• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
14-02-2019, 08:39

Daha bir rayonda kasıba “qotur inək” verilib?

Daha bir rayonda kasıba “qotur inək” verilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihəyə qatılanlara xəstə və yaşlı mal-qara verilməsi ilə bağlı daha bir fakt ortaya çıxıb. Belə ki, Ucar rayonunun Lək kənd sakini Sevinc Həsənova ona verilən heyvanların xəstə olduğunu bildirib. Şikayətçinin təqdim etdiyi fotolardan da görünür ki, inəklər arıq və xəstə durumdadır.

Virtualaz.org xəbər verir ki, bundan əvvəl Goranboy, Şəki, Tərtər, Astara, Beyləqan rayon sakinləri də eyni məzmunlu müraciətlə mətbuata üz tutmuşdular. İddia olunurdu ki, vətəndaşlara qısır, balası olmayan inək və qoyunlar, "süddən yanıq" dana, toğlular təklif edilib.

Hansı ki, sənədləşmədə heyvanın yanıbalalı, üstəlik sağlam olduğu əksini tapıb. Sənədi oxumadan imzalayan vətəndaş sonradan heyvanı geri qaytara bilmir, qazanıb ailəsini dolandırmaq əvəzinə xərcə düşür. İddialardan biri də bazardan 500-600 manata alınan heyvanların sənədlərdə 3-5 min manat arasında rəsmiləşdirilməsidir. Başqa sözlə, bəzi əliəyrilər özünüməşğulluq proqramını əsl korrupsiya mənbəyinə çeviriblər.

Virtualaz.org bu mövzu ilə bağlı iribuynuzlu heyvanların real bazar qiymətini araşdırıb. Bəlli olub ki, hazırda Bərdə və Beyləqandakı mal bazarlarında fotolarda göründüyü kimi arıq, yaşlı inəklər 650, uzağı 700 manata satışdadır. Sağlam, süd verən inəyin qiyməti isə çəkisindən, cinsindən asılı olaraq 1500-3000 manat arası dəyişir. Bazarda heyval alveri ilə məşğul olan Səbuhi Məmmədov deyib ki, məsələn, gündə 17 litr süd verən cins inəyi bu günlərdə 3 min manata satıb.

“Bazarda daha çox 1500-1700 manatlıq inəklərə təlabat var. Bunlar yerli cinslərdən olan, amma süd verən, yanı balalı, sağlam inəklərdir. Qoçu 430, Qala qoyununu 300 manatdan satmışam. Qiymət heyvanın çəkisi, süd vermə qabiliyyətinə görə dəyişir”-Bərdə bazarında heyval alveri edən həmsöhbətimiz deyir.

Şirkət əvvəlcədən heyvanı alır, sonra vətəndaşa təklif edir

İqtisadçı-ekspert Akif Nəsirli isə deyir ki, bu prosesdə şəffaflığı təmin etmək üçün heyvanın alınmasında vətəndaş özü də iştirak etməlidir, heyvanın sağlamlığına, vəziyyətinə tam əmin olandan sonra müvafiq sənədləşdirmə aparılmalıdır. “Azərbaycanda isə şirkət əvvəlcədən heyvanı alır, vətəndaşa təklif edir. Halbuki vətəndaş özü də heyvanın alınma prosesində iştirak etməli, sağlamlığına əmin olduqdan sonra sənədləşdirmə aparılmalıdır”, -ekspert deyib.

Onun fikrincə, “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində xəstə və yaşlı mal-qara verilməsi ilə bağlı şikayətlər çoxdur, sadəcə, yerlərdə mətbuata çıxışı olmayanlar var: “Hər müraciət edən ehtiyaclı ailə proqrama qatıla bilməz, bu iş yalnız heyvandarlıq təsərrüfatı ilə məşğul olmağı bacaranlara həvalə edilməlidir. Vətəndaşa izah edilməlidir ki, qüsur və ya heyvanın xəstə olduğunu bilən kimi müraciət etsinlər. Görünür vətəndaşlar maarifləndirilmir”.

“Heyvanları yaxşı yemləməyiblər…”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı isə deyir ki, Ucar rayon Lək kənd sakini Sevinc Həsənovanın şikayəti əsassızdır. “Fotodakı inəklər Həsənovaya təqdim edilmiş heyvanlar deyil”, -Talıblı söyləyir.

Onun sözlərinə görə, Həsənovaya ötən ilin noyabrda heyvan verilib, bu zaman onun da iştirakı və razılığı olub. Təhvil verilərkən də ailəsi mal-qaradan razılığını bildirib və aktı imzalayıblar. Lakin 2 aydan sonra Həsənova rayon məşğulluq mərkəzinə müraciətində verilmiş mal-qaranın sağlamlığı ilə bağlı şikayət edib. Bununla bağlı müvafiq araşdırma aparılıb, nazirliyin əməkdaşları tərəfindən onun təsərrüfatına baxış keçirilib. Baytar həkim müayinəsi aparılıb və nəticədə mal-qaranın tam sağlam olduğu, sadəcə olaraq yaxşı yem verilmədiyi üçün südünün az olduğu barədə rəy verilib.

Əgər heyvan xoşuna gəlmirsə aktı imzalamasın

Talıblı əlavə edib ki, vətəndaş ona verilən heyvandan narazıdırsa, aktı imzalamamalıdır. Bu zaman tenderdə qalib gəlmiş şirkətin nümayəndələri heyvanı dəyişdirirlər. Proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarət olunur. “Sevinc Həsənova və digər şikayətçiləri imzaladığı sənədlərdən əlavə bizdə video materiallar da var. Həmin görüntülər sübutdur. Bəzən vətəndaş heyvana düzgün qulluq etmir, 3 aydan sonra dəyişdirmək istəyir. Dünyanın heç bir yerində belə şey yoxdur”,-Talıblı deyir.

Proqrama qatılanlara verilən heyvanlar xəstəliyə, eləcə də təbii fəlakətlərə qarşı sığorta olunmur. Talıblı əlavə edir ki, heyvan sığorta olunduqda qiymət artır.

Fazil Talıblı qeyd edir ki, vətəndaş heyvanı təhvil alarkən yenə də məlumatlandırılır. Baxmayaraq ki, proqrama qoşularkən xüsusi təlim keçir, biznes plan hazırlayır, müdafiə edir. Vətəndaş razılığı olduğu təqdirdə aktla razılığını bildirir, imza atır.

Fazil Talıblı

Qeyd edək ki, nazir Sahil Babayev müsahibəsində şikayət əsasında 119 heyvanın yenisi ilə dəyişdirildiyini söyləmişdi. Şöbə rəhbəri deyir ki, mətbuatda verilən, eləcə də nazirliyə daxil olan hər bir müraciət ciddi araşdırılır. “Təsəvvür edin, 7300 nəfər proqrama qatılıb, onlardan yalnız bir neçəsi şikayətçidir. Amma bu şikayətçilərin də söylədikləri əsassız olur”.

Yeni təkliflər hazırlanır

Qeyd edək ki, heyvanların alınması ilə tenderdə qalib gəlmiş 2 şirkət-“Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu məşğul olur. Amma heyvanların verilmə və saxlama şəraitinə nəzirlik nəzarət edir.

Fazil Talıblı deyir ki, proqramla bağlı yeni təkliflər hazırlanıb, aidiyyatı orqanlarla razılaşmaya verilir. Yeniliklərdən biri məmur-vətəndaş münasibətləri minimuma endirməkdir. Təkliflərin qəbulundan sonra narazılıq da olmayacaq, nazirlik əməkdaşı əmin edir...

Ü.Xudiyeva

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az