• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
25-11-2019, 12:37

Azərbaycanda tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır

Azərbaycanda tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır

Eyyub Hüseynov alıcıları diqqətli olmağa çağırdı; “Bu gün uşaqlar üçün buraxılan bəzi konfetlərin tərkibində də donuz dərisi var...”

“Donuz dərisinin tozu, broyler toyuğunun dərisi...”. Bu inqrediyentlər “Araz” marketlər şəbəkəsində və digər şəbəkələrdə satışda olan “Mortadella” kolbasasının tərkibində yer alır. Belarusiyanın Vitebsk vilayətində istehsal olunan kolbasa aylardır ki, satışdadır. İstehlakçılar isə kolbasanın üzərində yazılan məlumatları oxumadan alırlar.

birinci növ quş əti kolbasası ”Mortadella". Tərkibi: ət inqrediyentləri (sümükdən mexaniki üsulla ayrılmış toyuq əti, broyler toyuğun dərisi, içməli su, melanj, kartof nişastası, yodlaşdırılmış xörək duzu tərkibində yaprıxmaya qarşı agent - kalium ferrosionid var), noxud nişastası, qatılaşdırıcilar E407, E412, heyvan zülalı; (donuz dərisinin tozu), stabilizatorlar E450, E 452, turşuluq tənzimləyicisi E451, şəkər, antıoksidləşdiricilər, E330, dad və aroma gücləndiricisi E621, maya ekstraktı, ədviyyat (hil), aromatizatorlar (dadlandırıcılar vetçina araması, aromatizatot his), ədviyyat ekstraktı (muskat qozu), maltodekstrin, qida boyası E120 yodat, rəng fiksatoru - natrıum nitrit. Tərkibində qlüten, sud, xardal emalı məhsullarının qalıqları ola bilər".

Odur ki, mağazalardan aldığımız qida məhsullarının tərkibi haqda məlumatlara diqqət etməyimiz vacibdir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, kolbasının üzərində bu məlumatların yazılması yaxşı haldır: “Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəziliyinə nəzarət edir, amma keyfiyyətinə nəzarət etmək səlahiyyəti yoxdur. Əslində belə mallar əhalinin böyük əksəriyəti üçün arzuolunmaz haldır. Donuz dərisindən jelatin hazırlanır. Bu gün satışda uşaqlar üçün rəngarəng konfetlər var, hansıların ki, tərkibi jelatindir, yəni donuz dərisidir. Donuz dərisi qidaya yumşaqlıq, elastiklik verir. Yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğunu yazıblar. Yazmasaydılar, bunu araşdıran, yazan olmazdı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, buna baxmayaraq Ramazan ayında efirlərdə spirtli içkilər reklam olunur, piştaxtalara belə məhsullar çıxır”.


Eyyub Hüseynov istehlakçılara müraciət edərək aldıqları məhsullaırn, xüsusən kolbasa məhsullarının üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıb: “Xüsusən xarici ölkələrdən gələn kolbasa və sosiska məmulatlarının üzərini yaxşı-yaxşı oxumaq lazımdır. Bundan başqa illərdir ki, deyirik ki, istehlakçılar üçün məlumat standartları müəyyən olunsun. Böyük hərflərlə bütün malların üzərində tərkib haqda məlumat yazılsın. İstehlakçılar üçün məlumat standartları müəyəyn edilmədikcə donuz dərisini də, toyuq dərisini də, digər heyvanların dərisini də əhaliyə yedirdəcəklər”.

Eyyub Hüseynovun sözlərinə görə, belə aldadıcı fəndlər - tərkib haqda məlumatların olduqca kiçik şriftlərlə yazılması halları Azərbaycanda da var: “Banklar müqavilə bağlayanda az qala oxunmaz ölçüdə olan şriftlə elə şərtlər yazırlar ki, sonradan həmin yazılanlara istinad edib müştərini fakt qarşısında qoyurlar. Bütün hallarda istehlakçıları aldıqları malların üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıram”.

E.MƏMMƏDƏLİYEV,“Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az