• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-02-2018, 10:45

Bayılda son durum: əhali küçəyə atılacağından qorxur

Bayılda son durum: əhali küçəyə atılacağından qorxur
Elməddin Muradlı: “Sakinləri narahat edən əsas məsələ budur ki, ortada heç bir rəsmi sənəd yoxdur”

Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakinlərin evləri ölçülür və siyahı dəqiqləşdirilir. Bu barədə “Yeni Müsavat”a sakinlər məlumat veriblər. Onların sözlərinə görə, siyahıyaalınma prosesində bəzi nöqsanlara yol verilir. Sürüşmə isə aktiv fazada qalmaqdadır.

Son vəziyyətlə bağlı qəzetimizə açıqlamasında ərazidə yaşayan jurnalist Elməddin Muradlı bildirib ki, kirayə pulunun ödənilməsi ilə bağlı hələ də heç bir addım atılmayıb: “Səbayel Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə evlərini boşaltmaq göstərişi verilmişdi. Lakin bir qrup sakinlər evlərini boşaltmadılar. Çünki haqlı olaraq tələb edirlər ki, evi boşaltmaq üçün bizə müqavilə, sənəd göstərin. Sabah evi söküb, üstünü də torpaqlayandan sonra kim, necə sübut edə biləcək ki, burada ev olub və neçə kvadrat idi? Heç bir tələb irəli sürmək mümkün olmur. Ona görə də bəzi sakinlər evlərini boşatmırlar. İşıq, qaz olmasa da evlərində gecələyirlər. Düşünürəm ki, haqlı olaraq məsələ qaldırılır. Çünki evləri sökmək üçün hansısa səbəb olmalıdır. Səbayel Rayon İcra Hakimiyyəti sərəncam verməlidir ki, evlər filan səbəbə görə boşaldılır. Daha sonra sakinlərlə sənəd imzalanmalıdır ki, biz sizin evinizi təhvil götürürük, təhlükəsizliyinə də zamanət veririk. Bizə sənəd təqdim olunmalıdır ki, evimiz uçurdulacağı təqdirdə hansısa formada danışıqlar aparılacaq. Ona görə də kirayə pulu ilə bağlı da camaat narazılıq elədi ki, 1 il köçüb gedərəm, qayıdanda deyərlər ki, heç sənin burada evin olmayıb. Yaxud da haradan bilək ki, bizə nə qədər kompensasiya təklif olunacaq? Sakinləri narahat edən əsas məsələ budur ki, ortada heç bir rəsmi sənəd yoxdur”.

Müsahibimiz dedi ki, sonuncu dəfə 3 gün öncə kirayə pulu veriləcəyi vədi verilib. Ancaq hələ də bir xəbər yoxdur: «Mənzil istismar sahəsinin işçiləri deyirlər ki, biz əhalini 2013-cü ilin siyahısı ilə qeydiyyata alırıq. Təsəvvür edin ki, mən, valideynlərim, qardaşlarımın ailəsini götürüb 6 nəfər yazıblar. Halbuki 9 nəfər olmalıdır. Yaxşı, 2013-cü ilin siyahısı ilə necə işləmək olar? O vaxtdan bəri ölənlər olub, yeni doğulanlar var. Evlərin sayını da peykdən baxaraq qeyd edirlər. Bizim həyətdə mənim, atamın, qardaşımın evinin damı birlikdə elə vurulub ki, 3 ev, 1 ev kimi görünür. Götürüb bunu 1 ev kimi qeyd ediblər. Düşünürəm ki, bu işlər icra hakimiyyətinin təkbaşına görəcəyi proses deyil".

Muradlı bildirib ki, 108 ailənin taleyini 1 qurumun üzərinə buraxmaq olmaz: “Orada digər müvafiq qurumların da əməkdaşlarının iştirakı ilə birgə komissiya təşkil olunmalıdır. Bizi torpaq sürüşməsi qorxusu ilə oradan çıxardıblar. Ancaq sabahımız məlum deyil. Bakı şəhərində də o qədər aldadıb evdən çıxarma hadisələri olub ki, bizim də inamsızlığımız buna görədir. Ona görə də evlərini boşaldanlar belə, gəlib keşik çəkirlər, işə, dərsə getmirlər. Düşünürlər ki, hər an, hər şey ola bilər. Gəlib evi sökərlər, deyərlər ki, evin 100 kvadrat yox, 25 kvadrat olub. Necə sübut edəsən? Şəxsən bizim evimiz orada 1994-cü ildə tikilib. Bizim kimi orada xeyli məcburi köçkün ailəsi var. Məcburi köçkün olaraq gedib nə kiminsə evini zəbt etmişik, nə də haradasa məskunlaşmamışıq. Halal zəhmətimizlə ev tikib, dövlətə də yük olmamışıq. İndi gəlib orada məcburi köçkünlərə başqa formada yanaşmaq doğru deyil”.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az