• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
5-10-2019, 14:33

Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"

Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"

"İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəflidir, hər bir peşə sahibi də hörmətə layiqdir. Lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, yetkin bir vətəndaşa çevrilməsinə töhfə verirlər. Söhbət, əlbəttə ki, müəllimlərdən gedir".

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşımında yer alıb.

Paylaşımda deyilir: "UNESKO-nun qərarı ilə 1994-cü ildən başlayaraq hər il oktyabr ayının 5-i Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur. Bu tarixin Azərbaycanda da Müəllimlər Günü kimi qeyd olunması barədə qərar ümummilli lider Heydər Əliyev tərəfindən verilib. "Mən dünyada müəllimdən yüksək ad tanımıram", - söyləyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu müqəddəs peşə sahiblərinin qayğısına qalıb, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə edib. Ulu Öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə, məktəbə və müəllimə borcluyuq.

Heydər Əliyevi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, Ulu Öndər dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı. Əslində, ölkəmizin və millətimizin ən böyük müəllimi də elə Heydər Əliyevin özü idi. Onun bioqrafiyasını araşdıran bir çox tanınmış müəlliflər bu böyük dövlət adamını həm də Ustad müəllim kimi xarakterizə edirlər. Bəli, bu gün tərəddüdsüz söyləmək olar ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm də ölkəmizdə dövlət qurmağın, onu qoruyub saxlamağın, hərbi-siyasi çevrilişlərin qarşısını almağın, milli-vətəndaş birliyi yaratmağın, xalqı vahid ideya- azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməyin yollarını göstərən əsl müəllim idi. Bu gün Azərbaycan iqtidarı istər dövlət idarəçiliyində, istər daxili siyasətdə, istərsə də diplomatiyada məhz öz Müəlliminin- Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir.

Ümummilli Liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə müəllimlərimizə, bütövlükdə təhsilə və təhsil işçilərinə eyni həssaslıqla xüsusi diqqət və qayğı göstərilir. Bəzi faktları qeyd etmək istəyirəm: İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə 3200-dən çox məktəb tikilib, yaxud əsaslı təmir edilib. Ali məktəblərin binaları təmir edilib və yenidən qurulub, texniki təminatı ən yüksək səviyyəyə qaldırılıb, filialları ilə birgə sayları və coğrafiyası iki dəfəyə qədər genişləndirilib. Hər yeni dərs ilinin başlanğıcı Azərbaycanda onlarla yeni məktəbin, eləcə də bu və ya digər ali məktəbin, yeni fakültələrin, yeni tədris korpuslarının açılışı ilə yadda qalır. Təhsil müəssislərinin texniki təchizatına, dərsliklərlə təmin edilməsinə hökumət tərəfindən xüsusi nəzarət olunur. Milli kadrların hazırlanması məqsədilə son on beş ildə minlərlə Azərbaycan gənci dövlət hesabına xarici ölkələrdə təhsil alıb və almaqda davam edir. Bu istiqamətdə pedaqoji kadrların hazırlanması işi də ildən-ilə təkmilləşdirilir, zəruri sahələrdə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, ixtisas artırması və s. istiqamətdə xarici təhsil müəssisələri ilə geniş əməkdaşlıq edilir.

Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı ölkə üzrə təxminən 5000 nəfəri ötüb. Bundan başqa, ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi işi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Beləliklə, cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin imkanları, büdcənin gəlirləri artdıqca təhsil işçilərinin də maaşları artırılır və bu addımlar gələcəkdə də davam etdiriləcək, digər vətəndaşlarımız kimi, müəllimlərin də maddi rifahının yüksəldilməsi üçün lazımi qərarlar qəbul ediləcək.

Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə müasir standartlara cavab verən təhsil komplekslərinin yaradılması və məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi işinə xüsusi diqqət yetirir. Onun təşəbbüsü ilə 2005-2012-ci illər ərzində həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təhsil proqramlarında aztəminatlı ailələrdən olan şagirdlər də unudulmur və hər tədris ilinin əvvəlində aztəminatlı ailələrin birinci sinfə gedən uşaqlarına bütün məktəb ləvazimatları hədiyyə edilir.

Əziz müəllimlər, sonda diqqətinizi Ümummilli Liderin belə bir tarixi fikrinə yönəltmək istəyirəm. Ulu Öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi əlbəttə ki, ilk növbədə, gənc nəslə - məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin!

Beləliklə, gələcəyimiz sizlərə əmanətdir, əziz müəllimlər! Peşə bayramınız mübarək olsun!".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az