• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
10-06-2019, 01:08

Peyğəmbəri xatırladan ayna - Həzrət Əli Əkbər

Peyğəmbəri xatırladan ayna - Həzrət Əli Əkbər

Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü hicri-qəməri ilinin Şəban ayının 11-ci günü dünyaya göz açmışdır. Onun atası şəhidlər sərvəri imam Hüseyn (ə), anası isə Əbu Mürrət ibn Ürvət ibn Məsud Səqəfinin qızı Leyladır və imam Hüseynin (ə) böyük oğludur. Bu haqqda imam Zeynəlabidindən (ə) belə nəql oluinur:

...كان لي اخ يقال له عليّ اكبر منّي قتله الناس
"Mənim, məndən böyuk Əli Əkbər adlı qardaşım var idi ki, bu insanlar onu qətlə yetirdi..."

Nəql olunur ki, bir gün həzrət Əli Əkbər (ə) atası imam Hüseyn (ə) tərəfindən Mədinənin valisinə bir peyğam çatdırmaq üçün məmur olunur. Həzrət Əli Əkbər (ə) peyğamı Mədinə valisinə çatdırdıqdan sonra, vali ondan "Adın nədir?" - deyə soruşduqda, cavab verir: "Əli." Vali soruşur: "Bəs qardaşının adı nədir?" Həzrət Əli Əkbər (ə) cavab verir: "Əli." Vali əsəbiləşir və deyir: ما یُریدُ اَبُوك؟ - "Atan nə istəyir ki, bütün oğullarının adını Əli qoyub?"

Nyus.Az maide.az-a istinadən bildirir ki, Həzrət Əli Əkbər (ə) evə qayıtdıqdan sonra, bu hadisəni atası imam Hüseynə (ə) danışır. İmam Hüseyn (ə) buyurur: "And olsun Allaha, əgər Allah-Taala mənə on oğul versəydi, hamısının adını Əli və on qız versəydi, hamısının adını Fatimə qoyardım".

Həzrət Əli Əkbər (ə) gözəllik və şücaətdə, əxlaq və rəftarda, xarici görünüş və qamətdə, həmçinin danışıq tərzində əziz İslam Peyğəmbərini xatırlayırdı. İmam Hüseyn (ə) onun ruhi kamilliyini, görkəmini və simasını vəsf edərkən buyurur: "Əli Əkbər zahiri görkəmdə, əxlaqda, rəftarda, hərəkətlərində və danışığında Peyğəmbərə (s) oxşayırdı. Ailəmizin hər hansı bir üzvü Peyğəmbərin (s) simasını görməyi arzu etdikdə, onun gözəl simasına tamaşa edərdi. Yəni o, həm görünüşündə, həm də xasiyyətində Peyğəmbəri (s) xatırladan bir aynaya bənzəyirdi".

Həzrət Əli Əkbər (ə) Aşura macərasında fəal iştirak etmiş, hər zaman atası imam Hüseynin (ə) kənarında olmuş və düşmənlərlə son nəfəsinə qədər mübarizə aparmışdır. Tarixdə göstərilir ki, imam Hüseynin (ə) karvanı "Sələbə" məntəqəsində düşərgə salır və imam Hüseyn (ə) azacıq yuxuya gedir. Yuxudan ayıldıqdan sonra ətrafındakılara buyurur: "Yuxuda mənə deyildi ki, ölüm sizi tezliklə behiştə doğru aparacaq". Əli Əkbər (s) bu sözü eşitcək soruşur: "Atacan! Məgər biz haqqın tərəfində deyilikmi?" İmam Hüseyn (ə) buyurur: "Bəli! And olsun Allaha ki, biz haqqın tərəfindəyik!" Əli Əkbər (ə) deyir: "Bu zaman ölümdən qorxumuz yoxdur." İmam Hüseyn (ə) oğlu Əli Əkbərin (ə) bu ifadəsindən çox sevinir və buyurur: "Oğlum, Allah sənə xeyirli mükafat əta etsin!" ("Muntəhəl-amal", Şeyx Abbas Qummi, 1-ci cild, səh.375.)


Əli Əkbər (ə) Kərbala faciəsində Bəni-Haşim tayfasından ilk şəhid olan şəxsdir. "Aşura" günü imam Hüseynin (ə) bütün səhabələri şəhadətə yetdikdən sonra, növbə o həzrətin nəslindən olanlara çatdıqda, hamıdan əvvəl meydana qədəm qoyan, İslam və Quran yolunda oxların, nizələrin və qılıncların önünə sinəsini gərən ilk şəxs imam Hüseynin (ə) böyük övladı həzrət Əli Əkbər (ə) olur.

Həzrət Əli Əkbər (ə) atası ilə vidalaşıb çadırlardan uzaqlaşana qədər imam Hüseyn (ə) onun gözəl görkəminə və uca qamətinə məhəbbət dolu bir nəzər salıb üzünü göyə tutaraq belə deyir:

اَللّهُمَّ اشْهَدْ فَقَد بَرَزَ إِلَيهِم غُلامٌ أَشبَهُ النّاسِ خَلقاً وَ خُلقاً وَ مَنطِقاً بِرَسُولِكَ (ص) وَ كُنّا إِذا اشْتَقنا إِلىٰ نَبِيِّكَ نَظَرنا إِلَيهِ

"İlahi, Sən Özün bu camaatın əleyhinə şahid ol! Onların üstünə həm əxlaqda, həm görkəmdə, həm də danışıqda Peyğəmbərinə (s) hamıdan çox oxşayan şəxs gedir. Biz nə zaman Peyğəmbərin simasını görmək istəsəydik, onun üzünə tamaşa edərdik..." ("Luhuf", Seyid ibn Tavus, səh.113.)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az