• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2019, 10:13

Prezident İlham Əliyev: Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur

Prezident İlham Əliyev: Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur

Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib:

"Bu il iqtisadi sahədə nəticələr yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra bizim milli valyutamız da devalvasiyaya uğramışdır və iqtisadi fəallıq aşağı düşmüşdü. Əlbəttə, bu, bizim üçün gözlənilməz idi. Təsəvvür edin, əgər sizin əsas gəlir mənbəyinizin dəyəri dörd dəfə ucuzlaşırsa, əlbəttə ki, bunun iqtisadiyyata çox mənfi təsiri ola bilər. Ancaq buna baxmayaraq, biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir. Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır.

Sevindirici hal odur ki, qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı bizim planlarımız artıq real rəqəmlərlə ölçülür. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır.

Digər iqtisadi göstəricilər də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artdı. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıbdır, baxmayaraq ki, daxili istehlak da artır. Bizim qeyri-neft ixracımızın daha böyük rəqəmlərlə artmamasının səbəbi odur ki, əhali artır, daxili istehlak artır və beləliklə, ixrac üçün təklif olunan malların həcmi o qədər də artmır. Amma buna baxmayaraq, qeyri-neft ixracı 14 faiz artıbdır.

Xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Gələn ilin büdcəsi artıq təsdiq edilib və burada da xarici borca xidmət edən vəsait nəzərdə tutulub. Beləliklə, ən azı gələn ilin sonunda xarici dövlət borcu 16 faiz olacaqdır. Mən hökumət qarşısında vəzifə qoydum ki, biz qısa müddət ərzində xarici borcu təqribən daxili məhsulun 10-12 faizinə endirək və bu, tamamilə mümkündür. Bir amili də bildirməliyəm, bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfə artıqdır. Bu, deyə bilərəm ki, dünya təcrübəsində nadir nəticədir. Adambaşına düşən valyuta ehtiyatlarımızın həcminə görə biz MDB-də birinci yerdəyik. Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı. Bu, onu göstərir ki, biz gəlirləri çox böyük qənaətlə xərcləyirik - ancaq sosial layihələrə və strateji əhəmiyyət daşıyan layihələrə.

Bütövlükdə isə ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıbdır. Bu da rekord göstəricidir. Bu, əlbəttə ki, həm iqtisadi sahədə çox böyük nailiyyətdir, eyni zamanda, bu, bizim iqtisadi müstəqilliyimizi tam təmin edir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Biz indi kreditlərdən asılı deyilik. Düzdür, bizə kredit vermək istəyənlərin sayı artır. Aparıcı beynəlxalq maliyyə qurumları bizə bir çox təkliflər təqdim edirlər. Ancaq mənim fikrim ondan ibarətdir ki, biz ancaq texnoloji tərəfdən önəmli layihələrə kredit götürə bilərik. Hansısa yolun çəkilişinə, yaxud da ki, hansısa inşaat işinə biz nə üçün xaricdən kredit alaq. Bizim öz vəsaitimiz var. Ancaq texnologiya ixracı ilə bağlı olan kreditlər bizim üçün maraq doğura bilər.

Ona görə bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni, sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz bir milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az