• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
5-04-2019, 10:11

Azərbaycan və Avropa Birliyi tarixi sənəd imzalamaq ərəfəsində

Azərbaycan və Avropa Birliyi tarixi sənəd imzalamaq ərəfəsində

Tərəfdaşlıq sazişi 95 faiz hazırdır; Bakı və Brüsseldən “Gələn ay sənədi tam razılaşdıracağıq” bəyanatı gəldi
Aprelin 4-də Brüsseldə Avropa Birliyi (AB)-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasda Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan-AB əməkdaşlığının vəziyyəti nəzərdən keçirilib.

Şuraya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və AB tərəfdən AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini sədrlik edib. İclasda 2018-ci il sentyabrın 28-də qəbul edilmiş 2018-2020-ci illər üzrə tərəfdaşlıq prioritetlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin şurada Azərbaycanda aparılan islahatlar, iqtisadi və ticari əməkdaşlıq, enerji sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillik, həmçinin vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunub. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsi və digər regional məsələlərə dair müzakirə aparıblar.

Elmar Məmmədyarov və Federika Mogerini görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər. ONA-nın məlumatına görə, E.Məmmədyarov Federika Mogerini ilə böyük geosiyasi layihə olan Cənubi Qaz Dəhlizi layihəsini müzakirə etdiklərini deyib: “Biz inanırıq ki, 2020-ci ildə bu layihə icra ediləndə və Azərbaycan sektorundan qaz Avropaya çatdıqda, bu, əməkdaşlıq üçün tamamilə yeni imkanlar açacaq. Bu layihə regionda başqa ölkələrə kimi genişlənə bilər. Xüsusilə Balkan ölkələrini nəzərdə tuturam”.

Nazir bildirib ki, Avropa İttifaqı hazırda mövcud olan nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır: “Xüsusilə Bakı-Tiflis-Qars layihəsinin açılışı yeni imkanlar açır. Bu layihə regionda oyunun gedişatını dəyişir. Bu layihə Avropadan nəinki Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya və daha uzağa yol açır. Nəqliyyat ikitərəfli əlaqələrimizin vacib tərəfidir”.

Nazir həmçinin vurğulayıb ki, bu il Şərq tərəfdaşlığı layihəsinin 10 illiyi qeyd olunur: “Bu layihə 100 faiz icra olunmayıb. Hələ bu çərçivədə çox imkanlar var. Bu həm Aİ, həm üzv ölkələr, həm də 6 Şərq Tərəfdaşlığı ölkəsi üçün imkanlar açır”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan AB ilə yeni tərəfdaşlıq sazişini əlaqələrimiz üçün vacib sənəd hesab edir. Bu sənəd müxtəlif istiqamətdə əlaqələr üçün yeni imkanlar açacaq: “Sənədin 95 faizi razılaşdırılıb. 5 faizi isə qismən razılaşdırılıb. Biz hesab edirik ki, gələn ay sənədi tamamilə razılaşdıracağıq”.

Federika Mogerini də bildirib ki, AB və Azərbaycan yeni saziş üzrə danışıqları başa çatdırır: “Danışıqlar yekun mərhələdədir və tezliklə başa çatacaq”. O, habelə deyib ki, Avropa İttifaqı mediasiya səylərini və ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini tam dəstəkləməyə davam edəcək: “Müzakirə edilən prioritet məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Ötən həftə Ermənistan və Azərbaycan liderləri arasında görüşün şahidi olduq. Parisdə əldə olunan razılıq və atəşkəs pozuntusu hallarının azaldılması prosesin irəlilədilməsinə və tərəflərin şərtsiz danışıqları davam etdirməsinə dair bizdə ümid yaradır”.

AB komissarı bildirib ki, tək Azərbaycan və Ermənistan vətəndaşları deyil, hər kəs davamlı sülhdən faydalanacaq. Çünki davamlı sülh bütün regionun öz potensialından istifadə etməsinə şərait yaradacaq.

Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hann isə bildirib ki, Azərbaycanla Avropa Birliyi arasında sazişin əldə olunması çox əhəmiyyətlidir: “Bu, region üçün də vacib siqnaldır, çünki Azərbaycan və Avropa İttifaqı bir çox sahələrdə yaxın tərəfdaşdır”.

Onun sözlərinə görə, Azərbaycan və AB arasında əməkdaşlığın prioritet məsələlərindən biri iqtisadi əlaqələri gücləndirmək, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməkdir. Y.Hann vurğulayıb ki, AB Azərbaycanın ən böyük ticarət və sərmayə tərəfdaşıdır: “Azərbaycan və Aİ arasında enerji sahəsində strateji əməkdaşlıq mövcuddur. Cənub Qaz Dəhlizini buna nümunə göstərə bilərəm”.

Komissar əlavə edib ki, son illərdə Azərbaycan və AB arasında ətraf mühit, iqlim, nəqliyyat sahələrində də əməkdaşlıq gücləndirilib: “Azərbaycan şimalı cənubla, şərqi qərblə birləşdirən kəsişmədə yerləşir. Ölkə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars kimi layihələr həyata keçirir. Avropa İttifaqı bu layihələrə, xüsusən də Bakı limanına dəstək göstərməkdə maraqlıdır”.

Qeyd edək ki, AB ilə tərəfdaşlıq sazişinin imzalanması üçün yekun sənədin razılaşdırılmasının may ayında baş tutacağı barədə bir müddət öncə AB üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a açıqlamasında proqnoz vermişdi. Nazir E.Məmmədyarovun və F.Mogerininin Brüsseldə dünən verdiyi açıqlamalar proqnozun reallaşması deməkdir.

Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, AB-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə davam edir: “Lakin bir müddət sizin qəzetinizə dediyim kimi, AB ilə strateji tərəfdaşlıq sazişinin imzalanması ilin ikinci yarısı imzalanacaq. Amma sazişin imzalanması üçün yekun sənədin razılaşdırılması haqqında bir sənədin imzalanması mümkündür. Yəni sənədin əksər bəndləri razılaşdırıldığı üçün, lakin bir neçə strateji bəndlər isə hələ qaldığından qarşılıqlı təkliflərin üzərində işlər gedir. Böyük ehtimalla, bu tərəfdaşlıq sazişi bu ilin payızında imzalanacaq. May ayı üçün isə ümumi razılaşdırılmış məqamların bir daha gözdən keçirilməsi, komitələrin işinin yekunlaşdırılması, razılaşdırılmış məqamlar üzrə protokolların tərtibi prosedurları yekunlaşacaq”.

Ekspert onu da dedi ki, Azərbaycana qarşı Avropa Şurasında, Avropa Parlamentində və digər təşkilatlarda aparılan kampaniyaların heç birinin bu proqrama təsiri olmayıb: “Bütün səylərə, maneələrə baxmayaraq bu proses uğurla davam edir. Avropa İttifaqı-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə daha bir mühüm mərhələni arxada qoydu. Keçirilən iclas və müzakirələrin nəticələri birmənalı olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasına hazırlığın daha bir mərhələsi idi”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az