• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-04-2019, 17:51

Bakıda sahibsiz itlər problemi təhlükəli miqyas alır

Bakıda sahibsiz itlər problemi təhlükəli miqyas alır

Bakıda, xüsusilə də şəhərətrafı qəsəbə və kəndlərdə sahibsiz itlər real təhlükəyə çevrilib. Vəziyyət o həddə çatıb ki, itlər artıq küçədə deyil, öz evinin həyətində oynayan uşaqlara da hücum edir. Ötən həftənin sonunda Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 4 yaşlı Hüseyn Məmişovu həyətdə oynayarkən it tutub, heyvan azyaşlının üzünü parçalayıb, gözünə xəsarət yetirib. Hazırda Klinik Tibbi Mərkəzdə müalicə alan Hüseynin vəziyyəti orta-ağır qiymətləndirilir.

Səhiyyə Nazirliyi də it təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirlikdən virtualaz.org-a daxil olan məlumatda deyilir ki, bu ilin birinci rübündə ölkədə təxminən 5 min nəfəri it dişləyib. Bu isə orta hesabla hər gün 54 nəfər edir. Ötən il heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. “Bu ilin ilk 3 ayında 5 minə yaxın müraciət daxil olub. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçir”,-nazirliyin rəsmi müraciətində deyilir. Nazirlik vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik məlumatında isə heyvan, xüsusilə də it dişləməsi ilə bağlı faktların ildən-ilə artdığı təsdiqlənir. Heyvan dişləməsinin 90 faizi it dişləmələrinin payına düşür.

Bir başqa məlumatda isə itlərin güllələnməsinin qarşısı alınandan sonra heyvanların sayının sürətlə çoxaldığı, hazırda təkcə paytaxt küçələrində minlərlə sahibsiz itin dolaşdığı bildirilir.

Qeyd edək ki, quduzluq kimi qorxunc və müalicəsi olmayan xəstəliyin qarşısının alınması, digər tərəfdən itlərin qorunması məqsədilə Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi ilə Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sahibsiz heyvanların müalicəsi, vaksin edilməsi məqsədilə müasir avadanlıqlarla təmin olunmuş klinika da daxil olmaqla sığınacaq yaradılıb. Həmçinin itlərin daşınması üçün xüsusi maşınlar alınıb. Amma itlərin çox olması səbəbindən sahibsiz heyvan problemini kökündən həll etmək mümkün olmur. Beləliklə, hələ də Suraxanı rayonunun Bülbülə, Zığ, Türkan, Hövsan qəsəbələrində, Binəqədi rayonunun Sulutəpə, Biləcəri qəsəbələrində, Masazırda, Müşfiqdə, Yasamalda, Xəzər rayonunun Buzovna, Mərdəkan qəsəbələrində, adlarını sadalamadığımız onlarla Bakıətrafı kənd və qəsəbələrdə küçə itlər sakinlərin qorxulu röyasına çevrilib.

Sakinlərdən ayrı-ayrılıqda daxil olan şikayətlərdən də görünür ki, itlər əvvəllər qaranlıqda, xəlvət yerlərdə insanlara hücum edirdilərsə, indi günün günorta çağı hücum çəkirlər. “Uşağı gözdən qoymaq mümkün deyil. Məhəllədə itlər dəstə ilə gəzir. Gecələr səs-küydən yata bilmirik, gündüzlər qorxudan gəzə”, - şikayətlərdə deyilir. Və belə görünür ki, heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb.

Amma hər gün baş verən hadisələrə baxmayaraq, itlərin küçələrdən yığışdırılmasına etiraz edənlər də var, onlar hətta iti müayinə və vaksin etmək istəyənlərə də mane olurlar. Heyvansevərlər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdikləri aksiyada bunu etiraf ediblər. Onlar sahibsiz itlərə qarşı tədbir görənləri heyvan haqlarını qoruyan beynəlxalq təşkilatlara şikayət etməklə təhdid ediblər. Baxmayaraq ki, heç bir ölkədə küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir, üstəlik heyvan dişləməsi ilə bağlı bu qədər fakt var. Görünür, bəziləri üçün heyvan haqları azyaşlıların həyatından daha dəyərlidir. Binəqədidə baş verən faciə hələ çox təkrarlanmalıdır. İt dişləmiş 4 yaşlı Hüseynin üz nahiyəsinin bərpası üçün isə hələ bir neçə əməliyyata ehtiyac var.Ü.Xudiyeva (Virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az