• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
13-08-2019, 22:58

ZƏLZƏLƏDƏN ZİYAN ÇƏKƏNLƏR ARASINDA AYRI-SEÇKİLİK EDİLİR-FOTOLAR

ZƏLZƏLƏDƏN ZİYAN ÇƏKƏNLƏR ARASINDA AYRI-SEÇKİLİK EDİLİR-FOTOLAR

Məlum olduğu kimi, bu il fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonu əırazisində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə təxminən 6 bal gücündə baş verən zəlzələ qonşu Şamaxı, Ağsu rayonlarında da bir sıra fəsadlara səbəb oldu.
Fevralın 7-də zəlzələ bölgəsinə səfər edən Prezident İlham Əliyev elə həmin gün Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrıldı. Prezidentlə görüşdə dövlət başçısının əlini öpməyə cəhd edən ahıl Saray nənənin əlini özü öpərək ona ehtiramını bildirən Prezident İlham Əliyev bir daha sadəliyini, səmimiyyətini, xalqına olan münasibətini ortaya qoydu. Sakinlərlə görüş zamanı bəyan etdi ki, təbii fəlakətdən zərər çəkən evlər əsaslı şəkildə təmir olunacaq, tamamilə yararsız olanların yerində isə müasir tələblərə cavab verən yeni ev tikiləcək.
Xatırladaq ki, mart ayının 4-də Prezident İlham Əliyev Ağsu rayonuna da səfər etmiş, bu rayonda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmuşdu. O, Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın və Firdovsi küçəsində Həcər Zamanovanın ailələri üçün inşa edilən yeni evlərdə görülən işlərə baxmış, işçilərlə, ev sakinləri ilə həmsöhbət olmuşdu. Söhbət əsnasında ölkə rəhbəri bəyan etmişdi ki, Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib və dağılmış evlərin yerində yeniləri tikilir. O, bütün dağılmış evlərin qısa müddət ərzində yenidən tikiləcəyini, qəzalı evlərin isə əsaslı şəkildə təmir olunacağını vurğulamışdı: "Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.
Mediatv.az xəbər verir ki Ağsuda 2085 vətəndaşdan daxil olmuş müraciətə baxılıb. Rayon üzrə 266 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Digər rayonlarda olduğu kimi, Ağsuda da qəzalı evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması işləri görülür. Sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilir. Bütün işlərin sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub.
Amma deyəsən, o iki milyon çoxdan xərclənib qurtarıb. Özü də Ağsu rayonunun Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızının evinə çatıncayadək. Rayon Fövqəladə Hallar Komissiyası ona məxsus fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə deyil, bərpa-gücləndirilməsinə deyil, məhz təmirə ehtiyaclı olduğu qənaətinə gəlib.Mediatv.az a müraciət edən Ev sahibi isə bununla razı deyil. Çünki ev təmir olunacaqsa da, yenidən, hətta yüngül yeraltı təkan baş verəcəyi təqdirdə də kəskin qəzalı vəziyyətə düşərək dağılmaq, sakinləri olan ailənin üzvlərinin ölüm təhlükəsi ilə üz-üzə qalmaq ehtimalı qalacaqdır.Hal-hazırda bu evdə yaşayış var. Evin divarları demək olar ki, bir-birindən aralanıb, qapı isə hər gün çökməkdə davam edir.
Prezident özünü xalqın xidmətçisi hesab etdiyi halda, məmurlar öz vəzifələrini ciblərini doldurmaq fürsəti kimi dəyərləndirirlər. Çünki xalqı incitməyin, vətəndaşı dövlətin ayırdığı diqqət və qayğıdan məhrum etməyin əxlaqda yalnız bir motivasiyası ola bilər - Təmənna.
Məsələ ilə əlaqədar podratçı şirkətin rəhbəri Yusif adlı şəxslə əlaqə saxladıq. O dedi ki, tikinti şirkətinin evlərin vəziyyətini müəyyənləşdirmək məsələsinə heç bir aidiyyəti yoxdur, müayinəni fövqəladə hallar komissiyası aparır. Yerli bələdiyyənin sədri (eyni vaxtda kənd orta məktəbinin direktoru) ilə də danışdıq. O da etiraf etdi ki, Bədəlovanın yaşadığı ev təmirlə başa gəlməz, tam yararsız hala düşdüyündən sökülməlidir.
Bədəlovanın cəmi bir ay vaxtı qalıb. Günlər keçdikcə cəhdlərinin səmərə verəcəyinə ümidi bir az da azalır. Odur ki, problemini KİV-də ictimailəşdirməyi qərara alıb.
Mövzuya qayıdacağıq.

Nyus.Az










Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az