• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
5-03-2019, 08:59

Yardımlıda kəndə silahlı basqın, “it boğuşdurma”, vəhşicəsinə qətl...

Yardımlıda kəndə silahlı basqın, “it boğuşdurma”, vəhşicəsinə qətl...

Yardımlı rayonunun Ləzran kəndinin digər yaşayış məntəqələrinin bir qrup sakini (71 nəfər) Ləzran kəndinin təhlükəsizliyini təmin etmək və kənd sakini Bəhruz İsgəndərovun vəhşicəsinə qətlə yetirilməsində təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək xahişi ilə Azərbaycan prezidentinə və baş prokurora müraciət edib. Bu müraciət barədə “Turan” xəbər yayıb.

Müraciətdə deyilir ki, bu il fevralın 23-də 10-12 nəfərdən ibarət mütəşəkkil silahlı qrup Ləzran kədninə daxil olub, Bəhruz İsgəndərovu 9 yaşlı oğlu Həsrətin gözü qarşısında çoxsaylı bıçaq xəsarətləri yetirməklə, öldürüb, həmçinin, kənd sakinləri Pərviz və Tərlan İsgəndərovlar, İbrahim Mirzəyev də yaralanıb. Daha sonra cinayətkar qrupun iştirakçıları B.İsgəndərovun beş azyaşlı uşağı olan evinə hücum ediblər.

Hücum edənlər arasında Sumqayıt, Abşeron rayonunun Saray Qəsəbəsinin, Yardımlı rayonunun Şovud kəndinin sakinləri olub.

Müraciətdə qeyd edilir ki, hücum edənlərin heç biri saxlanılmayıb, baxmayaraq ki, onların adları hüquq-mühafizə orqanlarına məlumdur. Cinayətkar qrupun üzvləri Ləzran kəndinin sakinlərini qorxutmağa, ölümlə hədələməyə davam edirlər.

Müraciəti imzalayanlar prezidentdən və baş prokurordan bundan sonra kütləvi qurbanların qarşısını almaq naminə Ləzran və Şovud kəndləri arasında qarşıdurmalara yol verməmək üçün bu işi şəxsi nəzarəti altına götürməyi xahiş edir.

Virtualaz.org xatırladır ki, sakinlərin müraciətində bəhs edilən cinayət hadisəsinin motivi xəbər lentlərində “it boğuşdurma üstündə dava” şəklində yer almışdı. Daha sonra “Trend” agentliyi hadisənin təfərrüatları barədə yazıb. Bildirilirdi ki, davaya əslində it boğuşdurulması yarışı deyil, bir tərəfin digərinə 7 min manata yaxın borcu olması səbəb olub.

Belə ki, bir neçə il əvvəl Ləzran kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov qonşuluqda yerləşən Şovud kəndindəki dostu Hüseynov Elşəngilə qonaq gedib. Dostlar yeyib-içdikdən sonra Elşən Bəhruzdan borc pul istəyib. Məclis bitdikdən sonra Bəhruz dostunun evində olan küçüklərdən birini istəyib, bu zaman Elşənin qardaşı Teymur Hüseynov iti ona bir şərtlə verib ki, vaxt gələndə digər küçüklərdən biri ilə dalaşdırsın.

Bir neçə il keçsə də, Bəhruz dostuna verdiyi borc pulu geri ala bilməyib, nəticədə aralarında ciddi mübahisələr yaranıb. Dava baş verən gün isə Elşən qardaşı ilə Bəhruza zəng edərək ona hədiyyə verilən iti öz itləri ilə dalaşdırmaq istədiklərini bildirib. Razılıq verən B.İsgəndərov dostundan borc verdiyi pulu yenidən geri istəyib.

Planlı şəkildə hərəkət edən qardaşlar görüş yerinə tək gəlməyiblər, onlar "it boğuşdurmaq" adı ilə borc məsələsinə son qoymaq istəyiblər. İtlərini döyüşdürən tərəflər arasında düşən mübahisə dava ilə nəticələnib. Bəhruzun tərəfində də bir neçə adam davada iştirak edib. Dava zamanı Teymur Bəhruzun qohumu Tərlana yumruq vuraraq yerə yıxıb. Bəhruz onları aralamaq istərkən arxadan başından küt alətlə zərbə alıb. Daha sonra Bəhruz ürəyindən, qardaşı Pərviz İsgəndərov isə qarın nayihəsindən bıçaqlanıb.

Yaralanan Bəhruz İsgəndərov Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.(Virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az