• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-01-2020, 17:54

QADIN KÖLGƏSİNDƏ GİZLƏNƏN BAŞÇI.XOŞBƏXT YUSIFZADƏNIN KÜRƏKƏNI VƏTƏNDAŞIN EVINI ƏLINDƏN ALDI-VIDEO

QADIN KÖLGƏSİNDƏ GİZLƏNƏN BAŞÇI.XOŞBƏXT YUSIFZADƏNIN KÜRƏKƏNI VƏTƏNDAŞIN EVINI ƏLINDƏN ALDI-VIDEO


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surətləri:

1.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

2. Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova

3 Azərbaycan Respublikasının Prezidentinin köməkçisi cənab Əli Həsənova

4. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qəbul şöbəsinin (adını və soyadını bilmədiyim) xanım müdirinə

Lerik rayonunda yaşayan, SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı, YAP-nın üzvü İlham İbadovdan

Telefon: 050 673 45 45

AÇIQ MƏKTUB

Cənab Prezident!

Hörmətli səlahiyyət sahibləri!

Məkri-zənən şəri tarixən olub. Evimizdə qulağım açılanı daim namaz səsi eşitmişəm. Evdə ata-atam namaz üstə belə dua edərdilər: “İlahi, məni, balalarımı və bizi istəyənləri məkri-zənən şərindən uzaq et!” Mən nə biləydim ki, məkri-zənən şəri mənim də qarşıma çıxacaq? Çıxacaq deyəndə, Lerikin İcra başçısı məni məkri-zənən şərinə salıb.

Mən Lerik rayonunun Züvüç kəndində dünyaya göz açmışam. Gənclik illərimin söhbətidir. Kəndimizdə bir qadın yaşayırdı. Əslən Şirvan şəhərindən idi. Özü də ailənin tək oğlu olan Aydın Şəfiyev adlı birisi ilə ailə qurmuşdu. Aydın çox gözəl, boylu-buxunlu, qədd-qamətli bir oğul idi. Sonradan Salyan rayonuna köçdülər. Aydın Şəfiyevin həyat yoldaşı Sara Şəfiyeva Qürbət adlı bir kişi ilə orada əlaqə qurur. Sonda isə o, hadisələrin açıldığından qorxaraq üç oğlunu və üç qızını, həyat yoldaşı Aydın Şəfiyev başda olmaqla, oynaşı ilə köməkləşərək onları yandırır. Təsadüflər üzündən körpələr qurtulur. Ağır yanıq xəsarətləri ilə. Aydın Şəfiyevin isə üstünə çoxlu benzin töküldüyündən yanıb kül olur və oradaca dünyasını dəyişir.

O vaxtlar bu hadisə dəhşətli bir olay idi. Yaşa dolduqca gördüm ki, böyüklərim nə boyda dua edərmişlər. Mən haradan biləydim ki, zaman gələcək və mənim də başıma məkri-zənən şəri zorla qondurulacaq. Ulu Tanrı biz və bizi istəyənlərdən belə şərləri uzaq etsin. Hazırda isə Lerikin İcra başçısı da qadın kölgəsində gizlənərək, özünün məkrli, hiyləgər və riyakar hərəkətlərini ört-basdır etməyə cəhd edir. Aşağıdakı suallarıma Lerikin İcra başçısından (sizlərin köməyi ilə) cavab istəyirəm:

1. Lerik rayon İcra Hakimiyyətinin sabiq başçısı Babaəli Ağayevin şəxsi təşəbbüsü ilə tikilmiş və şəxsən İH-nə məxsus olan ikimərtəbəli oteli kimə və nə üçün “peşkəş” etmisən? Hansı məqsədlə? Mənim şəxsən Babaəli Məmiş oğlu Ağayevlə həmin hotel barədə söhbətim olub. İki dəfə Lerikdə rəhbər işləyən Babaəli Ağayev deyirdi ki, o hoteli heç kəs özəlləşdirə bilməz. Bu, tam şəkildə qanunsuzdur. Əgər “üçəm” uşaq doğana bu qədər ürəyin yanırdısa, onda həmin hoteli “Relax”da işləyən və sənin şəxsi “xidmətçin” olan qadına niyə vermədin? Axı, açıq-aşkar bəlli idi ki, o hoteli özəlləşdirmək qanunsuzdur. Bunu dərk etmirsən?

2. 2007-ci ilin aprel ayında Lerik rayonuna icra “başçısı” təyin olundun. Yadındadırsa, o zaman ərazi-təşkilat məsələləri üzrə şöbə müdiri Zeynal Nağdəliyev səni rayon camaatına təqdim etdi. Guya sənə söz də verdi. Söz deməliydin. Ayağa qalxdın və heykəl kimi lal-dinməz dayandın. Danışmağa, söz deməyə qüdrətin olmadı, savadın çatmadı. İndi isə sənə sual verirəm: Bu müddətdə Lerik rayonunda mənim mənzilim kimi yağmalamısanmı? Bil və agah ol: Lerik sənin üçün Ağdam deyil! Mənim evimin üzərində apardığın, rayonda analoqu olmayan “təcrübəni” kiminsə evində aparmısanmı? Kişiliyin çatırsa, de!

3. Sən əslən ağdamlısan. Hansı gün məni çağırıb dedin ki, gəl gedək Ağdamı, ağdamlıların evini, torpağını ermənilərdən xilas edək? Mən getmədim? Olubmu belə bir söhbətimiz? Mən isə o addımı atmağa hər an, hər dəqiqə hazıram. Və sonda: Bir daha təkrar edirəm, Lerik sənin üçün Ağdam deyil! Yaşasan, nəticəsini görəcəksən. Sənə kim o səlahiyyəti verib ki, on il işsiz saxladığın üç ali təhsilli lerikli ilə bu oyunları oynayasan, bu səviyyədə qəddarlıq edəsən? Özü də qadın kölgəsində gizlənə-gizlənə. Bəs cənab Prezidentin məmurlara barmaq silkələməsindən xəbərin yoxdur? Nə zaman hörmətli Prezidentin tövsiyyələrindən nəticə çıxaracaqsan? Məncə, sən artıq gecikmisən, qatar yola düşüb.

4. Lerik rayon İcra Hakimiyyəti tərəfindən yenə də yuxarılara ötürülən məlumatlarda deyilir: “Üçəm” uşaqları olan Firuzə Quliyevaya Lerik RİH-nin balansında yerləşən 12 saylı binada ev verilib. Bir bu “başçıdan” soruşan yoxdur ki, ayə, sən o otağı İlham İbadova verəndə Firuzə Quliyevanı görmürdün? Onda gözlərin kor idi? Nə tez gözlərini müalicə etdirmisən?

5. Mən dəfələrlə qeyd etmişəm ki, bu ilin 24-ü sentyabrında Lənkəran şəhərində Azərbaycan Respublikası DİN naziri Vilayət Eyvazovun qəbulunda oldum. Ona RİH aparatında davam edən rüşvət və korrupsiya hərəkətləri haqqında ətraflı məlumat verdim. Səhəri gündən başlayaraq başıma bu olaylar açılıb. Evim əldən-ələ keçən vaxt əmim Məhəbbət İbadov bizim evə gəldi. Qarşı tərəfi də bizə dəvət etdi. Onlara dedi ki, bu adam başçıdan şikayət edib. Onunla üzbəüz dayanıb, siz bu oyunlardan kənarda qalın. Ayıb deyilmi! Biz lerikliyik, qohumuq. Axı, belə hərəkətlər yaramaz. Onlar da razılıqla bizim evdən çıxıb getdilər. Sonradan “başçı” yenə onları təkid etmiş və İcra aparatı işçilərini və polisin gücü ilə bizim evə salmışdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, əmim Məhəbbət İbadov düz yarım əsr ərzində rayonda rəhbər vəzifələrdə işləyib. lerik rayon Komsomol Komitəsinin birinci katibliyindən, Lerik rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinədək bütün rəhbər vəzifələrdə çalışıb. Sonradan Azərbaycan Respublikası Ali Sovetinin deputatı da seçilib. Bu gün bir məsələni vurğulamaq yerinə düşər ki, cənab Prezident İlham Əliyev Lerik rayonuna ilk dəfə gələndə, bir ağsaqqal kimi onu mənim əmim Məhəbbət İbadov qarşılamış və salamlamışdır. Budurmu Lerikin İcra başçısının el ağsaqqalına, böyüyə olan hörməti? Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Sonda yenə bir məsələni vurğulamaq istəyirəm. Biz və bizim ailə həmişə, hər zaman dövlətin yanında olub, dövlətçiliyə sadiq qalıb. Lakin son vaxtlar Lerik rayon İH aparatının, onun başçısının hərəkətlərinə vaxtında və düzgün hüquqi qiymətin verilməməsi bizim ailəni zorla müxalifət cərgəsinə sürükləyir. Bu hərəkətlərin Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılmaması daha çox təəccüb və təəssüf hissi doğurur.

Mən bilmək istəyirəm ki, bu hərəkətlərin başında kim durur və bu hərəkətin “Sükançısı” kimdir? İnanmaq istəyirəm ki, bu suallarıma sizin köməkliyiniz vasitəsilə cavab alacağam.

İlham İbadov, Yeni Azərbaycan Partiyasının üzvü, sabiq dövlət qulluqçusu.

Qoşma: 1(bir) vərəq.



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az