• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
21-02-2019, 09:10

Hicran Hüseynova: Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır

Hicran Hüseynova: Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixdə iz qoymuş vətənpərvər, maarifpərvər qadınlarımızın nümunəvi fəaliyyətini yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, alicənablıq, insanpərvərlik, kübarlıq kimi yüksək insani dəyərlərə, yüksək erudisiyaya sahib olan Mehriban Əliyeva zəngin və çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin hörmət qazanıb:

"Birinci vitse-prezident ölkənin inkişafına öz layiqli töhfələrini verir. "Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam" - Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində insan amili dayanır. Mehriban Əliyevanın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər. Birinci xanım minlərlə insana, xüsusilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır".

O əlavə edib ki, Mehriban Əliyeva Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir: "Birinci vitse-prezident valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Mehriban xanımın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir".

Dövlət Komitəsinin sədri bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda fəaliyyəti öz bəhrəsini verməkdədir:

"Vaxtilə Azərbaycana məkrli münasibət bəsləyən ölkələr indi tamamilə fərqli yanaşma nümayiş etdirirlər. Heydər Əliyev Fondun prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılmasında, təbliğ olunmasında rolu böyükdür. Həmçinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanınması istiqamətində aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özəlliklərini dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir".

H.Hüseynova qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların dialoquna həqiqətən də müstəsna töhfə verib: "Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin vətəni olan Avropanı Asiyada və öz Vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə isə Mehriban xanımın təşəbbüsü ilə məscidlər, katolik və pravoslav kilsələri, sinaqoq tikilir və ya əsaslı bərpa olunur. Məsələn, Gəncədəki "İmamzadə" dini kompleksi yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçilərini qəbul etməyə başlayıb. Yeri gəlmişkən xatırladaq ki, bu yaxınlarda "İmamzadə" kompleksində Mehriban Əliyevanın adından 1000 nəfər üçün ehsan süfrəsi verilib".

Komitə sədri hesab edir ki, Mehriban Əliyevanın bütün bu layihələri böyük həssaslıqla, ən kiçik təfərrüatlarına, incəliklərinə qədər izləməsi, proseslərin içində olması onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir.

O vurğulayıb ki, Birinci vitse-prezident ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir" kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu:

"Bu, çox önəmli məsələdir. Mehriban xanım öz fəaliyyəti ilə insanlarda sosial məsuliyyət hissini artırdı və vətəndaşları ictimai işlərdə fəal olmağa sövq etdi. Artıq bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür və bunu bir borc kimi qəbul edirlər. Nə üçün xalq ölkənin Prezidentini və Birinci vitse-prezidenti bu qədər sevir? Çünki vətəndaşlar cənab Prezident İlham Əliyevin və Mehriban Əliyevanın timsalında onların istəkləri, problemləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadırlar, ünsiyyətdən çəkinmirlər, əksinə, insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az