• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
25-03-2019, 08:56

"Şərqi Avropa diqqətini Azərbaycana yönəldir"

"Şərqi Avropa diqqətini Azərbaycana yönəldir"

Rusiyanın "Şimal axını-2” layihəsi ilə gözlənilməz dəyişikliklər fonunda Şərqi Avropa ölkələri Azərbaycanın "Cənub Qaz Dəhlizi"nə getdikcə daha çox maraq göstərirlər. Azərbaycan Qədim Qitənin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq, çünki təkcə tədarükçü kimi yox, həm də Qazaxıstan və Türkmənistan qazının tranzit ölkəsi kimi çıxış edəcək.

Azərbaycanın dünya siyasətində artan rolunu etiraf edən ölkələrdən biri də Sloveniyadır. Sloveniyanın sabiq prezidenti Danilo Türk virtualaz.org-a verdiyi müsahibədə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

- Əgər ABŞ-ın təzyiqi altında "Şimal axını-2" qeyri-müəyyən müddətə təxirə salınarsa, bu, Şərqi Avropa ölkələrinin enerji planlarına təsir edəcəkmi?

- Düşünürəm ki, "Şimal axını-2" layihəsi hər halda reallaşdırılacaq. İndi o, Avropa istehlakçıları və qazın tranzit ölkəsi olmaq istəyənlər arasında ciddi rəqabət və kəskin mübahisələr obyektidir. Və baş verənlər çoxlarını narahat edir. Ancaq mənim fikrimcə, layihəni dayandırmaq böyük səhv olacaq. Ona artıq çoxlu vəsait qoyulub. "Şimal axını-2"də başqalarından daha çox, əlbəttə, Almaniya maraqlıdır. Və indi ehtiraslar elə qızışdırılır ki, sanki bu, Avropaya tək qaz kəməri olacaq. Halbuki digər qaz xətləri də meydana çıxacaq və hər hansı bir boruya başqaları üçün maneə kimi baxmaq lazım deyil.

-Həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən tam dəstəklənən "Cənub Qaz Dəhlizi" layihəsinə Şərqi Avropada münasibət necədir?

-TAP-TANAP və bütövlükdə "Cənub Qaz Dəhlizi"nə gəlincə, Sloveniya Avropaya qazın çatdırılması üzrə bu layihəyə, marşrutun daha cənub istiqamətindən keçdiyi üçün, qoşulmayıb. Onda Türkiyə, Yunanıstan, Albaniya və Cənubi İtaliya iştirak edir. Sloveniya isə İtaliyanın şimal hissəsinə daha yaxındır. Amma kim bilir, bəlkə gələcəkdə bu boru kəmərinin əhəmiyyəti artacaq. İndi onlar Sloveniyanın cənubundakı ölkələrdən keçir, lakin gələcəkdə bizim də onlara maraq göstərəcəyimiz istisna deyil. Biz Sloveniyanın şimalından və cənubundan hansı qaz kəmərlərinin keçdiyinə biganə deyilik. Hazırda biz qazı Rusiyadan Avstriyadan tranzit keçməklə, eləcə də İtaliya vasitəsi ilə Əlcəzairdən alırıq. İndi isə cənub istiqamətindən Avropaya Azərbaycan qazı gələcək. Təbii ki, bu, Avropada qaz bazarının ümumi mənzərəsinə təsir edən yeni bir amil olacaq.

Sloveniyanın iki təbii qaz mənbəyi var - Rusiya və Əlcəzair. Rusiya qazı Ukrayna, Macarıstan və Avstriyadan keçir. Başqa bir qaz boru kəməri İtaliya vasitəsilə Sloveniyaya Əlcəzairdən gedir. Lakin biz qaz tədarükünün şaxələndirilməsində maraqlıyıq və bu strateji kontekstdə “Cənub Qaz Dəhlizi”nin tətbiqi Sloveniya üçün vacibdir.

- "Şimal axını-2" ilə bağlı Avropa ölkələrinin mövqeyi bölünüb. Deyək ki, Polşa qəti surətdə bu layihəyə qarşı çıxır, Almaniya isə onu dəstəkləyir. Rusiya layihəsi Avropanın parçalanmasına səbəb olmaz ki?

- Tam belə deyil. "Şimal axını-2"ni yalnız Almaniya deyil, Niderland, Fransa, bəzi digər ölkələr də dəstəkləyirlər. Biz nə qədər çox mənbəyə malik olacağıqsa, qazın qiyməti də bir o qədər aşağı olacaq. Və bu istehlakçılar üçün yaxşıdır.

Ukraynaya gəlincə, bu ölkə Rusiya qazı üçün ödəniş etməlidir, lakin, necə deyərlər, çox səliqəsiz ödəyici olub. Ukraynalıların istehlak etdikləri qaz üçün ödənişlə bağlı problemləri var. Əlbəttə ki, Rusiya və Ukrayna arasındakı bu problem həll olunmalıdır, özü də beynəlxalq arbitrajın iştirakı ilə.

- Amma bu yalnız iqtisadi yox, həm də siyasi faktordur axı: "Şimal axını-2" Ukraynadan yan keçəcək və Kiyev Avropaya Rusiya qazının tranziti üçün mötəbər gəlir mənbəyindən məhrum olacaq, ölkələr arasında münaqişə daha da dərinləşəcək…

- Ukraynanın qaz kəmərləri saxlanacaq, onları sökməyəcəklər. Sadəcə Ukrayna qazın tranziti üçün daha az pul alacaq. Həm də qaz üçün qiymət yeni marşrut üzrə böyük çatdırmalar hesabına da azala bilər.

- Avropada Rusiyanın qaz bazarında inhisarçılığından ehtiyat etmirlər ki?

- Xeyr, bu problem deyil. Alternativ mənbələr var – Əlcəzair, Qətər, ABŞ, Azərbaycan. Avropa qazın aşağı qiymətlərlə alınmasında maraqlıdır. Rusiyadan tamamilə asılı olduğumuz zaman ödəyirdik, amma indi daha çox rəqabət olacaq və "Qazprom" daha diqqətli olmalıdır. Rəqabət-bu yaxşıdır.

Ceyhun Nəcəfov

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az