• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-02-2018, 08:45

Estetik əməliyyatın qurbanı olan gənc qızın ölümündə qaranlıq məqamlar, saxta sənədlər - TƏFƏRRÜAT

Estetik əməliyyatın qurbanı olan gənc qızın ölümündə qaranlıq məqamlar, saxta sənədlər - TƏFƏRRÜAT
2 il əvvəl dünyasını dəyişən 17 yaşlı Leylanın ölüm səbəbi ətrafında müəmma qalmaqda davam edir. Leylanın ölümünə səbəb olan həkimlər hələ də məhkəmə önünə çıxarılır.

Əvvəlcə hadisə barədə...
Leyla 2015-ci ilin mart ayında “Star Med” özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu.

Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Amma hazırda davam edən məhkəmə işinin gedişatından aydın olur ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmır.

2 ilə yaxındır, davam edən məhkəmə...
Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu cinayət məsuliyyətinə cəlb ediliblər. Bu cinayət işi üzrə məhkəmə iclası Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə aparılır.

Leylanın hüquqi varisi kimi atası Namiq Mürsəlov məhkəmə iclaslarında iştirak edir.

Leylanın ölümünə nə səbəb olub?
Yuxarıda Leylanın ölümü ilə bağlı səsləndirilən iki iddianı qeyd etdik. Amma cinayət işi materiallarında ölümə səbəb kimi “bədxassəli hipertermiya” göstərilir. Cinayət işi araşdırılan zaman Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən keçirilən ekspertiza bu rəyi verib. Amma mərhumun atası Namiq Mürsəlov bununla razılaşmır.

Namiq Mürsəlov musavat.com-a bildirib ki, əməliyyat zamanı qızının səhhəti ağırlaşan zaman anestezioloq Emin Quluzadə ona deyib ki, Leylanın təzyiqi 60-70-ə düşüb.

Əməliyyatdan əvvəl qızının klinikada müayindən keçirildiyini deyən Namiq Mürsəlov Leylanın bədxassəli hipertermiya xəstəliyindən əziyyət çəkməsi ilə bağlı verilən rəylə razılaşmadıqlarına söyləyib: “Cərrah Sənan Mehdiyev özü ifadəsində deyib ki, Azərbaycanda bədxassəli hipertermiya xəstəliyini müəyyən edəcək laborotoriya yoxdur. Həm də bu xəstəliyə 100 mində bir insanda rast gəlinir. Əgər bu xəstəliyi Leylanın sağlığında müəyyən edə bilməyiblərsə, ölümündən sonra necə müəyyən ediblər? Bu rəy Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Şakir Musayevin imzası ilə verilib. Daha sonra onu işdən çıxardılar. İndi isə deyirlər ki, rəyi dəyişdirmək mümkün deyil. Çünki bu rəy dəyişdirilərsə, çox adam cəzalandırılmalıdır. Yenidən ekspertizanın keçirilməsi vacibdir”.

N.Mürsəlov cinayət işi materiallarına bəzi saxta məlumatların da əlavə edildiyini söyləyib. O, qeyd edib ki, əməliyyat zamanı qızının səhhəti pisləşəndə ona bir neçə dərman vurulub: “Həmin dərmanlar anestezioloq Emin Quluzadənin ifadəsində sadalanır. O dərmanları da Emin Quluzadə vurub. Amma həmin dərmanlar ekpertiza rəyi ilə müəyyən edilən xəstəliklə uyğun gəlmir. Əgər doğurdan da qızıma həmin dərmanlar vurulubsa, bunu müəyyən etmək çox asan idi. Hadisədən sonra klinikaya gələn müstəntiq həmin dərmanların qablarını götürməli idi. Bu dərman qabları hara yoxa çıxa bilərdi? Əməliyyat otağında nəzarət kamerası var idi. Dərhal görüntülər götürülməli idi. Amma götürülmədi. Sonra da deyildi ki, kameralar işləmir. Bu necə ola bilər? Klinikada guya qızım bütün müayinələrdən keçirilib. Əməliyyatdan qabaq da bu nəticələr həkimlərə verilib. Klinikada kordiologiya şöbəsi yoxdur. Kordioloq həkim yoxdursa, qızım necə müayinə edilib? Bu müayinə ilə bağlı verilən sənədin üzərində tarix fevral ayının 26-sı göstərilir. Halbuki qızım o tarixdən 20 gün sonra əməliyyat edilib. Fevralın 26-da qızım səhər saat 10-dan axşam saat 6-ya qədər praktikada olub. Bununla bağlı arayışımız da var”.

Qeyd edək ki, bu iş üzrə daha ilginc məqamlar da var. Bu barədə də məlumat verəcəyik. Növbəti məhkəmə iclası fevralın 21-nə təyin edilib.

Bildirək ki, təqsirləndirilən hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar ev dustaqlığındadırlar.

İlkin Muradov,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az