• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?

XƏBƏRLƏR

    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
21-02-2019, 08:08

Pentaqona raket zərbəsi?

Pentaqona raket zərbəsi?

Hərbi icmalçı, “Arsenal Oteçestva” jurnalının baş redaktoru, RF Hərbi-Sənaye komissiyası kollegiyasının Ekspertlər Şurasının üzvü, ehtiyatda olan polkovnik Viktor Muraxovski Putinin hədələyici bəyanatını şərh edərkən bildirib ki, bu cür qərarlar müstəsna olaraq ABŞ-da qəbul olunur.

Ekspertin sözlərinə görə, misal üçün, əgər NATO ərazisində - Niderlandda, Almaniyada, İtaliyada, Türkiyədə - ABŞ-ın nüvə bombaları yerləşirsə, onların tətbiqi ilə bağlı qərarları NATO deyil, Pentaqon və Ağ Ev qəbul edir. “Əgər biz nüvə silahının tətbiqi baxımından NATO silahlı qüvvələri birləşmələrindən danışırıqsa, bu halda nüvə silahına malik ölkələrin milli mərkəzləri qərar verir. Bunlar ABŞ, Böyük Britaniya və Fransadır. Deməli, raketlər növündən asılı olmayaraq – istər strateji, istərsə də ortamənzilli – Rusiyaya qarşı istifadə ediləcək raket-nüvə vasitələrinin yerləşdiyi ölkələrin dövlət və hərbi idarə, hərbi komandanlıq məntəqələrinə yönəldiləcək”, - Muraxovski deyib.

Başqa sözlə, ekspertin fikrincə, əgər raketlər Avropada olacaqsa, Rusiya öz raketlərini o cümlədən Pentaqona istiqamətləndirəcək.

* * *16:22

Rusiya prezidenti Vladimir Putinin Federal məclis qarşısında bu günkü hesabat xarakterli çıxışı ABŞ rəhbərliyinin ünvanına birbaşa və açıq hədələrlə yadda qalıb. Putin Rusiyanın yeni hipersəs sürətli silahları barədə danışaraq bildirib ki, “meydana çıxacaq təhdidlərə cavab olaraq” bu raketlərlə ABŞ paytaxtına zərbə endirəcəklər.

Putin ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərə dair Müqavilədən çıxması, habelə Polşa və Rumıniyada raketdən müdafiə sistemləri yerləşdirməsi barədə danışaraq deyib ki, bunlar Rusiyaya birbaşa təhdid yaradır. Çünki həmin ölkələrin ərazisində yerləşdirilən raketdən müdafiə sistemlərinin komponenti olan Mk-41 buraxılış qurğusu orta mənzilli, qanadlı “Tomoqavk” raketlərinin də tətbiqinə imkan verir.

“Rusiyanın Avropada belə raketləri birinci yerləşdirmək niyyəti yoxdur. Lakin onlar orta mənzilli raketləri birinci istehsal etsələr və orada yerləşdirsələr beynəlxalq sferada vəziyyəti ciddi kəskinləşdirəcək və Rusiya üçün ciddi təhdid yaradacaq. Çünki bu tip raketlərin bəziləri Moskvaya cəmi 10-12 dəqiqəyə çata bilər. Bu da bizim üçün ciddi təhdiddir. Belə olan halda biz məcbur olub asimmetrik cavab tədbirləri görəcəyik”-o bildirib.

Putin əlavə edib ki, ABŞ-da qərar qəbul etməzdən əvvəl Rusiyanın yeni raketlərinin sürətini bir daha hesablamalıdırlar. Çünki həmin raketlər də ABŞ-a təxminən 10-12 dəqiqəyə çatacaq.

Rusiya prezidentinin sözlərinə görə, onlar təhdidə dərhal cavab verəcəklər və hipersəs sürətli silahları təkcə ABŞ-ın öz silahlarını yerləşdirdiyi ölkələrə deyil, ABŞ-ın özünə də tuşlayacaqlar.

“Bu gün birbaşa və açıq şəkildə bunu bəyan edirəm ki, sonra heç kim bizi qınamasın, hamıya aydın olsun ki, söhbət nədən gedir”-o bildirib.

* * *15:05

Bu gün Rusiya prezidenti Vladimir Putin Federal məclis qarşısında ənənəvi illik proqram çıxışını edib.

Virtualaz.org xəbər verir ki, Putinin çıxışının əsas hissəsi sosial-iqtisadi problemlərə və onların həlli yollarına yönəlib. Ekspertlər bunu təsadüfi saymırlar və Putinin reytinqinin xeyli aşağı düşməsi ilə əlaqədar onun bilavasitə insanları maraqlandıran məsələlərdən danışmalı olduğunu qeyd edirlər. Bununla belə Putin silahlardan və silahlanmadan, Qərblə qarşıdurmadan da danışıb. Ötən ilin martında ilk dəfə elan etdiyi super silahlardan yenə bəhs edib.

“Hələ bu yaxınlara qədər çoxlarına elə gəlirdi ki, Rusiya müdafiə sahəsində dönüş edə bilməz. Lakin biz bunu etdik, o cümlədən tamamilə gənc insanların sayəsində”-Putin deyib.

O bildirib ki, super silahların necə hazırlanmasına dair detalları bilir. “Məsələn, hipersəs sürətli “Avanqard” döyüş blokunun yaradılması öz əhəmiyyətinə görə Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə oluna bilər”-Rusiya prezidenti bildirib. Əlavə edib ki, “Avanqard” raketləri ilə silahlanmış ilk polk artıq bu il döyüş növbəsinə dayanacaq. Çünki bu raketlərin seriya istehsalı artıq başlayıb.

“Avanqard” qanadlı döyüş bloku 27 Max sürətlə hərəkət edə bilir və təqdimata əsasən nə indi, nə perspektivdə heç bir raketdən müdafiə sistemi onu “tuta” bilməz.

Putinin sözlərinə görə, daha bir yenilik sürətli 9 Max-dan çox olan “Tsirkon” hipersəs raketidir ki, o 1000 kilometrə qədər uça bilir. Yerüstü və suüstü platformalardan tətbiq edilə bilər.

“Bununla bağlı mühüm məqamı qeyd etmək istəyirəm-artıq bu ilin yazında “Poseydon” kompleksinin daşıyıcısı olan ilk sualtı qayıq suya buraxılacaq. İşlər plan üzrə gedir”-o qeyd edib.

“Poseydon” sualtı pilotsuz aparatı barədə də Putin ilk dəfə ötən ilin martında elan edib. Bu, okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə qeyri-məhdud məsafəyə hərəkət edə bilən, nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilmiş və nüvə başlığı daşıyan supertorpedodur. Hansı ki, bu silaha qarşı heç bir müdafiə imkanı yoxdur və qərbdə onu “Qiyamət günü” silahı adlandırıblar.

Putin onu da deyib ki, “Sarmat” qitələrarası raketinin, “Peresvet” lazer silahının və “Kinjal” raketinin də döyüş sınaqları aparılır. Onun sözlərinə görə, Rusiya təhdid yaranarsa nəinki raket qurğularının olduğu ölkələri, eləcə də qərar qəbul edilən mərkəzləri hədəf alacaq.

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az