• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-02-2019, 08:18

Azərbaycana ət idxalı kəskin artdı

Azərbaycana ət idxalı kəskin artdı

Bu ilin əvvəlindən Azərbaycana ət idxalı kəskin artıb. Ötən ay ölkəyə 7,023 milyon dollar dəyərində 5,044 min ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan hesabatda deyilir ki, ət idxalı ötən ilin yanvar ayı ilə müqayisədə 67,5 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən isə virtualaz.org-a ət istehsalının ildən-ilə artdığını və əhalinin ətə olan illik təlabatının yerli istehsal hesabına təmin edildiyini bildiriblər. Nazirlik hesabatda yer alan statistikanin idxalın artması kimi təqdim edilməsinə qarşıdır.

Bəs təlabat yerli istehsal hesabına ödənilirsə, ət idxalı niyə artıb? Görəsən xaricdən ət idxalının artması bir sıra rayonlarda otlaq sahələrinin fermerlərdən pambıq əkini üçün geri alınması ilə bağlıdır, yoxsa bu gömrük sistemində “şəffalaşmanın” nəticəsidir?

Çünki ekspertlər xəbərdarlıq etmişdilər ki, heyvandarlıqla məşğul olan fermerlərə uzunmüddətli icarəyə verilmiş və otlaq sahəsi kimi istifadə edilən torpaqların əkin üçün geri qaytarılması ölkədə ət qıtlığı yarada bilər.

İdxal olunan əti kolbasa-sosiska sexləri alır

Lakin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə hesab edir ki, idxal olunan ət emal sənayesində, həmçinin turizm qida sənayesində istifadə edilir. “Azərbaycana idxal olunan ət xüsusi sənaye təyinatlıdır, emal sənayesi və turizm qida sənayesi üçün nəzərdə tutulub. Kolbasa-sosiska sənayesində 6-7, turizm sənayesində 7 faiz artım var. Tələbata uyğun olaraq əsasən dondurulmuş ət idxalında cüzi artım müşahidə olunur”,-Fikrətzadə deyib.

Onun sözlərinə görə, ötən il ət idxalının artımını məhz kolbasa məmulatları istehsalındakı 6,4 faizlik və turizm sektorundakı 7,6 faizlik artım şərtləndirib. “Dünyanın emal və turizm sənayesinin fəaliyyəti “Braziliya danası” və “Yeni Zellandiya quzusu” standartı üzərində qurulub. Azərbaycanda isə “Braziliya danası” və “Yeni Zellandiya quzusu” qiymətində məhsul istehsal etmək mümkün deyil, çünki Azərbaycanda nə milyonlarla hektar təbii otlaq sahəsi, nə də ucuz yem mənbəyi olan transgen soya yoxdur”,-nazirlik rəsmisi belə deyir.

Hər bir ölkənin kənd təsərrüfatı məhsulları istehsalındakı müqayisəli üstünlükləri təbii faktorlara bağlıdır. Buna görə də yerli emal sənayesinin istehsal etdiyi kolbasa, sosiska, burger və yaxud bu kimi digər məhsullar məhz idxal əti hesabına hazırlanır. Son 10 ildə ortalama hər il eyni həcmdə dondurulmuş ət idxalı həyata keçirilir: “Yəni qeyd olunan ət idxalı emal sənayesinin tələbatına uyğun olaraq stabil şəkildə ölkəyə gətirilən ətin həcmdir, xüsusi bir artım yoxdur”.

“Bərdə danası”, “Beyləqan quzusu”

F.Fikrətzadə dünyanın əsas ət ixracatçısı olan ölkələrdən nümunələr də gətirir. Deyir ki, ABŞ-da ixrac 15, idxal 5 milyard dollar həcmindədir. Almaniyada ixrac 10, idxal 8 milyard dollar, Hollandiya ixrac 9,7, idxal 4,6 milyard dollar təşkil edir.

F.Fikrətzadənin sözlərinə görə, Azərbaycanda əhalinin spesifik ət istehlakı ənənəsi var, məsələn, alıcı “Bərdə danası”, “Beyləqan quzusu” kimi sterotiplərə əsaslanaraq ət alır: “Ötən il ət istehsalında 3 faiz artım qeydə alınıb. Orta statistik azərbaycanlı qida üçün dondurulmuş ətdən istifadə etmir, baxmayaraq ki, idxal olunan ətin keyfiyyət göstəriciləri norma daxilindədir. Yerli əhalinin tələbatı tamamilə fermerlərin hesabına ödənilir”.

Restoranlar, dönərxanalar …

Adının açıqlanmasını istəməyən ekspert isə iddia edir ki, idxalla bağlı statistika ət bazarındakı vəziyyəti göstərir, bunun üçün xüsusi təhlil aparmağa ehtiyac yoxdur. “Yanvar ayının göstəricisi qane etmirsə, ötən ilin statistikasına nəzər sala bilərlər. Ətin bahalaşması sahibkarları xaricdən ucuz dondurulmuş ət gətirməyə məcbur edir. Üstəlik təkcə restoran, dönərxana, kolbasa sexləri, yaxud şadlıq evlərində dondurulmuş ətdən istifadə edilmir. Dövlət müəssisələrinin əksəriyyətinin mərkəzləşmiş mətbəxtində dondurulmuş idxal məhsullarından yemək hazırlanır”, -müsahibimiz deyir.

Onun sözlərinə görə, idxal olunan kəsim təyinatlı diri heyvanlardan ət istehlakının ödənilməsində istifadə edilir, məsələn, Gürcüstandan gətirilən diri heyvan kəsilərək satılır, amma bu, idxal statistikasında yer almır.

F.Fikrətzadə isə deyir ki, gətirilən diri heyvanlar fermerlər tərəfindən bəslənilir, kökəldilir, sonra satılır.

Qeyd edək ki, adambaşına illik ət norması 84 kiloqram müəyyənləşdirilib. Bu il ölkədə 139,6 min ton mal əti, eləcə də 80,6 min ton qoyun əti istehsalı proqnozlaşdırılır.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az