• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-04-2019, 13:45

"Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır" - Nazir müavini

"Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır" - Nazir müavini

Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan bu gün start götürəcək daha bir idman yarışına ev sahibliyi edir:

"Ölkəmizin müstəqillik qazanmasından elə böyük vaxt ötməsə də, tarixi baxımdan bu qısa müddət ərzində Azərbaycan özünü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilib. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Artıq ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır".

İ.İsmayılov əlavə edib ki, son illər müxtəlif səviyyəli beynəlxalq yarışların vətənimizdə keçirilməsi və idmançılarımızın ən mötəbər yarışlarda əldə etdiyi böyük uğurlar bunun əyani sübutudur: "Buna əsaslanaraq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini Azərbaycana həvalə edirlər. Azərbaycanın ən böyük və ən gözəl idman məkanlarından biri - Mili Gimnastika Arenası qapılarını bir daha bədii gimnastika peşəkarları və bu idman növünün pərəstişkarlarının üzünə açır".

Nazir müavini bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində fəal olan bir şəxs kimi idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınır: "2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən bu sahədə uğurlu inkişafın əsası qoyulub. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişilib".

O vurğulayıb ki, ümumiyyətlə, son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib: "Ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili, əlbəttə, ölkədə gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan Dünya Kubokunda da arenaya toplaşacaq tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar".

İ.İsmayılov deyib ki, bu yarışda 39 ölkənin 200-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması Dünya Kubokunun gərgin mübarizə şəraitində kecəcəyinə, maraqlı və pozitiv olacağına əminlik yaradır:

"Fürsətdən istifadə edib, ölkə idmanına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı ifadə edir, belə gözəl idman tədbirinin ölkəmizdə təşkilinə etimad göstərdiklərinə görə beynəlxalq idman qurumuna təşəkkürümü bildirir, idmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az