• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-02-2018, 08:56

Bayılda sürüşmə zonasında son durum: əhali kirayə pulu tələb edir- Reportaj, Fotolar

Bayılda sürüşmə zonasında son durum: əhali kirayə pulu tələb edir- Reportaj, Fotolar
Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilir.
Bu gün günorta saatlarında Teleqüllədən 200-300 metr aşağıda baş verən torpaq sürüşməsi nəticəsində yamaca yaxın məsafədə yerləşən 3 evə ciddi ziyan dəyib. Evlərdən ikisi uçub, birinin isə üstünə işıq dirəyi aşıb. Hadisə baş verdikdən sonra müvafiq qurumların nümayəndələri əraziyə gəliblər. Əraziyə gələn Səbail rayon icra başçısı Eldar Əzizov sakinlərə bildirib ki, vəziyyət çox ciddidir. İcra başçısının sözlərinə görə, sakinlərə hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların hər gün 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
Sakinlər isə icra başçısının bu fikirlərinə inanmadıqları söylədilər. Onlar musavat.com-a bildirdilər ki, iki həftədən çoxdur kirayə pulu ala bilmirlər:
"Bu sözlər bizə hələ iki həftə öncə verilib. Ancaq ötən günlər ərzində zülm çəkmişik, kirayə pulundan da xəbər çıxmayıb. Elə hər həftənin sonu deyirlər ki, gələn həftə sizə kirayə pulu veriləcək. Məktəbdə də yaşamaq çətindir", deyə sakinlər bildirdilər.

Sakin Əminə Nuriyeva söylədi ki, camaata köçün deyirlər, ancaq maşın verən yoxdu:

"Mənim evim sürüşmə sahəsindən nə qədər aşağıdadır. Ancaq deyirlər ki, köçməlisiniz. Evi uçanlardan biri Zəngilandan məcburi köçkün İlhamdır. Mən özüm də məcburi köçkünəm. Bizə kirayə pulu da verilməyibsə əşyalarımızı hara çıxarıb aparaq. Heç maşın da vermirlər ki, əşyalarımızı çıxaraq. Camaat nə etsin?"

Sürüşmənin baş verdiyi yerə təhlükəsizlik qaydalarına uyğun olaraq sakinlərdən başqa kimsəni buraxmırlar. Ona görə də evlərə nə dərəcə zərər dəydiyini görə bilmədik. Lakin sakinlər söylədilər ki, ərazidə torpaq sürüşüb, yola tökülüb. Evlər isə yararsız haldadır. Bildirdilər ki, uçan evlərin tikinti konstruksiyaları zəif olub. Ona görə də sürüşmə olan kimi tamamilə uçublar. Həmçinin bu evlər yamacda tikilib. Sürüşməyə yaxın ərazidə yerləşən evlərin sahibləri əşyalarını çıxarıb, yaxınlarının evlərinə aparırlar. Aşağı küçələrdə yaşayan sakinlərə isə bildirib ki, onlar da evlərini tərk edib, 163 saylı məktəbdə yaradılan sığınacaqda gecələsinlər.
Sakin Elməddin Muradlı musavat.com-a bildirib ki, əhaliyə yenə də konkret söz deyilmir:

"Kimin maşını varsa evindən əşyalarını çıxarır. Camaat çətin vəziyyətdədir. Bizə yenə konkret söz deyilmədi ki, kirayə pulu nə zaman veriləcək, əhali nə zaman köçürüləcək. Elə deyirlər ki, evdən çıxmalısınız".

Ərazidə bütün kommunal xətlər kəsilib. Ona görə də sürüşmə nəticəsində işıq dirəyi aşsa da hər hansı yanğın və digər bədbəxt hadisə baş verməyib. Uçan evlərin sakinləri də mənzildə olmadıqları üçün xəsarət alan da yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov musavat.com-a bildirib ki, sürüşmə sahəsi aktivləşib və hazırda ərazidə çatların dərinliyi 6 metrə yaxındır.

Əli Rais
Musavat.com

















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az