• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
17-02-2018, 08:58

Vergilər Nazirliyində həbslər davamlı ola bilər

Vergilər Nazirliyində həbslər davamlı ola bilər
Əkrəm Həsənov: “Əgər həbslər olmasa, bu çox təəccüblü olar”

Vergilər naziri Mikayıl Cabbarov vergi sistemində rüşvət və korrupsiya hallarına qarşı sərt tədbirlərə başlayıb. Fevralın 16-da 2 nəfər sabiq vergi orqanı əməkdaşı rüşvətə görə həbs olunub. Xəbərə görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin sabiq əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar. Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması departamenti tərəfindən ifşa olunublar. Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Bundan başqa, yeni nazir fevralın 13-də keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” konfransında bu sistemdə rüşvət və korrupsiyanın kökünü kəsəcəyinə söz verdi. Qeyd etdi ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

“Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”.

Bəs görəsən, vergi sistemində aşkarlanan korrupsiya hallarına görə vergi müfəttişlərini həbs gözləyirmi?

Bundan başqa, köhnə vergi mafiyasının hələ nazirlikdə işinə davam edən üzvləri yeni nazirin bu sərt qərarlarını sabotaj edə bilərmi? Onların aşkarlanıb sistemdən təmizlənməsi necə həyata keçiriləcək?

“Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov da bildirdi ki, Vergilər Nazirliyində həbslər gözlənilir: “Əgər həbslər olmasa, bu çox təəccüblü olar. Vergilər naziri bildirdi ki, bu sistemdə korrupsiya olub, bir neçə işçini də ona görə işdən çıxarıblar. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməyəcəksə, belə çıxır ki, korrupsiya ilə məşğul olub, sadəcə dövlət işindən qovulmaqla kimsə canını qurtara bilər. Bu isə nəinki vergidə, digər dövlət orqanlarında işləyənlərində belə hallardan qorxmamasına gətirib çıxaracaq. Düşünəcəklər ki, ən pis halda onları işdən çıxara bilərlər. Doğrudur, mən də gözləmirəm ki, korrupsiya ilə məşğul olan bütün şəxslər həbs olunacaq. Unutmayaq ki, bura Azərbaycandır, bəzilərinin arxasında güclü, vəzifəli şəxslər durur, qohumluq-dostluq münasibətləri var”.

Ekspertin sözlərinə görə, yeni nazirin islahatlar istiqamətindəki fəaliyyətinə daxildən və xaricdən mane olmağa çalışanlar olacaq: “Vergilər Nazirliyi strateji əhəmiyyətli dövlət qurumu olduğu üçün hətta vergilər nazirinin müavinləri, müşavirləri arasında xeyli şəxs var ki, onlar heç keçmiş vergilər naziri Fazil Məmmədovun adamları deyildilər. Azərbaycanda idarəetmədə ciddi təsiri olan müxtəlif adamlara yaxın idilər. Buna görə də, hazırda onlar müxtəlif vasitələrlə yeni nazirin aparacağı siyasətə mane olmağa çalışacaqlar. Bu ancaq Vergilər Nazirliyinin içindən yox, kənardan da baş verəcək. Ona görə də, islahatları həyata keçirmək o qədər də asan olmayacaq. Lakin mən hesab edirəm ki, Mikayıl Cabbarov çox tədbirli və ehtiyatlı dövlət məmurudur. O əgər belə bir bəyanatı açıq səsləndirirsə, deməli, artıq bu aylar ərzində o müvafiq hazırlıq işlərini görüb və ən yüksək səviyyədə də dəstək alıb. Mən hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi də təsadüfi deyil. Mən bu qərarı ilk növbədə dövlət idarəetməsində və korrupsiyaya qarşı mübarizə sahəsində dövlət başçısının sərt siyasətə başlayacağı ilə bağlayıram ki, artıq bunu gözləməyə vaxt yoxdur. Seçkilər məhz buna görə aprel ayının 11-ə salınıb və Mikayıl Cabbarovun çıxışı da ilk mesajlardan biri idi. Vergilər naziri bu addıma gedir və əminliyi var ki, bu islahatlar yalnız vergi sahəsində yox, bütün digər sahələrdə də olacaq. Mən əminəm ki, 11 apreldən sonra Azərbaycanın dövlət aparatında çox ciddi dəyişikliklər baş verəcək”.

Əkrəm Həsənov onu da vurğuladı ki, sahibkarlar da qanunsuz olaraq onların pulunu mənimsəmiş vergi müfəttişlərini ilə bağlı məhkəmələrə müraciətlər edə bilərlər, lakin bu zaman sözügedən əməlləri sübut etmək çətin olacaq: “Belə faktları sübut etmək çətindir. Siz əgər pulu vermisinizsə, onu necə sübut edə bilərsiniz? Əgər Vergilər Nazirliyi özü sahibkara kömək etməsə, bu çox çətin görünür. Vergilər Nazirliyində kifayət qədər sənədlər var, video və audio çəkilişlər var ki, onlar sahibkarda yoxdur. Necə ki, keçmiş MTN-lə bağlı sahibkarların şikayətini sübut etməyə fakt yox idi. Sahibkarların bunu sübut etmək üçün dövlət orqanlarının köməyinə ehtiyacları var. Onu da unutmayaq ki, sahibkarların bir qismi vergidən yayınmaq üçün özləri də bu əməlləri könüllü ediblər. Belə hallar da var”.

İqtisadçı yeni vergilər nazirinin çıxışını dəyərləndirərkən bildirdi ki, M.Cabbarovun müfəttişlərə “vergi ödəyicilərini qurban kimi deyil, portnyor kimi görün” deməsi pozitiv bir addımdır: “Mən bunu yüksək dəyərləndirirəm, həqiqətən belə də olmalıdır. Vergilər Nazirliyi sahibkarların düşməni deyil ki... Onların işi elə vergitutma yolu ilə dövlətin iqtisadiyyatını, o cümlədən sahibkarlığı inkişaf etdirməkdir. Əlbəttə, vergi işçisi ilə sahibkar dost da ola bilməz, portnyor sözü düzgün tapılmış ifadədir. Dövlət əslində sahibkarların şərikidir və bu şərik sözünün tərcüməsi də portnyordur. Vergi dövlətə verilən bir haqdır ki, dövlət də bunun hesabına sahibkarlığın inkişafını təmin etsin. Dövlət sahibkarın portnyorudur və bu sahədə dövlətin adından çıxış edən orqan da Vergilər Nazirliyidir. Şəriklər isə o zaman düşmən olur ki, biri digərini aldatmağa çalışır. Və ya Vergilər Nazirliyinin işçisi vergidən əlavə də pul istəyir. Əgər hər iki tərəf oyun qaydalarına riayət edirsə, onlar portnyordurlar”.

Nərgiz LİFTİYEVA,,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az