• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
2-04-2019, 10:25

Lüt qızların video qalmaqalı böyüyür - həbs olunanlar var, DİN-dən açıqlama

Lüt qızların video qalmaqalı böyüyür - həbs olunanlar var, DİN-dən açıqlama

Təzə maşınını “yumaq” üçün gətirdiyi qızlarla əylənən Cahid Kərimovun daha əvvəl müğənni Mətanət Əsədovanın da videosunu yaydığı deyilir, ona qızları gətirən Mələkxanım Əyyubovanın qardaşı oğlu imiş; Dövlət Komitəsi, Mətbuat Şurası və tanınmışlardan sərt etirazlar
Sosial şəbəkələrdə üç qızın çılpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatı məlum olub. “Yeni Müsavat” xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib.

Cahid Kərimov adlı şəxs yeni aldığı “Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili “yumaq” üçün məclis təşkil edib. Bu barədə qafqazinfo.az yazıb ki, həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib.

Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər.

Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər.

Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Eyni zamanda onlar Cahid və məclisdə iştirak edən digər şəxslə cinsi əlaqədə olmadıqlarını əlavə ediblər.

Videoda yer alan 2 kişi və 3 qadın Nəsimi Rayon Polis İdarəsinə gətirilib, kadrdakı avtomobil cərimə meydançasına aparılıb. Bildirilib ki, izahatları alındıqdan sonra qızlar sərbəst buraxılacaq. Saxlanılan şəxsin ifadəsinə görə ona bu qızları müğənni Valeh İsrafilov yollayıb.

Müğənni Valeh İsrafilovun qardaşı Vüsal İsrafilov unikal.org-a faktı təsdiqləyib: “Biz özümüz də şoka düşmüşük. Xəbəri sosial şəbəkələrdə paylaşıb səhvən mənim şəklimi verirlər. Ancaq yazılanlar doğrudur. Qardaşımla Cahid dost olublar, qızlarla da onu qardaşım tanış edib.

Cahid özü ailəlidir, bildiyim qədər övladı var. Başımıza gələnlərin hamısı onun bu səhv addımına görədir. Deyəsən, bu hadisəyə görə qardaşımı da polisə çağırıblar. Qaldı ki, qızlarla qardaşım Valehin tanışlığına, kişidir, yəqin ki, hansısa məclisdə tanış olublar".

Valeh İsrafilov xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşıdır. Xalq artisti Musavat.com-a deyib ki, bu haqda danışmaq istəmir, onları həyatından silib.

Ötən gün Daxili İşlər Nazirliyi qızların çılpaq videosu ilə bağlı açıqlama yayıb. Məlumatda qeyd olunur ki, məlum video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Onu da deyək ki, qızlar sərbəst buraxılıb.

Mətbuat Şurası məsələyə reaksiya verib. “Bu gün sosial şəbəkələrdə yayılmış əxlaqsız videogörüntünün geniş müzakirə predmetinə çevrilməsi diqqətimizdən yayınmadı. Əlbəttə, cəmiyyətin ahənginə, dəyərlərinə, mövcud yaşam tərzinə zidd hərəkət və davranışlara münasibətdə ictimai qınağın olması təbiidir. Ancaq düşünürük ki, media məhz məlum durumla bağlı qınağın formalaşmasında aktiv rol oynamamalıdır. Təəssüf ki, buna məhəl qoymayan bəzi internet informasiya vasitələrimiz oldu. Onlar ucuz sensasiya dalınca qaçmağa üstünlük verdilər”, - deyə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib.

O bildirib ki, əxlaqa zidd videogörüntünü xəbər kimi işıqlandıran, kimlərisə hansısa formada qınağa çəkən, çəkməyə cəhd edən, qınağa çəkilməsinə şərait yaradan media vasitəsi birmənalı qaydada “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı pozur.

“Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”.

Bunu isə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. E.Səfərov bildirib ki, videoçəkiliş həmin xanımların razılığı ilə də olsa belə onlar qurbandırlar.

O da aydın olub ki, müğənni Mətanət Əsədovanın məşhur “limon suyu içməsi” videosunu yayan şəxs elə 3 qızın çılpaq videosunu yayan Cahid imiş. Bu haqda xəbərçi.az məlumat yayıb. M.Əsədova videoda həmin şəxsə “ata” deyirdi.

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, qızların hərəkəti əxlaqsızlıq adlandırıla və ictimai qınaq ola bilər: “Bu videoda onlara qarşı hər hansı hüquqi cəza yoxdur. Onu çəkib yayana gəlincə, araşdırma aparılmalıdır.

Videonu hamı görüb, hiss olunur ki, qızlar çəkilişdən məlumatlıdır, çəkilişin aparılmasında da istəklərini nümayiş etdirirlər. Araşdırma yalnız ortaya çıxara bilər ki, qızlar çəkilişin yayılmasına əvvəldən razılıq veriblər ya yox.

Əgər çəkilişin yayılmaması şərti olubsa, yayan şəxs məsuliyyət daşıyacaq".

“Bəli, mən də düşünürəm ki, bunu media işıqlandırmamalı idi. Ancaq media işıqlandırmasaydı, hüquq-mühafizə orqanları buna əhəmiyyət verəcək, bunun ziyanının qarşısını almaq üçün hərəkətə keçəcəkdimi?” Bu sözləri Axar.az-a Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. E.Şıxlı bildirib ki, medianın işi belə məlumatları işıqlandırmaq deyil: ”Klassik media belə videoları yaymamalıdır. Qanunda da var ki, əgər kimsə kiməsə qarşı təhqirə və ya başqa bir pozuntuya yol verirsə, buna cavabdeh ancaq bir adamdır. Ancaq media həmin o bir nüsxədə yayılan hansısa pozuntunu tirajlayırsa, media da həmin şəxs qədər cavabdeh olur. Elementar qanunlar var ki, media bunları bilməli və əməl etməlidir. Yəni video heç bir halda yayılmamalı idi".

Media eksperti Qulu Məhərrəmli isə bildirib ki, media ictimai əhəmiyyəti olan məlumatı, materialı işıqlandırmalıdır. Bir məlumat ki əxlaqsızlığı, səviyyəsizliyi, bayağılığı təbliğ edir, bu barədə, ümumiyyətlə, danışmağa dəyməz.

“Çılpaq qızların bütün sosial şəbəkələrdə yayılmış videosu və məlumatlarını böyük üzüntü içində izlədim, oxudum. Bunu çəkən və yayan adam layiq olduğu cəzanı almalıdır” - bu sözləri deputat Qənirə Paşayeva deyib. O, bütövlükdə cəmiyyəti bu məsələlərlə bağlı daha dərindən düşünməyə çağırıb.

“Dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı xaricdə yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”.

Bu sözləri qafqazinfo-ya Sabunçu rayon icra başçısı Adil Vəliyev deyib. O bildirib ki, sözügedən videonun çəkilməsində və yayılmasında oğlunun iştirak etməsi ilə bağlı M.Mirzəli tərəfindən yutubda yerləşdirilmiş video başdan-başa uydurma və cəfəngiyyatdır. İcra başçısı eyni zamanda qeyd edib ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az