• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-04-2019, 10:13

Videosu yayılan qızlardan biri öldürülməkdən qorxur - hüquq müdafiəçilərindən reaksiyalar

Videosu yayılan qızlardan biri öldürülməkdən qorxur - hüquq müdafiəçilərindən reaksiyalar

Novella Cəfəroğlu və Mehriban Zeynalova çağırış elədi, polis lüt kadrları səs-küy doğuran qızların təhlükəsizliyini təmin edib; Aybəniz Haşımova isə qardaşı oğlu videonu yayan Mələkxanım Əyyubovaya dəstək çıxdı
Sosial şəbəkələrdə üç qızın yeyib-içmək məclisində çılpaq videosunun yayılması ilə bağlı yeni xəbərlər var. Qızlardan birinin gizləndiyi, qardaşının onu öldürmək üçün axtardığı, bacısının ərinin isə arvadını boşadığı iddia edilir.

Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Bu baxımdan onların etdiyi səhvdən doğan həyatı təhlükə ilə bağlı hansı addımlar atılmalıdır? Hüquq müdafiəçiləri nələr edə bilər?

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə videonu yayana cəza verilməlidir: “Kadrlardan görünür ki, o qızlar nə haldadırlar. Heç kəs onları bəraət vermir. Təbii ki, ictimai qınaq olmalıdır. Amma əzizim Fazil Mustafa deyir ki, onların saçını qırxıb, küçədə sürüsünlər. Bu, yolverilməz haldır. Qadın yolunu azırsa, kişi onu boşasın, övladından məhrum eləsin, amma saçını qırxmaq, küçələrə atmaq doğru deyil.

Eyni zamanda cəmiyyətin qınağı olmalıdır. Yüzlərlə ev var ki, gənc qızları aparırlar, hüquq-mühafizə orqanları həmin yerləri aşkarlaya bilər".

N.Cəfəroğlu sədri olduğu cəmiyyət adından qeyd etdi ki, məktəblərdə tərbiyə işləri gücləndirilməlidir: “Qızın səhvinə görə qardaşı onu öldürəcəksə, sabah cəmiyyət o adamı bağışlayacaq ki, namus üstündə vurub. Sovet vaxtı ictimai qınaq vardı, telekanallar yanaşmasını dəyişməlidir. Bu cür həyat tərzinə açıq-saçıq filmlərin də təsiri var. O gün bir filmdə göstərir ki, hoteldə üç qız bir oğlanın qarşısında rəqs edir. Yəni TV, internet təbliğat aparır. İndi kimsə söyləyə bilər ki, onları bu addımı atmağa kasıblıq vadar edib, bu fikri qətiyyən bölüşmürəm. Həmişə yoxsulluq da olub, insanlar bir tikə çörək tapmayanda belə qeyrətini qoruyub saxlayıblar. Sadəcə, bu hərəkətlər harınlıqdandır, qınayırıq, lakin o qızların həyatına təhlükə varsa, mühafizə edilməlidirlər”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, polis videodakı qızların təhlükəsizliyini təmin edib: “Sığınacaqlar öz köməyini göstərməlidir. Amma dövlətin, yoxsa QHT-lərin sığınacağı olmalıdır, bu barədə polis onları məlumatlandırır, seçim edirlər.

Məndə olan məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülüb, onlara sığınacaq təklif olunub və deməliyəm ki, bu məsələdə ən peşəkar DİN hərəkət elədi".

M.Zeynalova qeyd etdi ki, bəziləri çağırışlar edəndə diqqətli olsunlar: “Bu çağırışların cinayətlə nəticələnəcəyini düşünüb ehtiyatlı olsunlar. Kimsə kütlənin xoşuna gəlmək üçün danışır, sabah cinayət olanda deyəcəklər ki, niyə tədbir görülmədi”.

Hüquq müdafiəçisi dedi ki, onlara daha əvvəllər buna bənzər hadisələrlə bağlı sığınacaq üçün müraciət edənlər olub: “Qanunvericilik icazə verir ki, ad-soyadını, simasını dəyişsinlər.

İndi bilmirəm ki, onların həyatına təhlükə nə həddədir, amma bu hüquqları var. Ümumiyyətlə, gənclərin səhvlərinin təkrarlanmaması üçün xidmət paketləri ortaya qoyulmalıdır".

Bu arada əməkdar artist Aybəniz Haşımova xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğullarının onun adına ləkə yaxıb sənətini hörmətdən salmasından danışıb.

Sənətçi həmkarına dəstək çıxıb və qardaşı oğlunun 3 çılpaq qızı videoya çəkməsində xalq artistinin heç bir günahı olmadığını bildirib.

Onun sözlərinə görə, bu məsələdə Əyyubovanı ittiham etmək doğru deyil: “Əziz bacım, demisən ki, rüsvay oldun. Səni heç kim rüsvay edə bilməz! Sən heç kimə cavabdehlik daşımırsan, bacım. Xahiş edirəm ki, sənin adını bu iyrənc məsələdə hallandırmasınlar. Sən incəsənətimizin qeyrətli xanım sənətkarısan! Sən yaxşı bilirsən ki, xalqımız səni necə sevir?!”

M.Əyyubova məlum hadisə ilə bağlı verdiyi açıqlamada qardaş və bacılarından deyil, amma onların övladlarından imtina etdiyini açıqlamışdı.

Qeyd edək ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Cahid Kərimov adlı şəxs yeni aldığı “Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili “yumaq” üçün məclis təşkil edib.

Bu barədə qafqazinfo.az yazıb ki, həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər. Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Saxlanılan şəxsin ifadəsinə görə ona bu qızları müğənni Valeh İsrafilov yollayıb.

Valeh İsrafilov xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşıdır. Xalq artisti deyib ki, bu haqda danışmaq istəmir, onları həyatından silib.

Daxili İşlər Nazirliyi tərəfindən qızların çılpaq videosu ilə bağlı açıqlamada qeyd olunur ki, məlum video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

“Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”. Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O da aydın olub ki, müğənni Mətanət Əsədovanın məşhur “limon suyu içməsi” videosunu yayan şəxs elə 3 qızın çılpaq videosunu yayan Cahid imiş.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az