• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-10-2019, 11:31

İSMAYILLIDA ÖLÜM SAÇAN ZƏRNAVA YOLLARI VƏ BU YOLDAN PUL QAZANANLAR.FOTO- VİDEO

İSMAYILLIDA ÖLÜM SAÇAN ZƏRNAVA YOLLARI VƏ BU YOLDAN PUL QAZANANLAR.FOTO- VİDEO

İsmayıllı: Yapon qonaqlar və 50 qəpiklik Zərnava körpüsü.



SSRİ dönəminin sonuna yaxın siyasətbaz yumoristlərin bir lətifəsi var idi: Demək, Yaponiyadan gələn qonaqlar Sovetlər İttifaqında bir çox idarə, müəssisə və təşkilatlarda olurlar. Səfərin axırında yaponlardan təəssüratlarını soruşurlar. Hər biri elə eyni sözü təkrarlayır: «Sizin möcüzə uşaqlarınız var». Ev sahiblərindən biri axır ki, dözməyib nəyə görə məhz uşaqları təriflədiklərini onlardan soruşur. Cavab verirlər: «Qalan nəyi ki əlinizlə yaradırsınız — pisdir». Azərbaycanın İsmayıllı, Yaponiyanın İto şəhərləri arasındakı qardaşlaşma sazişindən sonra artıq neçə ildir ki, işgüzar əlaqələr, müəllim və şagirdlərin qarşılıqlı səfər mübadilələri davam etməkdədir. Rayon rəhbərliyi xəbər yayır ki, yapon qonaqlar İsmayıllıda olduqlarI müddətdə rayonun gəzməli-görməli yerlərinə səyahət edib, tariximizi, mədəniyyət və məişətimizi öyrənmək üçün Lahıc və Basqal qəsəbələrində, İvanovkada və digər yaşayış məntəqələrində, ələlxüsus da məktəblərdə olublar. Yəqin ki, uşaqlarımızı bəyəniblər. Amma əminik ki, gündoğar ölkədən olan turistlərə bizim İsmayıllıda olarkən müşahidə etdiyimiz yerlərə aparsaydılar, həmin lətifədəki kimi rəy bildirərdilər. İsmayıllı rayonunun Lahıc kəndinə gedən yolun sağ tarəfində yerləşən körpü Azərbaycanın ən şıltaq çaylarından biri olan Girdmançayın üzərində 1969-cu ildə salınmışdır. Məlumata görə, məşhur «Yeddi oğul istərəm» bədii filminin bəzi epizodları bu körpüdə çəkilib.



Artıq 50 ildir ki, öz funksiyasını yerinə yetirən körpü bu yaxın zamana qədər yararsız vəziyyətə düşmüşdü. Hətta 1997-ci ildə körpü dağılmışdı. Amma iki il sonra o vaxtlar yeni yaranan Zərnava kənd bələdiyyəsi yerli əhalinin köməyi ilə körpünü təmir etdirib hazır vəziyyətə gətirmişdir. Körpünün uzunluğu 28 metrdir və Zərnəva kəndinə gedən ən vacib piyada yoludur. Kənd camaatı demək olar ki, hər gün bu yoldan istifadə edir. Hətta körpünün başında kənd uşaqları meşələrdən yığdıqları məhsulları (kəklikotu,qaratikan və s.) satırlar. Körpünün başına bir lövhə yazıb asıblar ki — Körpüyə 2 nəfərdən artıq şəxsin çıxmağı qadağandır. Adəti üzrə məhəl qoyan yoxdu. İyirmi — otuz nəfər birdən keçir ki, bu da körpünü dağılmaq riski altında qoyaraq insanların həyatı üçün təhlükə vəd edir. Lövhə olan yerdə yerli bələdiyyədə işləyən bir nəfər dayanıb adamın birini 50 qəpikdən buraxır. Qanunsuzdur, çünki, gün ərzində bu yolla orta hesabla yığılan 300-500 manat pul heç də körpünün möhkəmləndirilməsinə sərf olunmur, kimlərinsə cibinə axır. Körpünün həndəvərindəki yol da avtomobillər üçün narahatdır. Yoldan sürüşən maşın suyu çəkilmiş çayın düz dibinə — hündürlükdən uçuruma yuvarlanacaq. Belə qəzaya düçar olanın salamat qurtarmaq ehtimalı çox azdır. Zərnava bələdiyyəsinin sədri Afaq xanıma zəng açıb körpü ilə bağlı suallarımızı verdik. Dedi ki, bələdiyyə yalnız pul yığır, körpünün vəziyyətinə isə yol istismar idarəsi cavabdehdir. Suallarımızı dərinləşdirəndə isə Afaq xanım telefonun dəstəyini yanındakı kişi xeylağına — ərinə verdi. Kişi isə bizə dedi ki, narahat olmağa dəyməz, körpü uçan deyil. Ümumiyyətlə, müşahidə etdik ki, İsmayıllı rayonunun kəndiçi yollarının vəziyyəti qənaətbəxş deyil. İsmayıllı 9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərova da zəng açdıq. O isə öz növbəsində günahı Xüsusi Təyinatlı Yİİ-nin üstünə atdı. Ancaq İsmayıllıya girər girməz qara tüstüsi ilə rayonu ağuşuna alan və ekologiyanı korlayan asfalt zavodların müdirinin qara əməlləri göz çıxardır.



https://www.youtube.com/watch?v=NasBj_gOty8&feature=youtu.be




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az