• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
28-05-2019, 08:27

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Tarixin şah əsərləri" adlı sərginin açılış mərasimində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Tarixin şah əsərləri" adlı sərginin açılış mərasimində iştirak edib

Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət "Tarixin şah əsərləri" adlı sərginin açılış mərasimi keçirilib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, beş il əvvəl Gürcüstan Milli Muzeyində Azərbaycana aid minlərlə tarixi, mədəni artefaktın olduğu məlum oldu. Bununla əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi və qərara gəlindi ki, bu materiallar əsasında möhtəşəm sərgi təşkil olunsun.

Sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən Fuad Axundov bu işin ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin və Gürcüstan Milli Muzeyinin birgə xeyli iş gördüyünü diqqətə çatdırıb. "Sərgidə nümayiş olunan şəkillərin böyük bir qismi bərpa edilib. Gürcüstanın Milli Muzeyi yaranan gündən bu artefaktları toplayaraq günümüzədək qoruyub saxlayıb. Buna görə gürcüstanlı həmkarlarımıza təşəkkürümü bildirirəm", - deyə o qeyd edib.

Gürcüstan Milli Muzeyinin baş direktoru, akademik David Lordkipanidze bildirib ki, sərgidə nümayiş olunan qədim sənət nümunələrini Azərbaycan sənətçilərinin şah əsəri hesab etmək olar. O, sərginin tamaşaçıların rəğbətini qazanacağına əminliyini ifadə edib.

Diqqətə çatdırılıb ki, oktyabrın 6-dək davam edəcək sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur.

Sərgidə Qacarlar epoxasına aid qədim incəsənət nümunələrinin əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim edilir. Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alıb.

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir. Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub.

Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub.

Qeyd edilib ki, Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı və müasir Ermənistan ərazisində yaşamış Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim olunur. Bu eksponatlarla tanışlıq o dövrün həyat və məişət mənzərəsini daha aydın təsəvvür etməyə imkan verir, sarayın memarlıq üslubunu nümayiş etdirir.

Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunur. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsinə səyahətlər edib və bir sıra arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib. O, İrəvan qalasının nadir tikililəri- Sərdar Sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb.

Tədbir çərçivəsində, həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi professor Eldar Nadiradzenin "İrəvan xanlığı: tarixi və mədəni profili" kitabının təqdimatı keçirilib.

Kitabın müəllifi, professor Eldar Nadiradze nəşr haqqında fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda aparılan döyüşlər, xanlığın Azərbaycan tarixində oynadığı rol barədə müfəssəl məlumatlar əksini tapıb. Kitabda İrəvan xanlığının tarixindən bəhs edən foto və rəsm əsərləri, Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların şəkilləri yer alıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az