• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-03-2019, 11:01

Yeniyetmələrdə depressiv vəziyyət

Yeniyetmələrdə depressiv vəziyyət

Depressiya əlamətləri və depressiyaya düşmə səbəbləri yeniyetmələrin psixologiyası, ailə vəziyyəti, hətta genetikası kimi faktorlardan asılı olaraq dəyişir. Ailə üzvləri və ya doğmalardan birinin itkisi, ailədaxili münaqişələr, habelə digər ciddi problemlərin mövcudluğu zamanı əksər yeniyetmələrdə depressiya halı müşahidə olunur. Depressiyanın çox mürəkkəb bir xəstəlik olduğunu nəzərə alsaq, onu aşkar etməyin heç də asan olmadığını söyləmək olar,- deyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a məlumat verib.

Onun dediyinə görə, ictimai yerlərdən uzaqlaşmaq, ünsiyyətdən qaçmaq istəyi, günün əksər hissəsində əhvali-ruhiyyənin yaxşı olmaması və ya ovqatın ani şəkildə dəyişməsi depressiyanın ən diqqətəçarpan əlamətidir: "Əksər yeniyetmələrdə qısa müddətdə həmin hal müşahidə oluna bilər, yəni uzunmüddətli xarakter daşımadığı üçün həmin əlamətlərə sahib olan yeniyetmənin depressiv olduğunu düşünmək yanlışdır. Bəzi hallarda isə səbəbi aydın olmayan baş və mədə ağrıları yarana bilər. Valideynlərin ən çox yol verdiyi səhvlər həmin ağrıların səbəbini yalnız orqanizmdə baş verən fiziki proseslərdə axtarmaqdır, xəstəliyin psixologiya ilə əlaqədar ola biləcəyi isə əksər hallarda arxa plana keçir.

Ən çox rast gəlinən hallar aşırı dərəcədə yuxululuq və səthi yuxulardır. Səthi yuxular deyəndə tez-tez yuxudan ayılmaq və dərin yuxuya gedə bilməmək nəzərdə tutulur. Bəzi hallarda isə yuxu pozulması probleminə yeniyetmələr özləri səbəb olur. Müəyyən vaxt ərzində gündəlik yuxunun müddətini minimuma qədər azaltmaq, qısa müddətdə heç bir ziyan göstərməsə də, bunun uzun müddət təkrarlanması əsəbilik, gün ərzində yorğunluq, beynin normal işləməməsi kimi nəticələrə və ən nəhayət, depressiyaya səbəb olur. Qarşısını almaq üçün gecə yuxusunu 5-7 saata qədər artırmaq çox vacib məsələdir.

Valideynlərin uşaqları ətraf mühitdə qorumaq və onlara parlaq gələcək təmin etmək istəkləri bəzi hallarda ekstremal hal yaradır. Gənclik dövrünə yaxınlaşan yeniyetmələrin azadlığa can atması, ailələrin isə bu arzuları məhdudlaşdırmaq istəməsi əksər hallarda ciddi problemlərə səbəb olur. Həmin vəziyyət yeniyetmələrin ali məktəblərə qəbul imtahanına hazırlaşdığı dövrdə daha çox müşahidə olunur. Əlbəttə, valideynlərin övladlarını oxutmaq arzusu olduqca normal haldır, lakin həmin istəyin aşırı dərəcədə olması yeniyetmənin səhv etməkdən qorxmasına, etdiyi səhvləri ailədən gizlətməsinə və nəhayət, valideynlə övlad arasında əlaqə və münasibətlərin qırılmasına səbəb olur".

Psixoloq daha sonra deyib: "İştahanın pozulması, yemək seçimində çətinlik, yeməklərdən əvvəlki dadı ala bilməmək depressiyanın ən nəzərəçarpan əlamətlərindəndir. Gündəlik fəaliyyətə, dostlarla ünsiyyətə, bir sözlə, hər şeyə marağın itməsi intihara təşəbbüs göstərməyə aparıb çıxara bilər. İntihara təşəbbüs edən hər yeniyetmənin depressiyada olduğunu düşünmək olduqca yanlışdır, çünki həmin yaş dövründə uşaqların ailədə diqqəti öz üzərinə toplamaq istəyi, özünü film qəhrəmanlarına bənzətməyə çalışmasının da intihara aparıb çıxarması mümkündür.

Həmin halların qarşısını almaq üçün övladla dost olmağa çalışmaq, uşağı çox sıxmaqla tamamilə boş buraxmaq arasındakı incə cizgini tapa bilmək, onu musiqiyə və idmana yönləndirmək ən yaxşı yoldur. Valideynin öhdəsindən gəlmədiyi psixoloji problemlər yarandıqda psixoloqa müraciət etmək lazımdır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az