
Baş Prokurorluq Hacı Muradın qalıqlarının yoxa çıxması faktı üzrə araşdırma aparmır.
Baş Prokurorluğun mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Hacı Muradın qalıqları ilə bağlı Baş Prokurorluğa və Qax Rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb.
Xatırladaq ki, dünən Rusiya KİV-ləri Hacı Murada aidiyyatı güman edilən qalıqların onun vətənində - Dağıstanın Xunzax rayonunda dəfn edilməsi barədə məlumat yaymışdı.(virtualaz.org)
Nyus.Az

























