• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-09-2019, 10:07

Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?

Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?

2019-cu il fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı,İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdir.Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi.Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması,evlərə,həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən martın 6-da Ağsu rayonunda səfərdə olub.Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verib.Ölkə rəhbəri bildirib: Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq.Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq.Bundan sonra Prezident İlham Əliyev sentyabrın 13-də “Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə həmin evlərin təmiri üçün Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə yenidən 2 milyon manat ayırıb.
Çox təəssüf ki müəyyən qüvvələr Prezidentin tapşırıqların tam icra olunmasına imkan vermirlər.Dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kölgə sala biləcək neqativ amillərə,o cümlədən ayrı-ayrı şəxslər tərəfindən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə yol verirlər.Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları və s. məsələlər, sanki vətəndaşların narazı salınmasına hesablanıb. Bunu Mediatv.az-ın redaksiyasına müraciət edən Ağsu rayon Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızı bildirir. Onun sözlərinə görə Rayon Fövqəladə Hallar Komissiyası ona məxsus fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə deyil məhz təmirə ehtiyaclı olduğu qənaətinə gəlib.Mediatv.az-ı məlumatlandıran Ev sahibi isə bununla razı deyil.Çünki ev təmir olunacaqsa belə, hər hansı yüngül yeraltı təkan baş verəcəyi təqdirdə, içərisində yaşayış olan evin sakinləri ölüm təhlükəsi ilə üz-üzə qala bilər.Hal-hazırda bu evdə yaşayış var. Evin divarları demək olar ki, bir-birindən aralanıb,evin qapısı isə hər gün çökməkdə davam edir.Şikayətçi bildirir ki Nuran kəndində,eləcə də onun evində təmir aparan şəxslərin böyük əksəriyyətinin təcrübəsi demək olar ki yoxdur.Məqsəd isə ucuz iş qüvvəsi hesabına keyfiyətsiz işlər görüb böyük miqdarda pullar "silməkdir".Baxmayaraq ki,bu istiqamətdə milyonlar xərclənir, ölkə başçısına və ictimaiyyətə yanlış məlumat verilir ki, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Ağsu rayon Nuran kəndində guya sürətlə iş gedir.Açıq görünən real nəticə ondan ibarətdir ki,milyonların “sərf” olunmasına baxmayaraq Nuran kəndində bu gün tikinti işləri çox ləng şəkildə həyata keçirilir. Ayrılan bunca vəsaitin qarşılığında insanların normal yaşayış hüququ bərpa olunmur, uçuq-köhnə, qəzalı daxmalarda yaşamağa məcbur edilir. Xalqa bəslənən bu səhlənkar, laqeyd münasibətinin arxasında görəsən nə dayanır? Əgər həmin vəsaitlər vətəndaşların özlərinə verilsəydi doğurdanmı onlar ötən müddət ərzində özlərinə ev tikə bilməzdilər?Çox maraqlıdır ki bu işə məsul olan şəxslərdən biri də kənd bələdiyyəsinin sədri Ariz Mustafayev, eyni zamanda Nuran kənd məktəbinin direktorudur.Ariz müəlimin eyni zamanda iki vəzifə daşıması görəsən qanunla necə tənzimlənir?Yəqin bu işə məsul olan şəxslər belə hesab edirlər ki ,Nuran kəndi mərkəzi yoldan təqribən 5 km aralı olduğundan kəndə aparılan kefiyətsiz təmir işlərin görən olmayacaq.Ağsu rayon Nuran kəndində çalışan şirkətlərin adı, rəhbərliyi, idarəetmə prinsipləri,işçiləri işə götürmə metodları,onlarla bağlanan əmək müqavilələri, təhlükəsizlik qaydaları, işçilərə verilən əmək haqları ictimaiyyət üçün sirr kimi saxlanılır ki, bu da daha çox qeyri-şəffaflığa, korrupsiyaya,hesabatlılıqdan boyun qaçırmağa yol açan məqamlardır.
Mövzuya qayıdacağıq. (mediatv.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az