• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
22-02-2018, 08:54

Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları: “Od olmasa tüstü çıxmaz”

Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları: “Od olmasa tüstü çıxmaz”

İsmayıllı İcra Hakimiyyəti yanğının baş verməsini təsdiqləsə də, mülkiyyətçinin kim olduğunu açıqlamır

Bir neçə gündür ki, sabiq nazir Ziya Məmmədovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə Ziya Məmmədovun adının hallanmasına səbəb İsmayıllı rayonu Buynuz kəndində baş verən yanğın hadisəsidir.

Hadisə ilə bağlı xəbər Elton və Ziya Məmmədov qardaşlarının ziddiyyətli açıqlamalarından sonra ictimaiyyətdə daha da geniş yayıldı.

Belə ki, ilk olaraq fevralın 19-da APA-nın yaydığı xəbərdə qeyd olunurdu ki, meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.

Bildirilirdi ki, yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.

Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.

Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Daha sonra isə hadisə barəsində ilk olaraq Ziya Məmmədovun qardaşı, keçmiş deputat yanğın faktını təsdiqləsə də bildirdi ki, hadisə sabiq nazirə məxsus villada baş verməyib. O, açıqlamasında jurnalistlərə qarğış da etdi və yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırdı: “Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”.

Daha sonra isə sfera.az saytına açıqlama verən Ziya Məmmədov hadisəni birmənalı şəkildə inkar etdi:

“Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon icra hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil” deyə, sabiq nazir bildirdi.

“Yeni Müsavat” olaraq hadisə ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevlə əlaqə saxladıq. R. Ağayev fevralın 19-da Buynuz kəndində yanğın hadisəsinin baş verməsini təsdiqlədi. Lakin bildirdi ki, yanan ev Ziya Məmmədova məxsus deyil: “Yayılan məlumat doğru deyil. Mülkiyyətçi barədə elə bir məlumat getməyib ki, ona istinad edib desinlər ki, yanan ev kimindir. Bu barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Yəni bizim verdiyimiz və ya bizə daxil olan məlumatda həmin evin Ziya Məmmədova məxsus olması ilə bağlı heç bir məlumat yoxdur”.

Hadisə baş verən gün isə Buynuz kəndinin icra nümayəndəsi Gülzar Şirəliyeva femida.az-a bildirib ki, yanğına evi isitmək üçün istifadə olunan sobadan çıxan qığılcım səbəb olub. İcra nümayəndəsinin sözlərinə görə, yanğın olan evdə gözətçi qalırmış: “Yanan evdə Ziya Məmmədovun bağına baxan gözətçi qalırdı. Sabiq nazirin kəndə gələndə qaldığı ev həmin həyətdən bir qədər aralıdadır. Yanan ev gözətçi üçün nəzərdə tutulmuşdu. Məndə olan məlumata görə, evə quraşdırılan soba işıqla işləyib. Elektrik enerjisi kəsildiyindən sobada odun yandırıblar. Sobadan çıxan qığılcım evi yandırıb. Ev taxtadan hazırlandığından tamamilə yanıb, içəridən heç nə çıxarmaq olmayıb”

Yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, fevralın 19-da İsmayıllı rayonun Buynuz kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az