• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-01-2019, 09:01

İrəvanın İran ümidi basdırılır - Bakının şansı

İrəvanın İran ümidi basdırılır - Bakının şansı

Ermənistanın yeni baş naziri təsdiqləndi: problemlərlə yola davam; erməni politoloq: “Son aylar ərzində izolə edilmiş ölkəyə çevrilmişik...”
Dünən Ermənistanın yeni parlamenti öz işinə başlayıb. Eyni gündə prezident Armen Sərkisyan Nikol Paşinyanın baş nazir təyin edilməsi haqda fərman imzalayıb. Paşinyan 15 gün ərzində hökuməti formalaşdırmalıdır. Böyük ehtimalla, onun komandasında ciddi dəyişiklik baş verməyəcək.

Xatırladaq ki, budəfəki parlamentdə Nikol Paşnyan və tərəfdarları, bütövlükdə qərbpərəstlər 2/3 çoxluqdadır. Ermənistanın təzə konstitusiyasına görə, baş naziri parlament seçmir, parlament çoxluğunun təklifi əsasında prezident təsdiqləyir. Bu ərəfədə Paşinyanın “Mənim addımım” bloku onun namizədliyini prezidentə təqdim eləmişdi.

*****

Beləliklə, Ermənistan, erməni xalqı Paşinyanla və ölkənin ağır problemləri ilə yola davam edəcək. Problemlər isə təkcə sosial-iqtisadi yox, eyni zamanda geosiyasi xarakterlidir və təhlükəsizlik sahəsini əhatə edir. Bəs təzə-köhnə hökumət bu problemlərin öhdəsindən gələ biləcəkmi? Sualın cavabı yəqin ki, xeyli dərəcədə hökumətin elan edəcəyi proqramdan məlum olacaq. Ancaq yerli ekspertlər bu yöndə nikbin deyillər.

“Bu hökumət ölkə qarşısında duran problemlərin çoxunu həll edə bilməyəcək”. “Yeni Müsavat”ın məlumatına görə, tert.am saytına açıqlamasında erməni politoloq Qrant Melik-Şahnazaryan belə deyib. Xarici siyasətdən danışan erməni şərhçi bu sahədə böyük kadr potensialı görmədiyini deyib.

“Bütövlükdə xarici siyasəti qiymətləndirərkən deməliyəm ki, Ermənistan son aylar ərzində izolə edilmiş ölkəyə çevrilib. İnqilab nəticəsində biz strateji müttəfiqlərimiz və tərəfdaşlarımızla münasibətləri korlamışıq. Mahiyyət etibarilə Avropa Birliyi ilə əlaqələrdə heç bir inkişaf yoxdur, əksinə, onunla imzalanmış müqavilənin Avropa ölkələrinin parlamentində ratifikasiyası dayanıb, Ermənistan isə götürdüyü öhdəliklərə əməl eləmir, ABŞ-la heç bir əlaqə yoxdur. Yəni hər şey artıq qırılıb”, - deyə o qeyd edib.

Melik-Şahnazaryana görə, burada fiaskodan daha çox, reabilitasiya mümkünlüyündən danışmaq lazım gəlir: “Ancaq əgər biz eyni yanaşmalara üstünlük verməyə davam eləsək, o zaman heç bu da mümkün olmayacaq”. Erməni politoloqun qənaətincə, xarici siyasət sahəsində hamıda sanki gözləməyə mövqeyi yaranıb, yəni hamı bilmək istəyir ki, ölkə hansı istiqamətə gedəcək.

*****

Ermənistan hökumətinin ən ciddi problemlərindən biri isə Rusiyadan alınan qazla bağlıdır. Çünki qaz əsas ərzaq məhsullarının qiymətinə, demək, həm də Paşinyanın əhaliyə rifahla bağlı verdiyi vədin aqibətinə birbaşa təsir edən faktordur.

“Ermənistan İran qazının idxalı ilə bağlı məsələnin müzakirəsini davam etdirir. İran qazı mövzusu müzakirə edilib, edilir və həmişə də ediləcək, çünki konkret sərfəli qərara gələ bilməmişik”. “Yeni Müsavat” xəbər verir ki, dünən bunu dünən jurnalistlərə açıqlamasında artıq baş nazir qismində olan Paşinyan söyləyib və əhalini sakitləşdirmək üçün onu da əlavə edib ki, Rusiya ilə əlverişli qiymətlə bağlı müzakirələr davam edir.

Lakin energetika və təhlükəsizlik sahəsi üzrə ekspert Vaqe Davtyan mövcud şərtlər daxilində İranın Ermənistana təbii qaz ixracını artıracağını və İrəvana Rusiya qazı ilə müqayisədə daha sərfəli qiymət təklif edəcəyini az ehtimallı sayır. O, bunun bir səbəbini sanksiyalar və neft hasilatının azalması, habelə neftin ucuzlaşması üzündən Tehranın özünün pula ehtiyacının artması ilə izah edib.

Məsələnin geosiyasi aspektlərinə gəlincə, erməni şərhçi deyib: “İran və Rusiya Suriya məsələsində ortaq hərbi-siyasi alyansdadır. Necə deyərlər, onlar eyni ”sanksiya klubu"nun üzvləridir və xüsusilə də energetik sektorda olduqca iri layihələrin reallaşmasına başlayıblar. O cümlədən söhbət İran-Azərbaycan-Rusiya energetik dəhlizinin yaradılması təşəbbüsündən, Rusiya tərəfindən İranda “Buşehr-2" AES-in inşasından gedir. Bundan əlavə, bu ilin avqustunda imzalanan Xəzər konvensiyası İran-Rusiya əməkdaşlığının daha da dərinləşməsi üçün əlavə platformaya çevrilib və iki ölkə arasında Xəzər hövzəsi resurslarından istifadə ilə bağlı bütün problemləri aradan qaldırıb. Bu isə o deməkdir ki, əgər biz qaz məsələsinin iqtisadi və geosiyasi komponentlərini işə salsaq, o zaman belə bir situasiya ilə üzləşəcəyik ki, İran öz qazını yaxın zamanlarda Ermənistan kimi kiçik bazarda Rusiya təbii qazına rəqib edib, bununla da Moskva ilə münasibətləri pisləşdirmək istəməyəcək”.

*****

Beləliklə, qənaət hasil olur ki, Paşinyan hökumətinin ölkəsinə əlverişli qaz almaq istəyi və bu məqsədlə İrandan alternativ kimi istifadə cəhdi Rusiya-İran münasibətləri və İranın öz daxili ağır iqtisadi durumu səbəbindən daşa dirənəcək. Bu isə o anlama gəlir ki, soyuq qış günlərində Moskvanın İrəvana qarşı qaz şantajı davam edəcək.

Ermənistan-Rusiya əlaqələrində yaşanan gərginlik isə Azərbaycanın xeyrinədir. Ən azından, ona görə ki, geosiyasi planda ölkəmiz Moskva üçün daha böyük önəm kəsb etməyə başlayacaq. Üstəgəl, qeyd edildiyi kimi, strateji əhəmiyyətli Azərbaycan-İran-Rusiya ortaq enerji və Şimal-Cənub nəqliyyat layihələri var.



“Rusiya-Ermənistan münasibətlərinin belə davam etməsi bizim xeyrimizədir”. Bunu hüquq elmləri professoru, siyasi şərhçi Rüstəm Məmmədov teleqaraf.com-a müsahibəsində deyib. “Ermənistan yanlış yoldadır. Ermənilər ABŞ və NATO-dan dəstək umurlar. Bu, faktiki, Rusiyanı çox qıcıqlandırır. Sonunda da nə ABŞ, nə də NATO Ermənistana dəstək verəcək”, - deyə politoloq qeyd edib.

Onun fikrincə, münasibətlər Ermənistanın əleyhinə işləyən istiqamətdə inkişaf edəcək. “Əslində rus-erməni münasibətlərinin belə davam etməsi bizim xeyrimizədir. Azərbaycanın Rusiya ilə münasibətləri düzgündür, yaxınlaşma və inkişaf var. Bu münasibətlər davamlıdır. Ona görə də hazırkı mərhələdə Ermənistan-Rusiya münasibətlərində yaranan problemlər Azərbaycanın nəfinədir” - politoloq əlavə edib.

*****

Buna Bakının şansı da demək mümkündür. Çünki belə görünür, Nikol Paşinyan sələfləri kimi Rusiyaya həddən ziyadə bağlanmağa da hazırlaşmır. Əks halda, “məxməri inqilab”ın anlamı qalmazdı - hansı inqilab ki, hələ də ermənilərin durumunu yaxşılaşdırmayıb...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az