• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
16-04-2019, 09:43

Prezident İlham Əliyevin inşa etdiyi Azərbaycan: güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modeli

Prezident İlham Əliyevin inşa etdiyi Azərbaycan: güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modeli

övlət başçısı: “Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”
Azərbaycan güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modelinə keçib. Bu barədə prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksinin açılışı zamanı çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hökuməti çox ciddi iqtisadi islahatlar aparır: “Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik. Beləliklə, keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir. Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik. 2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq”.

Prezidentin bildirdiyinə görə, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb: “Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq.

Deyə bilərəm ki, bütün addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn məktublar və müraciətlər deməyə əsas verir ki, islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir və bu, bizə əlavə imkanlar yaradır. Biz ölkəmizi müasirləşdirməliyik, biz Azərbaycanı inkişaf etdirməliyik. Elə etməliyik ki, bütün problemlər öz həllini tapsın. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır. Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Büdcə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək".

İ.Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkə olduğunu vurğulayıb: “Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”.

Ölkə prezidentinin qeyd etdiyi sosial dövlət modelinin yaradılması istiqamətində daha hansı addımların atılmasına ehtiyac var? Bu modelin Avropada tətbiq olunan sosial model səviyyəsinə çatdırılması üçün nələr edilməlidir?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, sosial dövlət modeli deyilərkən konkret mexanizmə əsaslanan model nəzərdə tutulur: “Buna yalnız bu və ya digər addımlarla, yüksək gəlirliliyi təmin etməklə nail olmaq olmaz. Dünyada yüksək dövlət gəlirləri olan çoxsaylı dövlətlər var ki, sosial dövlət modelinə sahib deyillər. Buna görə də sosial dövlət anlayışına geniş mənada baxmaq lazımdır. Belə modelin formalaşdırılması böyük əziyyət və vaxt tələb edir. Ona qısa müddətdə nail olmaq mümkün deyil. Sosial dövlət vətəndaşın sosial rifahının yüksəldilməsini, sosial-iqtisadi əmin-amanlığını qorumağı özünün başlıca vəzifəsi elan etmiş dövlət deməkdir”.

Ekspert bildirir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir: “Dövlətimizin 90-cı illərdən bəri yürütdüyü siyasətin əsasında bu dayanır. 2003-cü ildən bəri əmək haqqı 7 dəfə, pensiyalar 10 dəfə artıb, 50 faizdən yuxarı olan işsizlik birrəqəmli həddə düşüb. Zəlzələ baş verir, subasma olur, yanğın olur, dövlət vətəndaşın yanında olur. Banklarla vətəndaşlar arasında problem yaranır, yenə də dövlət yükün altına girərək vətəndaşına yardım edir. Götürək elə Beynəlxalq Bankın xilas edilməsinə dövlətin çəkdiyi böyük xərcləri. Sistem əhəmiyyətli bu bankın çökməsi yüz minlərlə, bəlkə də milyonlarla vətəndaşı çox çətin duruma salacaqdı. Dövlət on milyardlarla manat sərf edərək buna imkan vermədi. Lakin bütün bunlarla yanaşı, sosial dövlət modelinə uyğun sistem qurmaq üçün biz hələ çox işlər görməliyik. Məsələn, biz minimum əmək haqqını yalnız bu il yaşayış minimumu səviyyəsinə qaldırmağa nail olmuşuq. Dövlət gəlirlərinin yüksək olmasına baxmayaraq, buna yalnız indi nail olmuşuqsa, demək ki, Azərbaycanda oturuşmuş sosial dövlət modelinin formalaşdırılmış olduğunu söyləyə bilmərik. Ölkə prezidenti də buna görə bəyan edir ki, biz sosial dövlət modelinə keçirik. Bu keçid illər tələb edən ağır prosesdir”.

P.Heydərov gələn ildən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanacağını xatırladır: “Kölgə iqtisadiyyatının səviyyəsini kəskin azaltmaqla nail olmaq mümkündür. Bu gün Azərbaycanda işləyən insanların böyük bir qismi rəsmi qeydiyyata alınmadan, yaxud əmək haqqı aşağı göstərilməklə işləyir. Belə bir şəraitdə icbari tibbi sığorta üçün əmək haqqından edilən ödənişlər keyfiyyətli tibbi xidmət təqdim etməyə imkan verməyəcək. Buna görə də kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində addımlar davam etdirilməlidir. Bu istiqamətdə ən mühüm addım əmək haqqından tutulan gəlir vergisinin ləğv edilməsi ola bilər. Bu, insanları əmək münasibətlərini rəsmiləşdirməyə, işəgötürənləri də işçilərini əmək müqaviləsi ilə işlətməyə stimullaşdıra bilər.

“ASAN xidmət”in fəaliyyətə başlaması ilə çoxsaylı sahələrdə vətəndaş-məmur təmasları minimuma endirildi, şəffaflıq yaradıldı. Yaxın vaxtlarda sosial xidmətlərin təqdimatı sahəsində eyni rolu oynayacaq DOST mərkəzləri fəaliyyətə başlayır. Yəni demək istədiyim budur ki, sosial dövlət modelini qurmaq çoxsaylı istiqamətlər üzrə böyük işlərin görülməsini tələb edir. Biz hələ bu yola yeni çıxmışıq. Dövlət başçısının da qeyd etdiyi kimi, proses, müvafiq addımlar davam etdirilməlidir ki, qarşımızda qoyduğumuz məqsədə nail ola bilək".

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az