• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
19-04-2019, 10:31

Rusiyanın üçüncü adamından Bakıya “Krım tələsi”

Rusiyanın üçüncü adamından Bakıya “Krım tələsi”

Rusiyanın üçüncü adamından Bakıya “Krım tələsi” Valentina Matviyenko Milli Məclisin sədri ilə görüşdə azərbaycanlı həmkarını niyə Azərbaycanın Ukrayna ərazisi kimi tanıdığı bölgəyə dəvət edib?
Ötən həftə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, səlahiyyətlərinə görə Rusiyanın üçüncü şəxsi hesab olunan Valentina Matviyenko Bakıda Milli Məclisin sədri ilə görüşdə Sevastopolun alman faşistlərindən azad olunmasının 75 illiyi ilə bağlı azərbaycanlı həmkarını Krıma dəvət edib. Matviyenko hətta belə bir cümlə işlədib: “Özünüz gələ bilməsəniz, heç olmazsa Milli Məclisdən nümayəndə heyəti göndərin”.

Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü rəsmən tanıdığını bildiyi halda, V.Matviyenkonun Milli Məclis sədrinə belə bir təklif etməsi birmənalı qarşılanmır. Qeyd edək ki, hələlik Milli Məclis rəhbərliyi təklifə rəsmi mövqeyini elan etməyib. Siyasi ekspertlər isə Rusiya rəsmisinin Azərbaycanı məqsədli şəkildə çətin seçimlə üz-üzə qoymaq istədiyini düşünürlər.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Moskva bununla bizi tələyə salmaq istəyir. Ona görə də Krıma getmək olmaz: “Valentina Matviyenkonun bu cümləni işlətməsi təsadüfi deyil. Biz Rusiyanın ilhaq etdiyi Krımı Ukrayna ərazisi sayırıq. Bizim üçün Krımın Dağlıq Qarabağdan fərqi yoxdur. Necə ki, biz Dağlıq Qarabağa qeyri-qanuni səfər edənləri ”persona non-qrata" elan edirik, eyni ilə Kiyev də Krıma səfər edənləri “persona non-qrata” elan edir və Ukraynaya girişini qadağan edir. Kremlin dili ilə danışan Valentina Matviyenko bilir ki, rəsmi Bakı Krıma yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcək, ancaq heç olmazsa, Bakıdan hansısa heyətin gəlməsinə çalışır. Moskvanın tələsinə düşmək olmaz. Hansısa millət vəkilimiz Sevastopola getmək haqqında düşünürsə, bilməlidir ki, onun Sevastopola səfəri bizim Dağlıq Qarabağ siyasətimizi zəiflədəcək, sabah ermənilər deyəcək ki, azərbaycanlı rəsmi və ya deputat Krıma gedirsə, başqa ölkələrin deputatları da Dağlıq Qarabağa rahat gələ bilməli və buna rəsmi Bakı etiraz etməməlidir".

Milli Məclisin deputatı Fərəc Quliyev də “Yeni Müsavat”a bildirdi ki, Rusiyadan olan dəvət əsasında Azərbaycandan nümayəndə heyətinin Krıma getməsi düzgün olmaz: “Başqa deputatlardan fərqli olaraq mən hələ Krım işğal olunanda parlamentdə fikrimi bildirmişəm. Bildirmişəm ki, bu, işğaldır. Biz bu işğalı tanımalı və öz adı ilə çağırmalıyıq. Çünki Azərbaycanın da ərazisi işğal olunub. Belə hallarda biz susa bilmərik. Üstəlik də fikirləşirəm ki, biz bu məsələdə açıq şəkildə beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqelərindən çıxış eləməliyik. Bunu eləmiriksə, heç olmasa, ən azından Rusiyanın mövqeyindən çıxış eləməli deyilik. Çünki bu bizim Qarabağ məsələmizlə də bağlı olaraq pis ənənə ola bilər. Mən Ukrayna-Azərbaycan münasibətlərindən də dolayı düşünürəm ki, Ukrayna ərazisi olan və işğal edilən Krıma Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyanın dəvəti ilə gedib iştirak eləməsi doğru olmaz”.

F.Quliyev xatırlatdı ki, dünya da Krımı Ukrayna ərazisi olaraq tanıyır. Azərbaycandan nümayəndə heyətinin getməsi dünya birliyi və bir sıra böyük dövlətlərlə də münasibətlərimizə təsir edə bilər: “Bu gün tutaq ki, işğal olunmuş Dağlıq Qarabağa hər hansı bir dövlətdən kimsə Azərbaycandan icazə almadan gəlirsə, Azərbaycan onları qara siyahıya daxil edir və arzuolunmaz şəxs kimi görür, etirazını bəyan edir. İndi Ukraynanın işğal olunmuş ərazisinə bizdən nümayəndə heyəti gedərsə, bu, çox anormal hal ola bilər. Ola bilsin müəyyən səbəblərdən Azərbaycan hökuməti bu məsələyə etiraz eləməsə də, ən azından yumşaq diplomatiya ilə davranaraq Krıma səfər məsələsindən vaz keçməlidir. Krıma nümayəndə heyətinin getməsi Azərbaycanın özünə ziyan vuran, mənfi presedent yaradan element effekti verər”.

Deputat Araz Əlizadə isə bu məsələ barədə fikir bildirmək istəmədiyini dedi. O qeyd etdi ki, məsələyə münasibəti Milli Məclisin rəhbərliyi, Beynəlxalq əlaqələr komitəsi rəsmi olaraq bildirsə daha uyğundur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az