• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
  • 15-10-2026 Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2019, 10:15

Azərbaycan Prezidenti: İqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək

Azərbaycan Prezidenti: İqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək

Hətta böhranlı illərdə biz sosial sahəyə nəzərdə tutulan vəsaiti azaltmamışıq.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib:

"2019-cu ildə əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirli yüksək qiymətləndirirəm. Mən qeyd etdim, hətta böhranlı illərdə biz sosial sahəyə nəzərdə tutulan vəsaiti azaltmamışıq. Çünki mən həmişə demişəm ki, iqtisadi islahatlar sosial müdafiə ilə bərabər aparılmalıdır. Bu, siyasətimizin əsas qollarıdır. Çünki bir çox hallarda, - biz bunu tarixdən də bilirik, bəzi ölkələrin təcrübəsindən də, - çox ciddi iqtisadi islahatlar sosial problemlər yaradır və biz buna qətiyyən yol verə bilmərik. Çünki bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Ona görə hesab edirəm ki, bu il biz bu sahədə çox ciddi addımlar atdıq. Birinci növbədə, problemli kreditlər məsələsi öz həllini tapdı. Bu məsələ daim diqqət mərkəzində idi və biz yaxşı anlayırdıq ki, devalvasiyaya görə çətin vəziyyətə düşən vətəndaşlara kömək etməliyik. Ancaq məsələ onda idi ki, nə vaxt. Mən hesab edirdim ki, o vaxt ki, bizim buna imkanımız çatsın və bu imkan təmin olunduqca biz bunu etdik. Onu da bilirsiniz ki, devalvasiyaya uğrayan təkcə Azərbaycan olmayıb. Bir neçə postsovet ölkəsində oxşar hallar baş verib, o cümlədən ixracı daha çox enerji resursları olan ölkələrdə. Ancaq problemli kreditlərin həll edilməsi bizdəki kimi heç yerdə olmayıbdır. Biz vətəndaşlar üçün ən məqbul variantı seçdik və bunu həll etdik.

Ondan sonra maaşların artırılması, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin, yəni, bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə olaraq, buna nail olmaq üçün gərək iqtisadi sahədə daha da böyük artım olsun. Çünki biz ayağımızı yorğanımıza görə uzadırıq. Biz heç yerdən dəstək almırıq, buna ehtiyac da görmürük. Ona görə öz büdcəmizi elə planlaşdırmalıyıq ki, ölkə qarşısında duran vəzifələr icra edilsin, qeyri-neft iqtisadiyyatının inkişafını şərtləndirən layihələr icra edilsin və əldə edilmiş gəlirlər hesabına biz sosial layihələri həll edək. Ona görə ildən-ilə bizim valyuta ehtiyatlarımız artır. Hətta ən böhranlı 2015-ci, 2016-cı illərdə bizim gəlirlərimiz kəskin aşağı düşmüşdü, biz yenə də böyük qənaət paketi təqdim etdik və imkan vermədik ki, valyuta ehtiyatlarımız azalsın. Çünki bu, həm manatın məzənnəsinə müsbət təsir göstərir, eyni zamanda, bizim əsas ehtiyatımızdır.

Ona görə gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək. Əminəm ki, gələn il bu istiqamətdə də önəmli il olacaq. Onu da bildirməliyəm ki, biz məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim etmişik. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edildi. Təsəvvür edin, orta hesabla indi ailədə 4-5 nəfər olur, yəni, biz bir şəhər boyda layihə icra etdik. Təqribən 25-30 min nəfər bundan bəhrələnir, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilir. Heç bir ölkədə bu, yoxdur. İndi müharibədən çıxmış bir çox ölkələr var. Hansı ölkədə müharibədə həlak olmuş şəhidlərin ailələrinə dövlət tərəfindən evlər verilir, mənzillər verilir? Özü də bir yox, iki yox, artıq 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verildi. Minlərlə, təqribən 6 mindən çox müharibə əlilinə maşınlar verildi. Yəni, bu, bizim siyasətimizdir, biz heç kimdən bunu götürüb tətbiq etmirik. Biz bu təşəbbüsləri özümüz göstəririk. Çünki mən hesab edirəm ki, bu, ədalətlidir və ədalət hər yerdə olmalıdır, o cümlədən sosial ədalət. Ona görə hesab edirəm ki, sosial sahədə bu il yaddaqalan olub və gələn il imkan daxilində bu müsbət meyillər davam etdiriləcəkdir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az