• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
22-10-2019, 16:11

Keçmiş məmurun şirkəti tenderləri necə qazanır? - Əhməd Əhmədzadənin daimi müştərisi

Keçmiş məmurun şirkəti tenderləri necə qazanır? - Əhməd Əhmədzadənin daimi müştərisi


Müstəqil ekspertlərin əksəriyyəti Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsində ən çox şişirtmələrə və korrupsiya hallarına yol verilən istiqamət kimi dövlət qurumlarının keçirdikləri tenderləri göstərirlər. Xüsusi sübuta ehtiyacı olmayan həmin iddiaları bu və ya digər dövlət qurumunun tenderlərini 2-3 ayın, hətta bir neçə günün şirkətlərinin “udması”, yaxud bir nazirliyin tenderlərini daim eyni şirkətlərin qazanması da təsdiqləyir.

Azpolitika.info-nun yazdığına görə, Azərbaycanda tenderləri qazanan iri şirkətlərin böyük əksəriyyəti məmur-oliqarxların, yaxud onların ətrafındakı şəxslərindir. Kiçik araşdırma aparmaq kifayətdir ki, dövlət qurumlarının hansı şirkətlərlə “işlədiklərini” və bu şirkətlərin kimlərə aid olduğunu aydınlaşdırasan.

Məsələn, ötən gün mətbuatda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi 6.5 milyon manatlıq 3 tenderin qalibləri bəlli olub. Bunlar “Gidromaşservis” QSC ilə Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar 2 milyon 560 min 767 manatlıq, UĞUR-TİKİNTİ MMC ilə Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlərlə bağlı 1 milyon 824 min 399 manatlıq və “Azəri Servis LTD” MMC ilə Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2 milyon 212 min 500 manatlıq müqavilələrdir.

Sonuncu şirkətlə, yəni “Azəri Servis LTD” ilə bağlı kiçik araşdırmamız göstərdi ki, bu şirkət Meliorasiya və Su Təsərrüfatı ASC-nin “daimi müştərisidir”. Onun sahibi isə Nasir Nadir oğlu Mustafazadədir. O, 2000-ci ildən “Azəri Servis LTD” MMC-nin sahibidir. Əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair məlumatlar var.

“Azəri Servis LTD”-nin əsas sifarişçiləri uzun illərdir Əhməd Əhmədzadənin rəhbərlik etdiyi “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bu şirkətin son zamanlarda qazandığı tenderlərin siyahısı ilə tanış olmaq kifayətdir ki, onun “çapı” barədə təsəvvür yaransın.

Əsasən tender yolu ilə aldığı dövlət sifarişləri:

– 8 qəsəbədə qəsəbədaxili yol, su təchizatı və elektrik təchizatı şəbəkələrinin tikintisi;

– 8 qəsəbədə daxili drenaj və suvarma şəbəkələrinin tikintisi;

– 4 yeni yaşayış məhəlləsində məhəllədaxili istilik təchizatı şəbəkəsinin qazanxana ilə birlikdə tikintisi;

– 16 məcburi köçkün qəsəbəsində yol-küçə şəbəkəsinin tikintisi;

– 8 qəsəbədə abadlıq işləri;

– 2 qəsəbədə yolların təmiri və bərbası işləri;

– 1 ədəd avtomobil körpüsünün,

– 5 ədəd 5 mərtəbəli 80 mənzilli,

– 1 ədəd 4 mərtəbəli 16 mənzilli,

– 1 ədəd 88 mənzilli 5 mərtəbəli,

– 1 ədəd 43 mənzilli 5 mərtəbəli yaşayış binalarının,

– 934 fərdi yaşayış evinin,

– 4100 şagird yerlik 8 ədəd məktəb binalarının tikintisi;

– 1 ədəd məktəb binasının təmiri və bərpası;

– 5 ədəd feldşer-mama məntəqəsinin,

– 2 ədəd ambulatoriya binasının,

– 2 ədəd 50 yerlik,

– 1 ədəd 115 yerlik uşaq baxçasının,

– 3 ədəd inzibati binanın,

– 4 ədəd klub-icma mərkəzinin,

– 2 ədəd rabitə evinin,

– 5 ədəd poçt şöbəsinin,

– 1 ədəd yanğınsöndürmə deposunun tikintisi.

– 7 yeni qəsəbənin ərazisində mühəndis hazırlığı, sel sularından mühafizəsi işləri;

– 2 yeni yaşayış məhəlləsində şaquli plandışdırılma işləri;

– Respublikanın 5 rayonunun ərazisində açıq suyığıcı və qapalı suyığıcı qurğuların,

– 4 rayonda nasos stansiyasının tikintisi,

– 7 ədəd subartezian quyusunun qazılması,

– 3 ədəd torpaq bənd, 1 rayonda beton bənd və açıq və qapalı drenlərin tikintisi,

– 4 rayonda Suvarma və Dranaj Şəbəkələrinin Bərpası işləri,

– 1 rayonda Gənclər Mərkəzinin tikintisi,

– Bakı şəhərində su xəttinin çəkilişi və s.

Nadir Mustafazadənin ölkə xaricindəki bizneslərilə bağlı isə bir müddət əvvəl müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırması dərc edilmişdi. Orada göstərilirdi ki, iki il əvvəl alman mətbuatı Almaniyanın Frankfurt şəhərində türk işadamı Muharrem Erdoğduya aid “RAKS AG” şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığı, bir müddət sonra isə 150 min avro elektrik borcu üzündən əmlakına əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yayıb.

Məlum olub ki, şirkət binanı Nasir Mustafazadə adlı Azərbaycan vətəndaşından satın alıb. Yəni 554 mənzilin əvvəlki sahibi bu şəxs olub. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən binanın texniki pasportuna görə, cənab Mustafazadə binanı 2010-cu ilin iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirilib. Bundan bir il sonra Evren dünyasını dəyişib və N.Mustafazadə bu əmlakın tək sahibi olub.

Yəqin ki, təkcə bu fakt Azərbaycanda tenderlərdə “qazanılan” pulların ölkədən nə üçün çıxarıldığı və haralara qoyulduğu barədə müəyyən təsəvvür yaradır…

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az