• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
20-06-2019, 11:14

Ağsaqqallar Ağstafadakı qətliamı önləyə bilərdimi...

Ağsaqqallar Ağstafadakı qətliamı önləyə bilərdimi...

Həmid Herisçi: “Bizdə qan davaları Bakı kəndlərində olub, lap uzağa getsək...”

Ağstafada 7 nəfərin güllələnməsi ilə nəticələnən qan davası nüfuzlu ağsaqqallar məsələsini aktuallaşdırıb. Keçmişdə qan davası olan ailələri bölgənin hörmətli adamları bir araya gətirər, barışdırar, nəsillərin bir-birinin axırına çıxmasına son qoyardılar.

İndi ağsaqqal sözü ya eşidən yoxdur, ya da onlar tərəfindən ailələri barışdırmağa bir təşəbbüs də olmur. Axı bu qan davası hansı tərəfə xeyir gətirib, kimi sevindirib? Ölən məzara, öldürən həbsə gedir, sonra bu kin, intiqam atəşi ilə yaşayan nəslin davamçıları qan davasını davam etdirirlər.

Bu ilin mayında Şamaxıda qan davası fonunda 2 nəfəri döydüyünə görə rayon sakini Sahib Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yanvarda Türkiyədə 2 azərbaycanlı ailənin 5 üzvü qan davasının qurbanı olub. Bu il Moskvada da qan davası üstündə qan tökülüb. Əslən Gürcüstandan olan 60 yaşlı Abdullayev və Vaqif Hümbətov ölüblər.

Atəşin Rəsul Abdullayev tərəfindən açıldığı bildirilib. Məlumata görə, Abdullayev “Naqan” tipli tapança ilə Vaqif Hümbətova atəş açdıqdan sonra özünə qəsd edib. Rusiya KİV qətlin qisas və qan düşmənçiliyi zəminində baş verdiyini yazıb.

Belə ki, ata qumara qurşanan və böyük məbləğdə borclandığı üçün öldürülən oğlunun qisasını almaq qərarına gəlib. Bu səbəbdən də qətldə əli olan 50 yaşlı Vaqif Hümbətovu öldürüb.

Filmlərimizdə, ədəbiyyatımızda da qan davalarına dair nümunələr var. “Axırıncı aşırım” kinosunda Kərbəlayı İsmayılın oğlu Yədullanın tikə-tikə doğranmasını, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsərində qan düşmənçiliyinə toxunmasını qeyd etmək olar.

Əslində qan davası təkcə Azərbaycana aid deyil. Qan düşmənçiliyi cənub ölkələri və dağ xalqlarına aiddir. Şotlandiya, İrlandiya, İspaniya, İtaliya, Korsikada belə bu adətlər var. Qisasçılıq Qafqazda və Türkiyədə var. Əsasən kürd kökənli ailələr, nəsillər arasında qan davaları uzun illər davam edir. Bu dava zamanla aşirətlər tərəfindən Türkiyənin digər ərazilərində də yayılmağa başlayıb. Ərəb ölkələrində də bu hal var idi. Amma İslam gələndə şəriət məhkəməsi ilə bu münaqişələr həll edilməyə başlandı. Ölkəmizdə qan davalarının artmasına türk televiziyalarında yayımlanan serialların təsiri də az deyil. Ssenarinin məlum mövzu üzərində qurulması, qan davasındakı personajın müsbət rol olaraq təqdim olunması xüsusən də gənclərə psixoloji təsir edir.

Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Məhəmməd Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu gün ağsaqqallıq institutu sıradan çıxmış vəziyyətdədir. Onun sözlərinə görə, keçmişdə hər adam ağsaqqallıq edə bilməzdi: “Bu gün yeni nəsilə elə gəlir ki, onlar hər şeyi bilirlər, ağsaqqala ehtiyac yoxdur. Amma bu gün daha çox ehtiyac duyulduğu görünür. O vaxtlar hər kənddə, obada ağsaqqala ehtiram olub. Çünki ağsaqqal dediyimiz insan nüfuzlu idi, sözünün çəkisi varıydı, insanların hüquqlarını müdafiə edirdi, qan davalarını yatırdan barışdırıcı mövqedə dayanırdı. Onlar əmin-amanlığın tərəfində dayanan adamlarıydı və qan davalarının qarşısını almağa çalışırdılar”.

Folklorşünas hesab edir ki, ağsaqqal adlanan şəxslər İslamı yaxşı bilən, mənəvi cəhətdən möhkəm adamlar idi: “Cavanlar indi köhnə adət-ənənədən o qədər də xəbərdar deyil. Əgər bilsəydilər, qan davası düşməzdi. Əslində dünyanın çox yerində var, amma qan düşmənçiliyi əsasən Qafqaz xalqlarında aiddir. Ağstafada olan hadisə də göstərdi ki, qan davalarını yatırmaq üçün ağsaqqallara ehtiyac var”.

Həmid Herisçi

Konspiroloq-yazıçı Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, qan düşmənçiliyinə vendetta deyilir: “Uşaqlıqda ”Korsikasayağı vendetta" filmi varıydı. Amma mövzu komik çəkilmişdi. Bizdə qan davaları Bakı kəndlərində olub. Lap uzağa getsək, elə Ağqoyunlu Qaraqoyunlu qan davasıydı. Mən sizə bir nümunə deyim, çar Rusiyası Qarabağı alanda İbrahim xanı 60 üzvüylə çayda boğub öldürmüşdü. Onda İbrahim xan qarğış edib ki, sənin nəslin yox olsun. Bilirsiniz ki, çar və uşaqları öldürülüb. Yazıçı Elçinin romanında bu barədə var, qeyd edir ki, İbrahim xanın qarğışı, lənəti Romanovları tutdu. Yəni bu da bir qan davasıdır.

Və yaxud Leninin qardaşı öldürülüb, o da çardan qisasını alıb. Dünya qan davası ilə idarə olunub. Biz indi soyqırımı deyirik. Bu da qan davasıdır.

Amma mən bunun böyük miqyasını Lenində görürəm. O, qardaşına görə çardan qisas alıb".

H.Herisçinin fikrincə, Şeyx Şamil hərəkatında şamxallar, Tabasaran xanları olub: “Onların nəslini qırıblar. Bu da qan davası üstündə olub. Elə İrana baxaq. Deyirlər ki, şah Pəhləvi Xomeyninin atasını və oğlunu öldürür. Xomeyni də şahdan öz qisasını alır. Qan davaları dünyanın hər yerində var”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az