• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
20-04-2019, 19:24

“Biz mövqeyimizi dəyişmədən qaldığımız yerdən başlayacağıq” - EKSKLÜZİV MÜSAHİBƏ

“Biz mövqeyimizi dəyişmədən qaldığımız yerdən başlayacağıq” - EKSKLÜZİV MÜSAHİBƏ

“Seçmələr” rubrikasının bu günkü qonağı min bir cür mənəvi repressiyalara məruz qalaraq, fikir-söz azadlığı əlindən alınmış, qəzetinin çap versiyasına məhdudiyyətlər qoyulan “GündəmXəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri ilə söhbətimiz baş tutdu.

“Gəlin biz deyən istiqamətdə fəaliyyət göstərin və sizə hər yerdə yaşıl işıq olacaq”


-Şirin bəy, vaxtilə Azərbaycanda özünə görə ağırlığı, geniş oxucu kütləsi olan “Gündəm Xəbər” qəzeti 1 ildən çoxdur ki, dərc olunmur, bunun başlıca səbəbləri nədir?

-Düz deyirsiniz ki, “Gündəm Xəbər” qəzeti vaxtilə ölkənin ən reytinqli üç qəzetindən biri idi. 2009-cu il iyun ayının 1-dən fəaliyyətdəyik. Qəzetimizin başına gələn olayların əsas səbəbi Prezident Aparatında əyləşmiş bəzi qara qüvvələrin fəaliyyətimizi gözü götürməməsi idi.
Adı çəkilən aparatdan gələn sifariş əsasında vergilər naziri Fazil Məmmədov guya biz vergidən yayınmışıq adı ilə iddia qaldırdı. Həmin vaxtlar “Musavat” qəzeti 12 min, “Azadlıq” qəzeti 7 min tirajla dərc olunurdu. Bunu görən vergilər nazirliyi güya biz 8 min tirajla dərc olunur, vergi olaraq isə 1500-2000 tirajlıq qəzetin vergisini ödəyirik, hansı ki, bizim ən maksimum tirajımız heç vaxt 2 mini keçməyib. Uzun müddət korrupsiya idarəsi tərəfindən istintaq getdi, daha sonra bizə qarşı irəli sürülən haqsız iddialar əsasında məhkəməmiz baş tutdu. 20 may 2013-cü ildə Gəncə şəhəri Kəpəz rayonu məhkəməsinin hökmü ilə məni 71000 manat məbləğində cərimə və 3 il şərti azadlıqdan məhrum etmə cəzası verildi. Bu azmış kimi yenidən sifarişlə Ədliyyə nazirliyinin apardığı “istintaq” nəticəsində Yasamal rayon məhkəməsinin 12 aprel 2016-cı il tarixli müvafiq hökmü ilə 4 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edildim. Bununla da üst-üstə 7 il 6 ay haqq etmədiyim cəzaya məhkum olundum və ölkədən çıxışıma hələ də qadağa qoyulub.
-Bütün bu repressiyalara baxmayaraq qəzetinizin onlayn versiyası hələ də fəaliyyət göstərir. Saytınızın bağlanması üçün də təzyiqlər olubmu?
-Dəfələrlə olub. 2012-ci ildən bizə qarşı təxribatlar, sifarişli yoxlamalar, repressiyalar bu gün də davam etməkdədir. 2018-ci ilin əvvələrində qəzetimiz çap versiyasını dayandırdı. Amma buna baxmayaraq bizi istəməyənlərin məkri bununla kifayətlənmədi. Əvvəlcə bizi “Azərbaycan Nəşriyyatı”ndan çıxartdılar, daha sonra “Delta telekom”a bir başa zəng edilərək saytımızın bloklanmasına dair göstəriş verildi. Üç-dörd ay çox çətin anlar yaşadıq, amma mübarizəmizdən əl çəkmədik və sonda qismən də olsa səsimizə hay verənlər oldu, yenidən redaksiyamıza qayıtdıq, saytımız blokdan çıxarıldı.

Başımıza gətirilən sadaladıqlarımın hamısının arxasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dayanırdı.

-Bəs mövcud iqtidar və Beynəlxalq Mətbuat Mərkəzi (BMM) tərəfindən sizə belə bir təklif olunubmu ki, “yazılarınızda kəskinliyi azaldın, sizə də hökumətdən dəstək verilsin”?

-Bəli, dəfələrlə bizə təkliflər olunub ki, “gəlin biz deyən istiqamətdə fəaliyyət göstərin və sizə hər yerdə yaşıl işıq olacaq”. Ancaq bizim üçün mətbuat azadlığı prinsipi hər şeydən üstündür. Tam səmimi deyirəm, qarşıma bir-iki milyon manat da qoysalar məddahlığı seçən deyiləm. Ölkədə iki-üç sözünü deyə bilən media qalıb ki, onlardan da biri bizik.

“Sizi inandırım ki, mən tabeliyimdəki müxbirlərimi reportaj hazırlamaq üçün bölgələrə helikopterlə yola salaram”.

-Şirin bəy, ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, “jurnalistlərin fəaliyyətinə mane olmaq olmaz, biz hər zaman azad mətbuatın inkişafında maraqlıyıq”, sizə elə gəlmirmi ki, ölkə başçısı və Prezident Aparatı adından istifadə edən bir çox yüksək vəzifələrdə oturanlar xalq ilə ölkə başçısı arasında ikrah, nifaq yaratmaq istəyirlər?

-Bəli, prezident çıxışlarında dəfələrlə deyib ki, jurnalistlər mənim köməkçilərimdi, onların sayəsində mən bir çox məsələləri mətbuatdan xəbər tuturam. Bu gün icra başçıları və xırda məmurlar media nümayəndələrinə o qədər də mane ola bilmir. Azad mətbuat qarşısında “çin səddi” kimi dayanan Prezidentin yaxın çevrəsində olan yüksək rütbəlilərdir. Onlar hər vasitə ilə çalışırlar ki, xalqla ölkə başçısı arasında maneəsiz ünsiyyət olmasın.

-Son vaxtlar ölkə başçısının həyata keçirdiyi islahatlara münasibətiniz necədir?

-Prezidentin islahatlarını təqdirə layiq hesab edirəm, amma bəzi yüksək dövlət məmurları var ki, onun islahatlarına müdaxilə edərək, özlərinə sərf edən kimi “islahat”lar edirlər.
Məsələn, xalqa zülm edən hər hansı icra başçısı vəzifədən azad edib, yerinə başqa biri təyin edilir, adını da qoyurlar islahat. Bu islahat deyil, multfilmdir! Xalqa xidmət əvəzinə ona zülm edərək, milyonlar toplamış məmurları yalnız vəzifədən azad etmək kifayət etmir, onları etdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməli və xalq da bunu görməlidir.
Başqa bir misal kimi onu deyə bilərəm ki, prezident müstəqil KİV dövlət dəstəyi olaraq birdəfəlik bir milyon manat vəsaitin ayrılmasına dair göstəriş verdi. Amma həmin bir milyon manat cəmi 10-15 qəzet arasında bölüşdürüldü. Baxın, “Azərbaycan” və “Respublika” kimi dövlət qəzetləri var, biri Milli Məclis, digəri isə Prezident Aparatı tərəfindən kifayət qədər maliyələşdirilir, müstəqil qəzetlər üçün ayrılmış maliyə niyə adı çəkilən qəzetlərə də ayrılmalı idi?! Eləcə də azad fikri, reytinqi olmayan və iqtidara yaxın olan qəzetlərə o puldan vəsaitlər ayrıldığı halda sözünün kəsəri olan qəzetlər ofsaytda qaldı.
KİVDF deyilən bir qurum var. O, fond heç vaxt istəməyib ki, ölkəmizdə müstəqil mətbuat olsun, çünki onun başında Vüqar Səfərli kimi azad düşüncəsi olmayan birisidir. Mən hələ “Azərmətbuatyayım”dan Vüqar Səfərlini tanıyan biri kimi deyirəm və sözümün də arxasında dururam ki, o adam müstəqil biri deyil, zərrə qədər də olsun mediadan başı çıxmır.
Belə birini KİVDF rəhbəri vəzifəsinə gətirib qoymaq, Azərbaycan mediasının evini yıxmaq, çırağını söndürmək deməkdir.

-Sizcə, KİV-in dövlət tərəfindən maliyələşdirilməsi nə dərəcədə doğrudur?

-Mən heç vaxt istəməmişəm ki, ölkə mətbuatı dövlət tərəfindən maliyələşdirilsin. Mətbuat tam azad və müstəqil olmalıdır. Dövlət-hökumət məni maliyələşdirəcəksə, deməli bir çox məsələlərdə mən ağzıma su alıb oturmalıyam. Hökumət qəzetlərin fəaliyyətlərinə mane olmasa, biz öz vəsaitlərimiz hesabına inkişaf edərik, sizi inandırım ki, mən tabeliyimdəki müxbirləri bölgələrə reportaj üçün helikopterlə yola salaram.

“İran dövləti qəzetimizdə yer alan yazılara görə Azərbaycan hökumətinə nota vermişdi”.

-Bir çox media qurumları xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən maliyələşdirilir, bu halda yaxşı olmazmı ki, dövlət özü media qurumlarını maliyələşdirsin və xarici təhlükəni qismən də olsa aradan qaldırsın?

-Əgər mövcud iqtidar həqiqətən də Azərbaycan dövlətçiliyini, siyasi stabilliyi qorumaq istəyirsə birinci növbədə ölkədə azad medianın inkişafına şərait yaratmalı və onun təhlükəsizliyinin qarantı olmalıdır.
Baxın, bu gün Vidadi İsgəndərli və digərləri Avropadan sığınacaq alaraq, tənqid, təhqir fərqi qoymadan hökümət və dövlət əlehinə ağzına gələni döşüyür. Amma ölkədə azad mətbuat olsa idi, Vidadi İsgəndərli başına gələn özbaşnalıqları hər hansı qəzetdə müsahibə verərək həm ictimaiyyətə, həm xalqa səslənər, həm də dövlət əlehinə təhqirlər, söyüşlər yağdırmazdı.
-Sizin qəzet xaricdən maliyələşərək Azərbaycan əlehinə çıxışlar edən qüvvələri pisləyibmi?
-Biz hər zaman Azərbaycan əlehinə olan istər daxildə, istərsə də xaricdəki separatçılara daim sərt cavablar verərək pisləmişik. Hətta beş-altı il bundan əvvəl millətimizin əlehinə mənfi çıxışlar edən molla rejimini haqlı olaraq kəskin cavablar verdiyimizə görə, İran dövləti qəzetimizdə yer alan yazılarla bağlı Azərbaycan hökumətinə nota vermişdi. Bir müddət daxili işlər nazirliyi araşdırma apardı, sonda sağolsunlar ki, bizim mövqeyimizin düz olduğunu qəbul etdilər.
Rəhmətlik Əbülfəz Elçibəy deyərdi ki, “əgər Azərbaycana xaricdən hər hansı təhlükə olarsa, müxalifət ilə iqtidar öz aralarındakı bütün ziddiyyətləri kənara qoyub xalq-dövlət naminə birləşməlidir. Heydər Əliyevin hakimiyyəti dövründə bu cür kompromislər var idi.

-Şirin bəy, siz eyni zamanda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin üzvüsünüz, niyə bu gün partiyanızda daxili çəkişmələr hökm sürür?

-Əvvəla onu deyim ki, mənim Mirmahmud bəyə böyük hörmətim var, o insanın həm Elçibəy ideyalarının yaşamasında, həm də azərbaycançılıq üçün xidmətləri çox olub. Amma bu gün partiya öz əvvəlki aktivliyini, avanqardlığını itirib. Bütün bunları görən Oqtay Gülalıyev və onunla həmfikir olanlar demokratikləşməni nəzərə alaraq, partiya başqanı vəzifəsinə öz namizədliyini irəli sürərək partiyanı yenidən dirçəltmək, əvvəlki proqressivliyini ortaya qoyaraq müxalifət cəbhəsində avanqard partiyaya çevirmək istəyir. Onun bu iddiasını bir çoxları həzm edə bilmir.

-Belə çıxır ki, KXCP-də köhnə “bürokratlar” yeni nəfəs istəmir?

-Bəli

-Son olaraq qəzetinizin yaxın vaxtlarda yenidən dərc olunma ehtimalı varmı və bunun üçün çalışırsınızmı?

-Mütləq və mütləq mən qəzetin çapına nail olmaq istəyirəm, çünki bizim hələ deyəcək sözlərimiz çoxdur. Biz mövqeyimizi dəyişmədən qaldığımız yerdən başlayacağıq.

Abdulla İsmayıloğlu
GündemXeber.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az