Təqribən üç-dörd gün bundan öncə Şəki şəhəri, N. Nrimanov küçəsi-66 ünvanda yaşayan Müstafayev Əbdürəhim Əbdüləli oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova və digər vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surətini də, Deryz.az saytının redaksiyasına təqdim edib. Adı çəkilən şəxs yazmış olduğu şikayət ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 0834098 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən Şəki şəhəri M.Müşfiq küçəsi 66 ünvannda yerləşən qeyri-yaşayış obyekti mərhum anam Mustafayeva Sayalı Adışirin qızına məxsusdur. Anam Mustafayeva Sayalı Adışirin qızı 10.06.2018-ci il tarixdə vəfat etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, anamın vaxtsız ölümünə səbəb, məhz artıq 7 ilə yaxın bizə qarşı haqsız və qanunsuz olaraq davam edən məhkəmə çəkişmələri və əsassız torpaq iddiaları olmuşdur.
Anam vəfat etdikdən sonra Şəki Notariat Kontoruna rəsmi qaydada müraciət edərək, 03 dekabr 2018-ci il tarixdə qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə almışam və ona məxsus əmlaka sahibliyi mən edirəm. Anam Mustafayeva Sayalı Adışirin qızına məxsus Şəki şəhəri Mikayl Müşfiq küçəsində yerləşən qeyri-yaşayış obyektinin ətrafında yerləşən 65,5 m2 torpaq sahəsi anamın sağlığında onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsini adıma rəsmiləşdirmək üçün Şəki Bələdiyyəsinə müraciət etdim, lakin sonuncu müraciətimi cavablandırmadı. Qanunverciliklə nəzərdə tutulmuş müddəti gözləməklə Şəki İnzibati-iqtisadi Məhkəməsinə müraciət etdim. Lakin məhkəmə həmin torpaq sahəsinin 29 iyun 2001-ci il tarixədək mənim və anamın istifadəmizdə olmadığını əsas gətirərək iddianı rədd etdi.
İşə baxan məhkəmə işin dərinliyinə nəzər salmadan ədalətsiz qərar qəbul etdi. Belə ki, sözügedən torpaq sahəsinin daxilində yerləşən qeyri yaşayış binası Məmmədov Məmməd Vaqif oğluna məxsus olmuşdur. Məmməd Məmmədovdan əvvəl sözügedən qeyri yaşayış sahəsi və onun arxasında yerləşən mübahisəli torpaq sahəsi Bələdiyyə orqanları yaranmamışdan çox-çox əvvəl, 1993-cü ildən Məmmədov Məmmədin atası mərhum, dayım Vaqif Məmmədova məxsus olmuşdur. Vaqif Məmmədov həmin torpaq sahəsindən və ətrafında yerləşən mağaza binasından uzun illər istifadə etmişdir. Mağaza binasını, torpaq sahəsinin ətrafında olan hasarı, içəricində yerləşən su-kanalizasiya sistemini və digər infrastrukturu öz şəxsi vəsaiti hesabına yaratmışdır. Buradan aydın görünür ki, məhkəmənin satıla bilməz qənatəinə gəldiyi torpaq sahəsi 2001-ci ildən əvvəl dayım Vaqif Məmmədovun istifadəsində olmuşdur. Dayım vəfat etdikdən sonra sözügedən mağaza binasını məhkəmə qərarı əsasında onun oğlu Məmmədov Məmməd Vaqif oğlunun adına rəsmiləşdirmişdir. Məmməd Məmmədov həmin qeyri yaşayış binasına öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra sözügedən obyekti mərhum anam Sayalı Mustafayevaya bağışlamışdır.
Məhkəmə öz qərarında qeyd etmişdir ki, qeyri-qanuni istifadə edilən torpaq sahələri mülki qanunverciliyə uyğun olaraq bələdiyyələrin özlərinə geri qaytarılmalıdır. Lakin işə baxan məhkəmə, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılışdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 10-cu bəndində qeyd edilənləri, yəni bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətinin həyətə keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (Müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununnun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması habelə Azərbaycan Respublikası tərəfdar çıxdığı beynelxalq müqavilərdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci , 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərindən müəyyən edilmiş qaydada verilir cümləsini nəzərə almamışdır.
Mübahisədən görünür ki, həmin torpaq sahəsi üzərində Məmməd Məmmədovun istifadə hüququ yaranmış, lakin sonradan o, qeyri yaşayış binasını Sayalı Mustafayevaya bağışladıqdan sonra bu hüququ Sayalı Mustafayeva qazanmışdır. Hazırda Sayalı Mustafayeva vəfat etdikdən sonra onu hüquqi varisi mənəm.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin 6-cı bəndinə görə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericilikdə göstərilən hallar istisna olmaqla satınalma obyektlərinə daxildir. Həmin Əsasnamənin 11-ci bəndinə görə bu torpaq sahələri yalnız torpaq sahəsinin üstündə yerləşən müəssisə və obyektlərin sahiblərinə satıla və ya satınalma hüququ ilə icarəyə verilə bilər.
Bu Fərmana istinad edərək bildirirəm ki, Məmməd Məmmədovun adına rəsmiləşdirilmiş qeyri yaşayış obyekti əvvəllər atası Vaqif Məmmədova məxsus olmuşdur. Belə ki, Vaqif Məmmədov 1993-cü il tarixdə həmin ərazidə “Yüksəliş” kiçik müəssisəsi yaratmış və hazırda mübahisə predmeti olan 65,5m2 torpaq sahəsi həmin müəssisənin anbarı olmuşdur. Vaqif Məmmədov 2001-ci il tarixədək həmin müəssisədən və onun anbarından istifadə etmişdir. 2001-ci il tarixdə Vaqif Məmmədov vəfat etdikdən sonra hazırki iş üzrə üçüncü şəxs Samir Məmmədov həmin ərazini, özünün dediyi kimi 2005-ci ildən qeyri-qanuni zəbt etdikdən sonra, yalnız biz faktiki istifadəmizdə olan torpaq sahəsinin özəlləşdirilməyimiz barədə Dövlət Əmlak Komitəsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etdikdən sonra, guya 9 ildən sonra hərrac yolu ilə əldə etdiyini bildirmiş və nəticədə saxta sənəd hazırlayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən kafeyə çıxarış əldə etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərdiyimiz sorğudan məlum olur ki, Samir Məmmədov yuxarıda adı çəkilən və həmin dövrdə obyektin sahibi alkoqolizm xəstəliyindən məcburi müalicə olunduğu üçün, onun anlaqsız vəziyyətində olmasından istifadə edərək qeyri-qanuni və bu günə qədər də qaranlıq qalan müəmmalı şəraitdə zəbt elədiyi obyektə çayçı kimi gəlmişdir və müəyyən bir müddətdən sonra bu əməlini törətmişdir.Buna görə də Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılışdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 10-cu bəndində qeyd edilənlər Samir Məmmədova aid olmaya bilər. Bu səbəbdən ki, Samir Məmmədov həmin kafeni 2005-ci ildən sonra əldə etmişdir.Nəzərinizə çatdırmaq istəyirəm ki, yuxarıda sadalanan qanun pozuntularını və bizə qarşı törədilən haqsızlıqların araşdırılması Şəki şəhər İnzibati — İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidova tapşırılmışdır. Yuxarıda da qeyd elədiyimiz kimi möhtərəm hakim ona tapşırılan hüquqi vəzifəni tam və qərəssiz araşdırmağa çalışmamış və sonda bizim məhkəmə iclasında iştirakımız olmadan faktiki istifadəmizdə olan torpaq sahəsinə, heç bir hüquqi və mənəvi haqqı olmayan Samir Məmmədovun xeyrinə11 iyul 2019-cu il tarixli, 2-1(84)-805/2-19 saylı qərarı ilə, iddia tələbim rədd edilmişdir.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğlu daha əvvəl 2015-ci il 30 mart 2-1(84)-107/2015 nömrəli yalnış və qərəzli qərarı ilə Samir Məmmədovun iddiasını qismən təmin edərək, onun mülkiyyətində olan Şəki şəhəri M. Müşsfiq küçəsi 120 ünvanında olan 0,0078 ha torpaq sahəsinin yanında yerləşən və istifadəsində olan 62,5 kv.m. torpaq sahəsinin ona satılması öhdəliyinin Şəki şəhər Bələdiyyəsinin üzərinə qoymuşdur.
Hakimi Məcidov Rüfət Azadəli oğlu hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi torpaq hərracının predmeti olmadığından və bu hal iş materiallarına əlavə edilmiş 2014-cü il 29 avqust tarixli aktla cavabdeh Şəki şəhər Bələdiyyəsi tərəfindən təsdiq edildiyindən, habelə iddiaçı 2015-ci ildən etibarən həmin torpaq sahəsindən istifadə edərək, istifadəyə görə bələdiyyəyə vergi ödədiyindən, cavabdeh mübahisə olan torpaq sahəsinin iddıaçıya satılmasından imtina etməkdə haqlı olmamışdur. Biz məhkəmə prosesində Samir Məmmədovun təqdim etdiyi vergi qəbzlərinin məhkəmə gedən zaman köhnə tarixlə yeni qəbz vərəqlərində saxta olaraq tərtib edilməsi haqqında dəlil və sübutlar gətirməmizə və tərtib olunan aktın özünün çoxlu yanlışlıqlar və bir çox təffərrüatları nəzərə almadan Samir Məmmədova bəzi Bələdiyyə işçilərinin yumşaq rəftarının nəticəsi olaraq tərtib olunması haqqında faktlar təqdim etməmizə baxmayaraq hakim bizim dəllillərimizi və heç bir vəsatətimizi qəbul etmədi.
Yaxşı ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 01 iyul tarixli 2-1(107)-165/15 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi məhkəməsinin qanunsuz və əsassəz qərarı ləğv olunmuş, iddia təmin edilməmişdir.
Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 01 iyul tarixli 2-1(107)-165/15 saylı qərarını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 24 dekabr 2015-ci il tarixli 2-1(102)-1193/15 saylı qərarı ilə dəyişdirilmədən saxlamışdır.
Diqqətinizə çatdırım ki, mən sözügedən qeyri yaşayış binasını əldə etdikdən sonra onun arxasında yerləşən 65,5m2 torpaq sahəsini Şəki bələdiyyəsindən həmin torpaq sahəsinin mənə satılmasını xahiş etdim. Lakin Şəki bələdiyyəsi 04.07.2017-ci il tarixli məktubla həmin torpaq sahəsinin hərrac vasitəsilə satılmasını bildirdi.
“Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun” 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Hüquqi savadsızlığım səbəbilə, yəni əlimdə Ali Məhkəmənin qərarı ola-ola Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları idarəsinə getmək əvəzinə və ədalətin, hüquqlarımın bərpası üçün yollar axtarmaq məcburiyyətində qaldığım üçün mən yenidən məhkəməyə müraciət edəndə, daha əvvəl də bizim haqqımızda ədalətsiz qərar çıxartmasına baxmayaraq, bu dəfə də məhkəmə araşdırması yenə Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğluna tapşırıldı. Bu ədalətsizliyin aradan qaldırılması, hakimə etiraz etməmiz, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 dekabr 2015-ci il tarixli 2-1(102)-1193/15 nömrəli qərarının cənab sədrin bir daha nəzərinə çatdırmaq və nəhayət ki, torpağın təyinatının müəyyənləşdirilməsi, yəni Bələdiyyə və yaxud da dövlət torpağı olması haqqında sorğu göndərilməsi xahişi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Qasımov Vidadi Kamal oğlunun qəbulunda olduq. Bu illər ərzində başımıza gələn haqsızlıqlar, qanunsuzluqlar, Samir Məmmədovun qanunazidd əməlləri haqqında cənab sədrə məlumat verdik. Cənab sədr məsələnin hərtərəfli, qərəssiz və qanuna müvafiq həll olunacağına söz verməsinə baxmayaraq, sonda yenə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğlu daha öncə olduğu kimi özünə sərf edən qərarı çıxardı.
«Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramı»nın 9-cu bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq həmin müəssisə və obyektlərin sahiblərinə satılır. Yeni mülkiyyətçi bu hüquqlardan imtina etdiyi halda həmin torpaq sahəsi digər şəxslərə icarəyə və ya mülkiyyətə verilə bilər. Bu halda imtina yazılı ifadə olunmalıdır.
Torpaq sahəsi üzərində icarə və istifadə hüquqları başqalarına keçə bilər (məsələn alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, dəyişmə, bağışlama, vərəsəlik). Torpaq sahəsi üzərində hüquqların başqalarına keçməsi torpaq qanunvericiliyində və mülki qanunvericilikdə müəyyən edilmiş müvafiq qaydalarda həyata keçirilir. Torpaq üzərində hüquqların alqı-satqısı torpaq sahələrinin alqı-satqısı qaydasında rəsmiləşdirilir.
İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakcılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri subutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mubahisənin duzgun həlli ucun əhəmiyyət kəsb edən butun faktiki halları xidməti vəzifəsinə gorə araşdırmağa borcludur. Bununla yanaşı, Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafıq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
1970-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Torpaq Məcəlləsinin 16-cı və 92-ci maddələrinin mənasına görə, kolxoz, sovxoz və digər müəssisələr tərəfindən onların qanuni istifadəsində olan torpaq sahələri həmin müəssisədə işləyən və ya onun ərazisində yaşayan vətəndaşların istifadəsinə verilə bilər. Kolxoz torpaqlarının ayrılması kolxoz üzvlərinin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla ayrılmasını özündə cəmləşdirir (maddə 24).
Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.
Bundan sonra mən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2-1(84)-805/2-19 saylı qərarından Şəki Apellyasiya Məhkəməsinin İnzibati-itisadi Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etdim. Bu ərəfədə Şəki Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu ilə
görüşdüm və bu illər ərzində müxtəlif dövlət orqanları və məhkmələr tərəfindən başımıza açılan müsibətlər haqqında danışdım. O da digər sədr kimi məni əmin etdi ki, işə ədalətlə baxılacaq, amma çox təəssüf ki, sonunda Şəki Apellyasiya Məhkəməsinin İnzibati-itisadi Kollegiyasının hakimi Rövşən Rəfiyevin çıxardığı qərar ədalətin bərqərar olmasına yox, digər hakim yoldaşlarının buraxdığı kobud qanun pozuntularının üstünü ört-basdır etməyə xidmət etdi.
Möhtərəm Prezident qeyd etmək istəyirəm ki, Samir Məmmədov sözügedən pavilyona və onun arxasında yerləşən torpaq sahəsinə sahib olmaq üçün bir qrup şəxslə əlbir olaraq sözügedən pavilyonu yandırmışdır. Bu günlərdə o, yenidən artıq 2-ci dəfə bizə məxsus 8 kv.m. yardımçı sahəni yandırmışdır. FHN-nin Şəki şəhər YMİ-nin əməkdaşları yanğın hadisəsini araşdırarkən o, yanğının onun müdaxiləsi nəticəsində yox, bizim yardımçı sahəmizdə qeyri-qanuni istifadə etdiyi odun kəpəyindən alışdığını bildirmişdir. Halbuki, biz dəfələrlə Şəki şəhər YMİ-nin əməkdaşlarına o peçin bizim sahəmizdən götürülməsi haqqında müraciət etməyimizə baxmayaraq, onlar bu günə qədər həmin peçin ordan götürülməsinə nail olmamışlar. Yanğın hadisəsini törətməkdə əsas məqdələrdən biri də həmin yardımçı sahəmizdə mərhum dayım Məmmədov Vaqif Adışirin oğlu tərəfindən 1993-cü ildə quraşdırılmasına nail olduğu elektrik sayğacını bir dəfəlik aradan itirmək olmuşdur. Çünki, həmin sayğacın orda 1993-cü ildən olması hal-hazırda mübahisə predmeti olan yardımçı sahənin və mülkiyyətimizdə olan mağazanın və arxasındakı torpaq sahəsinin artıq 36 ildir ki, bizim istifadəmizdə olmasının birbaşa təsdiq edir. Həmin vaxt isə Samir Məmmədov adlı şəxsin belə obyektin mövcud olmasından heç anlayışı belə yox idi. Həmin sayğacın tapılması və bizə təqdim edilməsi haqqında dəfələrlə hüquq-mühafizə orqanlarına və FHN-nə ünvanladığımız müraciətlər bu günə qədər cavabsız qalmışdır. Nəticədə hal-hazırda bizə məxsus mağaza binası və yardımçı sahəyanaraq məhv olmuşdur və bizə dəyən külli miqdarda maddi ziyan hələ də ödənilməmişdir. .
Məmmədovun məhkəməyə təqdim etdiyi sənədin (hərrac protokolunun ) surəti Şəki şəhəri küçəsində M. Müşfiq küçəsində yerləşən 68 saylı pavilyona deyil Sülh küçəsi 120 ünvanında yerləşən daşdan tikili kafeyə aiddir. Hərrac protokoluna diqqət yetirsək görərik ki, hərrac aparılan zaman sözügedən protokola imza atan şəxslər yalnız bir nəfərdir. Bir nəfər şəxs digər şəxslərin əvəzinə hərrac protokoluna imza etmişdir. Bundan əlavə hərrac aparılan zaman Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi İdarəsinin şöbə müdir işləmiş Bağı Məsimov yalnız 2009-cu ildə həmin idarəyə rəhbərlik edib. Lakin 2001-ci il tarixli hərrac protokolu sədr kimi Bağı Məsimov tərəfindən imzalanıb. Buradan açıq görünür ki, sözügedən hərrac protokolu saxtadır. Məhkəmələrin heç biri bu faktların heç birinə qiymət verməmiş, araşdırma belə aparmamışdır. Samir Məmmədov tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasportun surətindən görünür ki, sözügedən sənəd yuxarıda da qeyd etdiyimiz kimi Şəki şəhəri Sülh küçəsi 120 ünvanında yerləşən digər bir şəxsə məxsus olan hansısa kafenin sənədidir. Bu günə qədər Samir Məmmədov vəzifəli şəxlərlə əlbir olaraq bütün sənədləri saxtalaşdırmışdır. Bu fakt isə onun sözügedən obyekti yandırması ilə öz təqsdiqini tapır. Belə ki, həmin kafeyə məxsus sənədə baxsaq görərik ki, sözügedən kafe yüngül konsruksiyalı dəmirdən olub. Adından da bəlli olduğu kimi həmin yer əvvəl pavilyon olub. Samir Məmmədov sənədləri saxtalaşdırmaq məqsədilə yüngül konsruksiyanı daş hasarla əvəz etmək üçün həmin obyekti 2016 –cı ildə və 2019- cu ildə 2 dəfə yandırıb. Məqsədi də ondan ibarət olmuşdur ki, yüngül kostruksiyalı pavilyonu ləğv edib, yerində daşdan əsaslı tıkinti apararaq, bizim 1993-cü ildən faktiki istifadəmizdə olan torpağa qapı açaraq, həmin ərazini ələ keçirisin. Məhkəmə iclaslarında dəfələrlə bizim mağazanın arxasındakı torpağı kobud surətdə və heç bir hüquqi və mənəvi haqqı olmadan zəbt etməsi haqqında ifadə verməsinə baxmayarq möhətərm hakimlərin heç biri bu danılmaz fakta reaksiya verməmişlər. Dəfələrlə məhkəmədə vəsatdət qaldırmağımıza, sədrlərlə görüşümüz zamanı torpağın təyinatının müəyyənləşdirilməsi və mübahisəli torpağa baxış keçirilməsi haqqında müraciət və xahiş etməmizə baxmayaraq bu günə qədər bunların heç biri qəbul edilməmişdir.
Hətta bir neçə dəfə Şəki şəhər Baş memarıAlxasov Taleh Saleh oğlunun qəbulunda olanda mənə dedi ki; — “….sən o torpağı ona verməsən məhkəmlərdə çürüyəcən”
Bütün bunlar Samir Məmmədovun Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi rəhbər şəxsləri, Şəki şəhər Bələdiyyəsinin rəsmiləri,Şəki şəhər İcra Hakimiyyətinin bəzi söz sahibləri və hüquq-mühazfizə orqanlarındakı havadarları ilə birgə qurduqları oyunun və bizim ailənin illərdir başına gətirilən faciənin bariz nümunəsidir.
Yuxarıda gətirdyimiz dəlilər və əlimizdə olan digər sənədlərə söykənərək bir daha bəyan edirəm ki, həmin topaq sahəsi ilə bağlı Samir Məmmədovun heç bir subyektiv, qanuni və mənəvi hüququ yoxdur.
Möhtərəm Prezident mərhum anam uzun illər məhkəmə və Komitə yollarında qaldı, nəticədə ürəyi dözmədi və arzusuna çatmadan və ədaləti bərpa edə bilmədən haqqın dərgahına çökdü. Yuxarıda sadladığım bizim ailəmizə qarşı törədilən qanunsuzluq və ədalətsizliyin kiçik bir xülasəsidir. Bu günə qədər ədaləti bərpa etmək üçün hədər getmiş maddiyətimiz və sağlamlığımıza vurulan ağır zərbə, Sizi inandırıram ki, bizi, Azərbaycan Respublikasının qanunlarına həyatı boyu hörmətlə yanaşan bir vətəndaş kimi qəlbən sarsıdıb. Amma bizim son ümidimiz sizsiniz, göydə Allaha, yerdə Sizə inanırıq. Əgər məni qəbul etsəniz, mən əlimizdə olan sənədləri və əsasları sizə təqdim edəndə siz də görəcəksiiz ki, haqq bizim tərəfimizdədir.(Deryaz.az)