyyətli azalma olmayacaq.

Prezident İlham Əliyev: İndi bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq.

Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa, əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim, əslində, xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır. O ki qaldı, Dövlət Neft Fondunun əlavə vəsait qazanmasına, əlbəttə, bu, çox müsbət haldır. İdarəetmədən daha çox pul qazanılıb. Ancaq yenə də Dövlət Neft Fondunun strategiyası ondan ibarət olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə yatıraq. Çünki bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Əlbəttə ki, məbləğ artdıqca, qazanc da artacaq. Əminəm ki, Neft Fondunun idarəetmədən əldə olunacaq gəlirləri ildən-ilə artacaq. Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq. Hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra bilmişik.

***

Dia.az olaraq bir məqama diqqət çəkməliyik ki, neçə müddətdir yola salınacağı deyilən və bir Maliyyə Naziri olaraq nəinki yarıtmazlığı sübuta yetirilən, hətta ad çirkli maliyyə oyunlarında hallandırılan Samir Şərifovun ən ali səviyyədə hansı formada "hörmətə layiq olduğu" tam olaraq ortadadır. Yəni artıq "yuxarılar" da Samir Şərifovun nazını çəkmək həvəsində deyillər və bu da aşkar səviyyədə Prezidentin Samir Şərifovun ənənəvi "nanay-nanay"larına verdiyi reaksiyasından da sezilir.

Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, əslində Samir Şərifov postunda məhz özünü doğrulda bilməsi üçün saxlanlır: "Ona vaxt verilmişdi. Amma görünəni odur ki, Samir Şərifov bu vaxtdan səmərəli şəkildə istifadə edə bilməyib. Onun yeni Prezident komandasında "yamaq" kimi göründüyü da aşkar hiss olunandır. Belə olan təqdirdə Cənab Prezidentin Samir Şərifovla bağlı daha sərt addmlar atacağı daha çox proqnozlaşdırılandır".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az