• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
13-05-2019, 09:29

28 Mayda yeni əfv gözləntisi -hüquq müdafiəçiləri deyir ki...

28 Mayda yeni əfv gözləntisi -hüquq müdafiəçiləri deyir ki...

Hüquq müdafiəçilərinə görə, ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması da mümkündür...
Qarşıdan 28 may - Cümhuriyyət günü gəlir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ilidir. Xatırladaq ki, cümhuriyyətin yaradılmasının 100-cü ildönümü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bu günlə bağlı 2018-ci ildə çoxsaylı tədbirlər təşkil edilib, ölkə prezidenti tərəfindən sərəncamlar imzalandı. Eləcə də prezident 2018-ci ilin 24 may tarixində əfv sərəncamı da verdi.

Bu ilin martında Novruz bayramı ilə bağlı verilən əfv sərəncamı isə “böyük əfv” kimi xarakterizə olundu. Gerçəkdən də sonuncu dəfə imzalanan əfv sərəncamı ilə azadlığa çıxanların siyahısı kifayət qədər böyük oldu. Onların arasında siyasilər də az deyildi. Bu əfv sərəncamı ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandı. Hətta hakimiyyətə müxalif olan şəxslər belə prezidentin bu addımını alqışlayıb, ona təşəkkür etdilər.

Bu il Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə azad olunan dustaqlar siyahısında 50-dən çox siyasi məhbus var idi. Avropa İttifaqının alqışladığı bu qərar ən böyük əfv fərmanı kimi qiymətləndirildi. Hazırda hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıdığı AXCP sədrinin müavini Seymur Həzi, Asif Yusifli, jurnalist Əfqan Muxtarlı, Saleh Rüstəmov, Səid Dadaşbəyli həbsdədirlər. İctimaiyyətdə belə bir fikirlər var ki, bu ilin mayında növbəti əfv sərəncamı imzalanacaq və bununla da digər yuxarıda adını çəkdiyimiz şəxslər azadlığa buraxılacaqlar.

Politoloqların təhlilinə görə, siyasi fəaliyyəti olan şəxslər həbsxana divarları arasında olduqları zaman bəzi daxili və xarici qüvvələr tərəfindən bir qəhrəman kimi ictimaiyyətə təqdim olunurlar. Azadlığa çıxdığı zaman isə onların siyasətdə elə bir əhəmiyyətli fiqur olmadıqları aydınlaşır. Məhz bu səbəbdən də ekspertlər bildirirlər ki, siyasilərin azadlığa buraxılması daha məqsədəuyğundur.

Bəs may ayında əfv sərəncamı olacaqmı?

Hər zaman əfv sərəncamından öncə Əfv Komissiyasının tez-tez iclasları keçirilir. Həmin iclaslarda məhbusların ərizələrinə baxılır və siyahı hazırlanır. Adətən bu iclaslar keçirildikdə ictimaiyyətə açıqlama verilir və nə qədər məhbusun ərizəsinə baxılması ilə bağlı məlumat yayılır. Sonuncu əfv sərəncamı ərəfəsində də Əfv Komissiyasının iclasları barəsində mətbuatda tez-tez informasiyalar yayılırdı. Lakin hazırkı ərəfədə belə bir məlumatlara rast gəlinmir...

“Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Səadət Bənəniyarlı bildirdi ki, onların tərtib etdikləri siyahıdan bir neçə siyasi fəaliyyəti olan şəxs həbsdədir: “Onlar barəsində də işlər gedir və inanırıq ki, bu şəxslərin də məsələsi müsbət həll ediləcək. Əfv fərmanının verilməsi prezidentin səlahiyyətinə aiddir. O, bu kimi bayramlar zamanı əfvlə bağlı sərəncam imzalayır. Ancaq son olaraq böyük əfvin olduğunu nəzərə alaraq hesab edirəm ki, may ayında əfv olmayacaq. Ancaq olarsa təbii ki, bu, çox yaxşı olar”.

Səadət Bənəniyarlının sözlərinə görə, onların tərtib etdikləri siyahıdan, son əfv sərəncamı ilə 61 nəfər azadlığa çıxıb.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da “Yeni Müsavat”a bildirdi ki, ötən əfv sərəncamının imzalanmasından çox az zaman keçib. Ona görə də yenidən əfvin olacağını gözləmir: “Martda böyük siyahını əhatə edən əfv sərəncamının imzalanması onu deməyə əsas verir ki, mayda əfv olmayacaq. Amma ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halları ola bilər. Bu istiqamətdə işləyirik”, - deyə S.Qocamanlı qeyd etdi.

Hüquq müdafiəçisi hesab edir ki, dustağın əfv yazması vacib deyil: “Onun yerinə doğmaları, təşkilatlar müraciət yaza bilərlər. Son əfv veriləndə bir çoxları heç müraciət etməmişdilər. Çünki bilavasitə prezidentin səlahiyyətində olduğuna görə dövlət başçısı humanistlik nümayiş etdirdi, ailələrə sevinc bəxş elədi”.

Hüquq müdafiəçiləri bildirdilər ki, böyük əfv sərəncamı imzalansa da, onlar fəaliyyətlərinə əvvəl olduğu kimi fasilə verməyiblər. Müraciətlər hazırlayıb, işlərini davam etdirirlər.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az