• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
10-11-2019, 12:56

Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir

Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir

"Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı məhkəmə, icra, sosial müdafiə(sizlik), sığorta dələduzluğu davam edir. Yaddaşlarda qalar, Nərimanov rayon məhkəməsinə, 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (BİİM ) icra sənədi olmadan yarıqat edilən pensiyasının bərpa edilməsi tələbi ilə müvafiq olaraq pensiyasını yeyən “Rəvan” sığorta şirkətinə, “yedizdirən” ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və sifarişçi Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinə qarşı (icra məmuru Vüsal Əliyev ) Qarabağ əlilinin 3 ayrı iddia qaldırması haqqında basında informasiya verilib". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə qeyd olunub.

Məqalədə daha sonra bildirilir: "1 və 2 saylı BİİM (hakimlər Miminat Hacıbəyova və Zaur Tağıyev ) iddianı cavabdehlərin məhkəməyə gəlmədən verdikləri sifarişlə mümkün saymayıb və Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası (sədrlik edənlər müvafiq olaraq Elmira Nağıyevə və Afaq Nuriyeva ) da bu saxta qərardadları qüvvədə saxlayıb . Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 1 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edərək işi apellyasiya instansiyasına qaytarıb və Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində 1 BİİM -in qərardadını ləğv edərək işi yenidən baxılmağa 1 BİİM-ə göndərib. Lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də 1 BİİM əlilin iddiasına baxmır. 2 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Sevda Hüseynova ) dəyişdirmədən saxlayıb. Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev isə 06.05.2019 tarixli qətnamə ilə Qarabağ əlilinin pensiyasını bərpa edib. Vurğuladığımız kimi bütün bu məhkəmə iddialarının predmetini saxta icra sənədi tərtib etməklə yarıqat edilən əlilliyə görə pensiyanın bərpa edilməsi tələbi təşkil edib. Di gəl, hər 3 məhkəmə bilərəkdən işə predmet üzrə baxmaqdan imtina edib. Nərimanov rayon məhkəməsi saxta icra sənədi əsasında Qarabağ əlilinin pensiyasının yarıqat edilməsini “İcra haqqında” qanunun 68.1.2 maddəsinə uyğun gəlməməsi nədəni ilə qanunsuz sayıb və tutulan məbləğin cavabdeh “Rəvan” sığorta şirkətindən iddiaçının hesabına ödənilməsini qət edib. İddiaçı Qarabağ əlili məhkəməyə saxta icra sənədi təqdim edilməsinə görə, bu sənədin sübutlar içərisindən çıxarılması və cavabdeh “Rəvan” sığorta şirkətinə qarşı cinayət işi başlanılması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizə versə də, 6 aydır Nərimanov məhkəməsi ərizəyə baxmaqdan imtina edir. Hətta Məhkəmə Hüquq Şurası, digər bağlantılı qurumlar da rayon məhkəməsinin özbaşınalığına son qoymaqda acizdirlər. Xatırladaq ki, məhkəməyə daxil olan istənilən ərizə üzrə məhkəmə aktı qəbul edilməlidir. Nərimanov məhkəməsi isə hələ də özbaşınalığını davam etdirir və əlilin apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir. Onu da vurğulayaq ki, məhkəmə sənədləri rəsmi qaydada verilməli olduğu halda, Nərimanov məhkəməsi bu tələbə də əməl etməyib. Amma cavabdehin müddətin keçməsi ilə verilən apellyasiya şikayətini iddia tərəfinə bildirmədən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Elşad Şamayev olan , Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti də Mülki Prosessual Məcəllənin tələbinə əməl etməyib və hətta apellyasiya şikayətini iddia tərəfinə göndərib, 20 gün müddətində münasibət bildirməyi də gərəkli saymayıb. Qarabağ əlili yay dincəlişində olan çağ -29.08.2019 tarixli qətnamə ilə “Rəvan” sığorta şirkətinin şikayətini təmin edib ki, bəs əlillin pensiyasının yeyilməsi “İcra haqqında” qanunun 68.1.2 maddəsinə zidd olsa da, bununla cavabdeh şirkət Qarabağ qazisinə ziyan vurmayıb! (?) Özbaşınalığa fikir verin, dələduzluq yolu ilə savaş əlilinin pensiyasını yarılığına yeyən “Rəvan” sığorta bu yeməklə əlilə ziyan vurmur?! Elşad Şamayev və kollegaları da iddianın predmetini yox, cavabdehin məhkəməyə təqdim etdiyi 28.11.2016 tarixli Suraxanı məhkəməsinin (hakim Ramil Həsənov ) qanuni qüvvəyə minməmiş , yalnız ayaqyolunda istifadə etməyə yarayan “tualet

qətnaməsi”ni əsas tutub. İşdə olan Ali Məhkəmənin 16.05.2017 tarixli ali və aşağı instansiyalar üçün məcburi qərarını isə görməzliyə vurub. Niyə? Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyü “tualet qətnaməsi”nin Konstitusiyanın 129 -cu maddəsinə əsasən icrasının məcburi olduğunu qət edib və ya savadsızlıqdan, ya da qeyri-prosessual münasibətdən qətnamənin qüvvəyə minməməsini unudub. MPM-in 15 -ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məcburidir. Eyni zamanda, axı, iddianın predmetini saxta icra sənədi tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin yarıqat edilən pensiyasının bərpası təşkil edir! Tutaq ki, aşağı instansiya qeyri-prosessual təzyiq nəticəsində özünü savadsızlığa qoyub və icra sənədinin olmadığına əhəmiyyət verməyib. Bəs yuxarı instansiyaya nə gəlib? Bu yekəlikdə kollegiya da bilmir ki, məhkəmə qərarı qüvvəyə minmədən icraya yönəldilə bilməz? Nə olsun, dələduz sığorta şirkəti məhkəmə qətnaməsi sifariş edib və buna nail olub! Axı, bu hələ onun qüvvəyə minməsi demək deyil! Və qüvvəyə minibsə, hanı bunun əsasında verilən, məhkəmənin möhürü ilə təsdiq olunan konkret tarixli icra vərəqəsi? Razılaşın ki, bu yekəlikdə kollegiyanın bu zırpılıqda özbaşınalığı görmək istəməməsi çox yekə qeyri-prosessual münasibətdən qaynaqlanır. Bu fikri Bakı Apellyasiya Məhkəməsinin sözügedən üçlüyünün Qarabağ əlilinə hüququndan dezinformasiya verməsi də sübut edir. Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn mütəşəkkil qaydada Qarabağ əlilini şantaj ediblər ki, kassasiya şikayəti versə, dələduzlara borcunu yaşadığı mənzilin satışa çıxarılması ilə alacaqlar.

Bu da, məhkəmə hüquq sistemində islahat dələduzluğu!

Qarabağ əlilinə Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov özünü yandırmağı hökm edir, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elşad Şamayev və kollegaları isə mənzilindən məhrum etməklə hədələyir! (?)

... Və hələ də kassasiya şikayəti vermək üçün Qarabağ əlilinə vəkil ayrılmayıb..."

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az