
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Virtualaz.org bildirir ki, yarışın son günündə Azərbaycan güləşçiləri qızıl, gümüş və iki bürünc qazanıblar. Finalda erməni Genik Asatryana 6: 1 hesabı ilə qalib gələn Sabir Cəfərov kürsünün ən yüksək pilləsinə qalxıb.
Ümumilikdə, Azərbaycan sərbəst güləşçiləri 7 qızıl medal qazanıblar - 1 qızıl, 2 gümüş və 4 bürünc.
Ümumiyyətlə, Azərbaycan Avropa çempionatında üç növdə 15 medal qazanıb - 4 qızıl, 3 gümüş və 8 bürünc. Yunan-Roma güləşçiləri 6, qızlar isə 2 medal qazanıblar.
Beləliklə, ümumi komanda hesabında sərbəst və klassik güləşçilərimiz 2-ci yeri tutublar.
Nyus.Az





























