• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
29-07-2019, 08:27

Duz təbabəti, "duz pullar", təbliğat gücü və ya sonsuzadək parlayan Günəş

Duz təbabəti, "duz pullar", təbliğat gücü və ya sonsuzadək parlayan Günəş

Duz insanların həyatında qida, su qədər önəmli yerlərdən birini tutur. Təbabətdə də duzdan geniş istifadə edilir. İnsanın həzm prosesində mühüm rol oynadığı qeyd edilən duzun müalicəvi əhəmiyyəti dünyanın müxtəlif ölkələrindəki xalqların təbabəti ilə bağlı materiallarda açıq-aydın göstərilib. Məsələn, Suriyada Nesturi məzhəbinə aid tibb kitabında duzun mədə xəstəliklərinə qarşı yaxşı vasitə olduğu qeyd edilib, qədim hind təbabətində duzun ağrıkəsici, mədəyuyucu, mühüm dezinfeksiyaedici vasitə olduğu vurğulanıb. Çində isə miladdan öncə 2700-cü ildə duzdan dərman kimi istifadə olunduğuna dair mənbələrdə çoxsaylı məlumatlar var.

Nyus.Az bildirir ki, AZƏRTAC-a müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov deyib.

Ağrımayan başına duz bağlama

Asəf Orucov bildirib ki, bu gün xalq arasında "Ağrımayan başına duz bağlama" deyimi də onun tibbi məqsədlərlə istifadə edildiyinə işarədir. Deyimdən belə nəticə çıxarmaq olar ki, duz ağrıyan başa "bağlandığı" zaman ağrıları götürür. İkincisi, deyimin bir anlamı da odur ki, başa duz bağlamaq insana həm də ağırlıq gətirir və ona görə də sonu yaxşı olmayan, çətin bir işdən yapışmamaq tövsiyə ediləndə "Ağrımayan başına duz bağlama" deyimindən istifadə edilir. Tədqiqatların nəticəsi isə əminliklə deməyə əsas verir ki, duz bütün toplumlarda müqəddəs nemət sayılır. Türk xalqlarında isə duz çörəkdən sonra üzərinə ən çox and içilən nemətlərdən biridir.

Afrikada bu gün də "O, yeməyinə duz vurur" sözləri haqqında danışılan şəxsin varlı olduğu mənasına gəlir. Vaxtilə Efiopiyada "duz pullar" çox önəmli olub. Çində də "duz pullar"dan istifadə edilməsindən söz açan Marko Polo qeyd edib ki, bu ölkədə duzlu suyu böyük tiyanlarda qatılaşana qədər qaynadır, sonra kiçik paylara ayırıb üstünə imperatorun möhürünü vururdular. Duz pulların metal pullara oxşaması üçün onları kürədə bişirərdilər. Qədim Romada əsgərlərə pul əvəzinə verilən duz "sol" adlanırdı. "Sol" latın dilində "Günəş" deməkdir. İtaliyada xırda pul "soldi", Fransada "solid" adlanırdı. Fransız sözü "saler" "əməkhaqqı" mənasını verirdi. Buna görə də duza tarixən ehtiyac duyulmuşdur. Dünyanın ölməz yazılı abidələrindən hesab olunan "İliada" və "Odisseya" əsərlərinin müəllifi Homer duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırıb. Qədim yunan fılosofu Platon deyib: "Duz allahların xüsusi qiymətləndirdiyi maddədir".

Naxçıvanda duz və ya Duzdağı

"Duzdağ Naxçıvan şəhərinin 12 kilometrliyində, tarixi Böyük İpək Yolu üzərində, Böyükdüz kəndi yaxınlığında yerləşir. Bu ərazinin Cənubi Qafqazın əsas strateji marşrutları üzərində olduğunu nəzərə alaraq demək olar ki, onun zəngin duz layları qədim dövrdən diqqəti cəlb edib", - deyən AMEA Naxçıvan bürosunun əməkdaşı vurğulayıb ki, mənbələrdə Naxçıvan Duzdağının Nuh Peyğəmbər tərəfindən aşkar edilməsi haqqında rəvayətlər vardır. Belə ki, əfsanəvi gəmisi ilə bəşəriyyəti Dünya tufanından xilas etmiş Nuh Peyğəmbər Naxçıvan Duzdağını da kəşf edib. Hətta deyilənlərə görə, Nuh Peyğəmbər Naxçıvandakı duz mağaralarında ilk çalışanlardan biri olub. Duz mədənləri həm Naxçıvanın Daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək üçün çox əhəmiyyətlidir. Burada aşkar olunan balta və çəkiclər duzçıxarma aləti kimi bu ərazidə insanlığın ilk məskunlaşma dövrlərini göstərir, hələ dəmirdən istifadənin məlum olmadığı Daş dövrü haqqında təsəvvür yaradır. Eyni zamanda bunlar eradan əvvəl işlədilən duz mədənlərinin qədimliyindən xəbər verir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən, yəni eramızdan əvvəl V minillikdən başlayaraq Naxçıvanda mədənçilik mövcud olub.

Daş çəkiclərin bir qismi 1870-ci ildə abidələrlə maraqlanan Naxçıvan şəhər məktəbinin müfəttişi K.A.Nikitin tərəfindən toplanıb. O da bu alətlərdən duz çıxarılması üçün istifadə edildiyini yazıb. 1879-cu ildə Polyakov da arxeoloji kəşfiyyat işləri zamanı duz mədənlərinin yaxınlığından xeyli daş çəkic tapıb. Tədqiqatçının fikrincə, onlar daha qədim dövrdə duz çıxarmaq üçün istifadə olunub. 1895-ci ildə Qafqazın arxeologiyası və etnoqrafiyası ilə məşğul olan P.N.Nadejdin də tapıntılarla tanış olduqdan sonra onların fikirlərini təsdiqləyib.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, Duzdağda aşkar olunan arxeoloji materiallar çoxsaylı və müxtəlif formalı olması ilə fərqlənir. Naxçıvan Duzdağında təsadüfi olaraq mis və dəmir qalıqları da tapılıb. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilib, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi aşkarlanıb.

Duz məişətdə

Asəf Orucov maraqlı bir məqama da toxunaraq bildirib ki, qədim dövrlərdə məişətdə işlədilən narın duz bir neçə üsulla hazırlanırdı. Duzdağdakı ən təmiz, gili az olan duz salları ayrıca yığılardı. Həmin sallar həyətə gətirildikdən sonra yuyulub qurudular, müəyyən daş və çəkiclə əzilərək xınc formasına salınardı. Əzilmiş, xırdalanmış duzlar müxtəlifölçülü dibək daşlarında döyülüb narın duz halına gətirilərdi.

Xalq arasında qədim dövrdən Duzla bağlı deyimlər, alqışlar, qarğışlar da meydana gəlib. Naxçıvanda xalq arasında "Səni görüm ömrün Duzdağına dönsün" alqışı olub. Çünki Duzdağ heç vaxt bitmək, tükənmək bilmir. Ona görə də insan ömrünü ona bənzədirlər. Duz həm də xalqın inanc yeri olub. El arasında "Duz haqqı" ifadəsi işlədilib, duza əl basılıb. Ağbirçəklərimiz "Duz yerə töküləndə evdə söz-söhbət olar, araya inciklik düşər" deyə, duzun üstünə şəkər qoyublar. Uşaq narahat olanda, çox ağlayanda onun başına duz fırladıb ocağa atarlar.

Xalqımız arasında "Qız yükü, duz yükü" kimi deyim də mövcuddur. Bu deyimin anlamı odur ki, qızı tərbiyə edib, böyüdüb, başa çatdırmaq duz yükü qədər ağır bir işdir.

Naxçıvanda duzla bağlı bir çox bayatılara da rast gəlirik:

Naxçıvanın duz dağı,


Duz ləpəsi, duz dağı.

Çəkdi yar sinəm üstə,

Dağ üstündən yüz dağı.

Qeyd edək ki, diyarımızdakı daşduz yataqlarından çıxarılan duz soda istehsalı ilə yanaşı, müxtəlif sənaye sahələri üçün əvəzolunmaz xammal idi. Hələ qədim zamanlardan sənətkarlığın bəzi sahələrində də duzdan istifadə edilib.

Araşdırmalardan məlum olur ki, duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Rəvayətə görə, Adəmin oğullarından olan Türk xanın oğlu Tütək xan çöldə kabab yeyərkən əlindəki ət tikəsi yerə düşüb. Qaldırıb tikəni yedikdə dadının dəyişdiyini hiss edib. Sonra aydın olub ki, bu, duzdur və o zamandan etibarən duzdan mətbəxdə istifadə edilir.

Duz ticarəti

Asəf Orucov deyib: Duz ehtiyatları qədim dövrdən başlayaraq xarici-iqtisadi əlaqələrin yaranmasına və inkişafına təkan verib. Duzdağda aparılan araşdırmalar sübut edir ki, eramızdan əvvəl IV minillikdə bu proses daha geniş miqyas alıb, mübadilə məqsədilə tələbatdan artıq duz tədarük olunub. Bu isə, öz növbəsində, şəhərlər arasında əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarıb.

Araşdırmaların nəticələri barədə danışan tarix üzrə fəlsəfə doktoru deyib ki, primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Naxçıvan duz mədənlərində istehsal edilən məhsulların region dövlətlərin istehlakçılarına göndərilməsi ənənə halını alıb. Müəyyən edilib ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub.

Tədqiqatlardan o da məlum olur ki, Anadoluda duzdan ilk dəfə istifadə edənlər hititlər olub. Hətta müəlliflər hititlərin duz ticarətindən yaxşı gəlir əldə etdiklərini, onların duzla müalicə üsulları haqqında məlumat verib.

Duz yaddaşı - Duz Muzeyi

Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən Duz Muzeyinin ötən il istifadəyə verilməsi muxtar respublikamızın dünyada təbliği üçün böyük əhəmiyyət kəsb edir. Çünki Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda, bəşəri əhəmiyyət daşıyır. Bu muzeyi qeyri-adi edən isə təbiətin bizə bəxş etdiyi sadə bir nemətin minilliklərboyu qədim bir mədəniyyətin daşıyıcısı rolunda çıxış etməsidir.

Bir sıra turizm mütəxəssislərinin ümumiləşmiş fikirləri də maraqlıdır. Həmin mütəxəssislər deyirlər ki, Naxçıvanda qədimliyi ilə seçilən ünvanlar çoxdur. Ancaq kütləvi maraq baxımından üç obyekt daha çox diqqətçəkicidir: Əshabi-Kəhf mağarası, Duzdağ və Nuh Peyğəmbərin türbəsi. Bu obyektlər ona görə əcnəbi turistlərin marağındadır ki, onlar mahiyyət etibarilə bölgə sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Muxtar respublikamıza gələn turistlərin bu ünvanlara daha çox yönəlməsi də qədim diyarımıza, onun zəngin tarixinə hədsiz marağın nəticəsidir. Bütün bunlar Naxçıvanın qədim Nuh diyarı kimi təbliğində əhəmiyyətli rol oynayır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az