• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-04-2019, 14:47

“Yazın ki, pozğun ailənin qızıdır, ona görə intihar edib...”

“Yazın ki, pozğun ailənin qızıdır, ona görə intihar edib...”

Xəbər verildiyi kimi ötən həftə 162 saylı məktəbin 3-cü mərtəbəsindən intihar məqsədi ilə özünü atan 8-ci sinif şagirdi Elina Hacıyeva aprelin 6-da yerləşdirildiyi 1 saylı Şəhər Klinik Xəstaxanasında keçinib. Yeniyetmə qızın məktəb yoldaşları, yuxarı sinif şagirdləri tərəfindən müntəzəm olaraq təhqir edildiyi, ələ salındığı üçün intihar etdiyi üzə çıxıb. Bu haqda qızın anası mətbuata danışıb. O, bildirir ki, yuxarı sinif şagirdləri həmin məktəbə iki il əvvəl keçmiş qızını tez-tez ələ salıblar, ona alçaldıcı sözlər deyiblər. Bu haqda məktəbin müəllimləri və direktoru da xəbərdar olub. Amma heç bir tədbir görülməyib. Nəticədə Elina özünə qapanıb və bir dəfə intihara cəhd edib. Amma onu fikrindən daşındırmaq mümkün olub. İkinci dəfə isə artıq qızı xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni hüquq-mühafizə orqanları araşdırır. Məktəb direktoru Sevinc Abbasovanın da ifadə verdiyi bildirilir. Bu arada direktorun məktəblinin intiharı ilə bağlı onun ailəsini günahkar çıxarmağa yönəlmiş rüsvayçı səs yazısı da yayılıb. Belə məlum olur ki, direktor hadisə ilə bağlı ona zəng vurmuş jurnalistə deyir: “Yazın ki, pozğun ailənin, uğursuz ailənin qızı olub. Anası yenidən ərə gedib, uşaqları var, ona görə də onunla maraqlanmayıb”.

162 saylı məktəbin direktoru Sevinc Abbasova

Bu faciə və direktorun rüsvayçı səs yazısı Azərbaycan məktəblərində təlim-tərbiyə işinin hansı səviyyədə olduğuna dair növbəti nümunədir. Direktorun yeniyetmənin məktəbdə müntəzəm ələ salınması, təhqir olunması ilə bağlı tədbir görmədiyi bir yana, Elinanın ailəsini “pozğun, uğursuz” adlandırır və məktəbdə baş vermiş cinayəti ört-basdır etməyə çalışır. Və bu direktor hələ də öz vəzifəsində qalmaqdadır.

Təhsil sahəsində ekspert Kamran Əliyev deyir ki, son bir neçə il ərzində orta məktəblərin inzibati binasında intihar halları dəfələrlə baş verib: 11 oktyabr 2018-ci il, nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. 25 fevralın 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Nəhayət 4 aprel 2019-cu il Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

“Hər 3 hadisə məktəbin 3 cü mərtəbəsində baş verib. Bu göstərir ki, bu ciddi siqnaldır. Yəni təzyiqə məruz qalan hər kəs edə bilər. Bunun üçün məktəblərdə psixoloji dəstək gücləndirilməlidir. Şagirdlər arasında aqressiv münasibətlər var. Baş verən hadisələrdən sonra, Təhsil Nazirliyinə təklif edirəm ki, bütün məktəblərə tələb qoysun ki, yuxarı mərtəbələrdə pəncərə bağlanmalı, açıq yer olmamalıdır. Məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə təşkil olunmayıb bunu aradan qaldırmaq lazımdır. Burada tənəffüs vaxtı koridorlarda, xüsusi ilə yuxarı mərtəbələrdə müəllimlər növbətçi kimi dayanmalıdır. Yenidən orta məktəblərdə psixoloq xidməti öz aktuallığını gündəmdə gətirir ki, bununla bağlı artıq lazımı addımı atmaq lazımdır”,
- Kamran Əsədov qeyd edir.

Digər təhsil eksperti Etibar Əliyev isə deyir ki, məktəb və valideyn arasında əlaqə zəifdir. Məktəb psixoloqları müasir uşaq psixologiyanı yaxşı bilmirlər: “Bu məsələdə konkret nəsə demək çox çətindir. Çünki intihar aktı fərd tərəfindən ani şəkildə həyata keçirilir. Mən məktəbin kameraları tərəfindən görüntülərə baxmışam. O yaxınlaşır, o tərəf-bu tərəfə baxır, insanlar seyrələndə özünü atır. Bu qız haqqında çoxlu neqativ fikirlər var - onun məktəbini dəyişməsi, normal həyat tərzi keçirməməsi, valideynləri tərəfindən atılması, hətta qəyyumluğa belə götürülməməsi faktı var. Amma dünya təcrübəsində belədir ki, uşağın məktəbdə olduğu dövrdə onun təhlükəsizliyinə, təhsilinə, tərbiyəsinə məktəb rəhbərliyi cavabdehlik daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində məktəb rəhbərliyi valideynlərlə hər gün yazışırlar, uşağın davranışı haqqında məlumat verirlər. Təəssüf ki, bizdə bu proses zəif gedir. Etiraf edək ki, məktəb psixoloqları müasir uşaq psixologiyasını zəif bilirlər, öz üzərlərində çalışmırlar”.

E. Əliyevin sözlərinə görə əslində məktəb psixoloqları davranışlarından şübhələndiikləri uşaqlarla daha çox məşğul olmalıdırlar.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə hazırda istintaq getdiyini, məsələnin araşdırıldığını dedi: “Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Təhsil İdarəsi birgə bu hadisə ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda fakt araşdırılır, istintaq aparılır. Bu elə məsələdir ki, burada bütün tərəflərin mövqeyinin araşdırılması tələb olunur. Bu iş daha mükəmməl formada araşdırılmalıdır. Bu proseslər tam yekunlaşandan sonra əlavə məlumat veriləcək”.

Bəs məktəb rəhbərliyi şagirdin psixoloji problemlərini bildikləri halda niyə tədbir görməyiblər? Bu intihar hadisəsində məktəb direktoru məsuliyyət daşıyırmı? Bu suallara gəlincə isə C. Valehov hazırki məqamda bu barədə danışmağının doğru olmadığını dedi.

Xatırladaq ki, məktəblinin intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Gülnar Əliyeva(Virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az