• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-05-2019, 12:46

Cavid Qurbanov 10 milyona məsləhət alır: BİR SÖVDƏLƏŞMƏNİN İZİ

Cavid Qurbanov 10 milyona məsləhət alır: BİR SÖVDƏLƏŞMƏNİN İZİ

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəyəri milyonlarla ölçülən razılaşmaya imza atıb. Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı–Böyük Kəsik dəmir yolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma əldə edib. Tenderin qalibi İspaniyanın “JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi olub.
Bu haqda məlumatı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) özü yayıb. Məlumata görə, bu məqsədlə adı çəkilən xarici şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq məsləhət alacaq.
Maraqlıdır, belə bir layihə üçün 10 milyon dollarlıq məsləhət Cavid Qurbanova nə üçün lazımdır? Qısa bir xatırlatma kifayətdir ki, məbləğin reallığa uyğun olmadığı açıq şəkildə görünsün. Belə ki, 2 il əvvəl Azərbaycan hökuməti ölkənin bütün iqtisadi modelinin tətbiqi üçün dünyanın məşhur konsaltinq şirkəti ilə cəmi 1.2 milyon dollar məbləğində razılaşmışdı. Cavid Qurbanov isə kiçik bir layihə üçün məsləhət almağa 10 milyon dollar xərcləyəcək. Bu da əslində məsələdə qaranlıq məqamların olduğunu göstərir. Cavid Qurbanovun tenderin qalibi etdiyi şirkətin hansı özəllikləri var ki, belə bir müqavilə imzalansın? Hər halda bu müqavilənin ən maraqlı nüansı da budur. Nəzərə alaq ki, bu pullar dövlət büdcəsindən xərclənir, adi bir layihə ilə dövlət büdcəsinə vurulan zərərin həcmi 10 milyonlarla dollardır.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, 10 milyon dollar məsləhət almaq üçün ödənilə bilməz. O, deyib ki, 10 milyon dollarlıq müqavilə suallar və şübhələr doğurur: “Əvvəlcə araşdırılmalıdır ki, bu konsaltinq şirkətinin səviyyəsi necədir. Çünki beynəlxalq, tanınmış bir neçə konsaltinq şirkəti var ki, Azərbaycanla da işləyir. Bu şirkət isə tanınmır. Yüz faiz bu şirkətin arxasından bir azərbaycanlı çıxacaq. Çünki tanınmış bir şirkət deyil. Hətta hökumətin bütövlükdə iqtisadi proqramının məsləhəti üçün çox nüfuzlu beynəlxalq şirkətlə cəmi 1.2 milyon avro müqabilində müqavilə bağlanmışdısa, belə kiçik bir layihə üçün 10 milyon dollarlıq müqavilə bağlamaq təbii ki, suallar və şübhələr doğurur. Dünyanın indiki konsaltinq bazarındakı qiymətlərə də uyğun deyil. Çox güman ki, tanınmamış ispan şirkəti ilə əlaqə qurulub və danışıqlar aparılıb ki, “atkat” (ödənilən pulların qeyri-rəsmi qaydada razılaşdırılmış şəxsə qaytarılması-müəl.) edilsin. Bununla da korrupsiya sxemləri ilə pulun geri dönüşü həyata keçiriləcək. Ümumiyyətlə, bu şirkətin fəaliyyətini araşdırmaq lazımdır. Ola bilər ki, hansısa adi bir ispanın adına açılmış şirkətdir. Bu şirkət sadəcə Azərbaycanla müqavilə bağlayıb pul alıb. Bu da ölkədən qanunsuz pul çıxarılmasına nümunədir, korrupsiya sxemidir. Bu cür kiçik layihələrin konsaltinqi maksimum 100 min dollarla ölçülə bilər, milyonlarla yox”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 10 milyon dollarlıq məsləhət alacağı “JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi ilə bağlı qısa araşdırma apardıq. Məlum oldu ki, şirkət nəinki beynəlxalq miqyasda tanınmır, bugünə qədər cəmi bir beynəlxalq layihəyə imza atıb. Həmin layihə isə Səudiyyə Ərəbistanına məxsus olub.
Şirkət 1992-ci ildə yaradılıb, kiçik müəssisədir. Cəmi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə, şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var. Bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Arribastorres Antonio. Likvid aktivləri 31 min 614, Qısa müddətli borcu 36 min 728 avrodur.
Digər tərəfdən, sözügedən layihə, yəni Bakı-Böyük Kəsik dəmir yol xətti müxtəlif vaxtlarda təmir olunub. Hər dəfə də müxtəlif şirkətlərlə milyon dollarlıq razılaşmalar həyata keçirilib.
Məsələn, Dünya Bankı 2008-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin reallaşdırılması üçün Azərbaycana 450 milyon dollar məbləğində kredit ayırmağa razılıq verib. Layihənin həyata keçirilməsi üçün əlavə kredit vəsaitləri də daxil olmaqla, bankın ayırdığı vəsaitlərin ümimi həcmi 670 milyon dollar təşkil edib. Bundan başqa, Çexiyanın “Eximbank”ı 215 milyon dollar, Azərbaycan hökuməti isə bu layihənin reallaşması üçün 137 milyon dollar ayırıb. Layihəni icrasını isə “Bombardier-TransSignalRabitə” şirkəti (İsveçrə-Rusya-Azərbaycan birgə müəssisəsi) həyata keçirib.
Daha sonra “Azərbaycan Dəmir Yolları” 2013-cü ilin sentyabr ayında Kanadanın “Bombardier Inc.” şirkəti ilə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnalizasiya sisteminin müasirləşdirilməsi haqqında müqavilə bağlayıb. Müqavilə çərçivəsində “Bombardier Transportation” INTERFLO 200 magistral siqnalizasiya sistemini tədarük edib. Bu razılaşmanın dəyəri isə 288 milyon dollar təşkil edib.
Qeyd edək ki, “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə geriyə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər. Bununla bağlı İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs etmişdi. “Bombardier” şirkəti ilə əməkdaşlıq zamanı “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.
Görünən odur ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik Ziya Məmmədovdan Cavid Qurbanova keçsə də, sistem dəyişilməyib. Müəmmalı sövdələşmələr, büdcə vəsaitlərinin mənimsənilməsi faktları, razılaşdırılmış tender layihələri və sair kimi neqativ hallar hələ də var və indi bu mexanizmə nəzarət Cavid Qurbanov keçib. Hər halda Cavid Qurbanovun 10 milyon dollarlıq “məsləhətə” ehtiyac duyması bundan xəbər verir. (cebhe.info)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az