• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-09-2019, 08:57

Sahil Babayevin Qubadakı adamı vətəndaşlardan niyə gizlənir?

Sahil Babayevin Qubadakı adamı vətəndaşlardan niyə gizlənir?

Uşaqların sayına görə analar üçün tətbiq olunan güzəştlər həmişə diqqət mərkəzində olub. Hazırda cəmiyyətimizdə azuşaqlılıq tendensiyası daha çox inkşaf etsə də, 3 və daha çox övladı olan ailələr də az deyil. Çoxuşaqlı analara tətbiq olunan güzəştlər sırasında təqaüdə daha tez çıxmaqla bağlı olanı bügünkü məqaləmizin mövzusudur.

Beş və daha çox uşaq dünyaya gətirib onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni, 61 yaşında çixmalıdılarsa, 5 il azaldılır. Nəticədə 56 yaşında əmək pensiyasına çıxır. Amma bunun üçün 7 -ci maddəyə nəzər yetirək: 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Sosial müavinətlər haqqında qanunun 1.0.2 maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Göründüyü kimi, 3 uşaqla yalnız qocalığa görə 57 yaşında pensiyaya çıxmaq olar.
Bu müstəvidə baş verən hüquqpozmalarla bağlı şikayətlər hərdən KİV-ə də yol tapır. Mediatv.az saytının redaksiyasına Quba rayonunun İvanovka kəndində qeydiyyatda olan, hazırda Bakıda yaşayan üç övlad anası İradə Əliyeva müraciət edərək bildirmişdir ki, 57 yaşında deyil 1 il 4 ay gec çıxıb. Lakin ötən həmin müddətə görə ona pensiya hesablanmayıb. Bu məsələni həll etmək vəzifəsini daşıyan Quba rayon DSMF onun müraciətlərinə biganə yanaşır. Vətəndaş Mediatv.az-a bildirir ki, artıq 5-6 dəfə Bakıdan Qubaya gedərək şöbə müdiri Vüsal müəllimin qəbuluna düşmək istəyib. Çünki, müdirdən aşağı bütün vəzifəli şəxslər müdir olmadan müraciətin müsbət həlli üçün heç bir addım atmağa cəsarət etməyiblər. Məsələnin gah şöbə müdirindən, gah da Bakıdan, yəni, nazirlikdən asılı olduğunu deyiblər. İ.Əliyevanın cəhdlərinin son nəticəsi də bu olub ki, ya Vüsal müəllimi yerində tapmayıb, ya da müdir onu aldadaraq aradan çıxıb. Hətta bir dəfə Qubada olarkən, şöbə müdirinin qəbuluna düşməyə hazırlaşarkən redaksiyamıza zəng edib vəziyyət barədə məlumat da verdi. Öz növbəmizdə Vüsal müəllimə zəng vurub vətəndaşın müraciətinə nəyə görə həssas yanaşılmadığını soruşduq. Şöbə müdiri vəd etdi ki, İradə xanım günortadan sonra ona yaxınlaşsa, qəbul edib dinləyəcək, problemin həllini tapması üçün əlindən gələn köməkliyi əsirgəməyəcək. Lakin, günortadan sonra müdir işinin üstünə qayıtmayıb. Vətəndaş da iş gününün sonunadək onu narahatçılıqla gözləyərək boş yerə vaxtını itirib və dolaşıq fikirlərlə baş-başa qalıb: "Əcəba, Vüsal müəllim şöbənin işini distant olaraq məsafədənmi idarə edir? Elədirsə,niyə virtual qəbul keçirmir, qəbula gələn vətəndaşlarla görüntülü danışmır?"
"Mən xalqımın xidmətçisiyəm" - deyən ölkə başçısı cənab İlham Əliyev bütün məmurlara ciddi tapşırıq verir ki, vətəndaşların müraciətlərinə həssas yanaşsınlar, onlarla nəzakətli rəftar etsinlər. Amma deyəsən, bu tapşırıqların Vüsal bəyə aidiyyəti yoxdur. Onun rəhbərlik etdiyi şöbəyə işi düşən vətəndaşlara laqeyd münasibət göstərilir, sosial müdafiəyə ehtiyacı olan insanlar get-gələ salınırlar. Sanki bu yolla vətəndaşlara mesaj verilir ki, üzləşdikləri bu süründürməçilikdən can qurtarmaları üçün onlardan nəsə təmənna umulur. Başqa sözlə, elə dözülməz şərait yaradılır ki, vətəndaşlar həmin təmənnanı ödəməyəcəkləri təqdirdə qanunvericilikdə təsbit olunmuş hüquqlarını həyata keçirmək, haqqlarını almaq cəhdlərinin uğursuz olacağı fikri ilə barışsınlar. Problemlərinin qanuni həlli yolunun "uzundərə" olduğunu görüb məmurlardan tələb deyil, xahiş etmək zorunda qalsınlar.
Maraqlıdır, görəsən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevin Qubadakı adamı Vüsal bəyin işdəycələrindən xəbəri varmı? Yoxsa, bütün digər rayonlarda da vəziyyət məhz bu cürdür?
Mövzuya qayıdacağıq. (mediatv.az)
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az