• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-02-2018, 15:02

Xətaidə seyid övladları “Günəş” əxlaqsızlıq ünvanından gün ərzində nə qədər pul qazanırlar?

Xətaidə seyid övladları “Günəş” əxlaqsızlıq ünvanından gün ərzində nə qədər pul qazanırlar?
“Çünki, bu ünvanda gün ərzində hədsiz sayda “müştəri” qəbul olunur və hər gün də xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır”

Bakı şəhəri, Xətai rayonu ərazisində, bir qədər də dəqiq desək “Xalqlar” metrostansiyasından “Günəşli” qəsəbəsi istiqamətinə gedən yolun sağ hissəsində yerləşən “Günəş” əxlaqsızlıq ünvanının qanunsuzluğa söykənən fəaliyyəti haqda, xeyli müddət bundan əvvəl də tənqidi açıqlamalar dərc etmişdik. Yəqin ki, xəbər portalımızın çoxsaylı oxucuları adı çəkilən ünvanla bağlı dərc etdiklərimiz haqda məlumatlıdırlar. Belə ki, bu obyektin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, “Günəş”in təhlükəsiz-qorxusuz fəaliyyət göstərməsinin əsas səbəbi, obyektin yüksək çinli vəzifə sahibi tərəfindən himayə olunmasıdır”. Baxmayaraq ki, “Günəş” əxlaqsızlıq ünvanını işlədən və əslən Naxçıvan MR-dan olan, həmçinin seyid nəslindən olduqları söylənilən Seyidrza və Mirdaməd adlı qardaşlar olsalar da, onu dərk etmək lazımdır ki, bu obyektin arxasında “güclü əl” dayandığından, obyekti işlədənlər hər cür təhlükələrdən sovuşa bilirlər.

Düzdür, bu gün Xətai rayonu ərazisində neçə-neçə əxlaqsızlıq ünvanları var və həmin ünvanlar içərisində “Günəş”ın adı daha çox məşhurdur. Çünki, bu ünvanda gün ərzində sayı-hesabı bilinməyən sayda “müştəri” qəbul olunur və hər gün də xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların da kökündə, adı çəkilən ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarının həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması və təhlükəsiz obyektlərdən biri olmasıdır. Faciəli hal odur ki, “Günəş” adı ilə məşhur olan bu ünvan sadə sakinlərin məskunlaşdıqları əraziyə yaxın yerdə fəaliyyət göstərir ki, bu da ətraf ərazidə yaşayan sakinlərin hədsiz dərəcədə narazılığına səbəb olmaqdadır. Buna səbəb, adı çəkilən ünvanda ifrat dərəcədə iyrənc addımların atılmasıdır. Çünki, bu ünvanda seyid nəslinin övladları olduqları bildirilən Seyidrza və Mirdaməd adlı qardaşlar elə bir iyrənc ab-hava yaradıbları ki, ünvana üz tutan “xanımlar”ın addımlarına baxdıqca, az-çox abır-həyası olan insanın özü utanır. Yəni, hər şey açıq-aşkarda olur, kimin nə aldığını, nə satdığını hər kəs bilir. Baş verənlərlə bağlı bu günə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayaraq yaşanan ab-havaya kəskin iradlarını bildirmişlər və obyekt rəhbərliyinin əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atdıqlarını da vurğulamışlar. Onlar onu da bildirmişlər ki, “obyekt sahibini xalqımıza məxsus problemlər, ümumi yaşam tərzi, gənclərin əyri yollara düşmələri, qeyd olan ünvanda minbir keçici xəstəliyin olub-olmaması və s. deyil, yalnız daha çox var-dövlət qazanmaq düşündürür. Belə bir səbəblər üzündən də, hələ ötən illərin birində qeyd olunan ünvanda yaşananları ictimailəşdirmişdik və müəyyən tədbirlərin görülməsi üçün, aidiyyəti qurumlara rəsmi məktublar da ünvanlamışdıq. Amma ətraf ərazidə yaşayan sakinlərin çatdırdıqları məlumatlara görə, bu gün də adı çəkilən ünvan “şıdırğı fəaliyyət” göstərir, bu da hər kəsi narahat etməkdədir. Çünki həmin ünvana üz tutan, yaxud da ora gətirilən “xanımlar”ın sayı çoxaldıqca, baş verən iyrəncliklərin əhatə dairəsi də artmaqda davam edir. Yəni, alan kim, satan kim! Bax budur seyid nəslinin övladları olduqları bildirilən qardaşların “Günəş”də yaşatdıqları ab-hava, atdıqları addımların varlığı. Gəlin adı çəkilən ünvanda baş verənləri birlikdə müzakirə edək və ortaq məxrəcə gəldiyimiz qənaəti də birbirimizlə bölüşək. Görəsən səbəb nədir ki, “Günəş”də Seyidrza və Mirdaməd qardaşları hər cür hoqqalara qol qoyurlar, baş verənlərə birbaşa cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşları isə susmağa üstünlük verirlər. Deməli, “torbada qara pişik” var ki, bu cür yanaşma da sərgilənir.

Bəli, bu da danılmaz bir faktdır ki, cəmiyyətimizin daha çox deqradasiyaya uğramasında, gənclərimizin minbir xəstəliyin daşıyıcısına çevirilməsində, əxlaqımızın, milli-mənəvi dəyərlərimizin korlanmasında, azyaşlıların tərbiyəsinin pozulmasında və s. adı çəkilən ünvanın müstəsna rolu var. Baxmayaraq ki, belə bir ünvanların fəaliyyətinin qadağan olunması ilə bağlı 2014-2018 illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Seyidrza və Mirdaməd qardaşlar və onların arxasında dayanan “krışa”ları sahiblik etdikləri obyektdə, eyni zamanda əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşları əməllərində, bu kimi tələblərə əməl etmədikləri açıq-aşkar görünür. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, seyid nəslinin övladları olduqları bildirilən qardaşlar və digərləri nə sərəncamı saya salırlar, nə də ki, onun prinsiplərini qəbul edirlər. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdikləri obyektdə qadınların cinsi istismarına şərait yaratmaqla, dolayısı yollarla vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, hətta obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Seyidrza və Mirdaməd qardaşlarının, həmçinin onların arxalarında dayanan “güclü əl”in yerinə yetirdikləri “şərəfli vətəndaş” borcu budurmu? Gəlin bu haqda düşünək, belə bir olaylar haqda götür-qoy edək.

Hörmətli oxucular! Redaksiyamıza çatdırılan məlumatlara görə “Günəş” adı ilə tanınan əxlaqsızlıq ünvanının əsl sahibinin, hələlik adının çəkilməsini istəmədiyimiz yüksək çinli vəzifə sahibinin olduğu bildirilr. Bu haqda bir qədər sonra bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Azerinfo.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az