• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
  • 15-10-2026 Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-02-2018, 08:28

Sabiq müşavirin həbs etdirdiyi qohumu xəstəxanaya aparıldı

Sabiq müşavirin həbs etdirdiyi qohumu xəstəxanaya aparıldı
Vəkil Türkel Süleymanlı: “Ondan soruşmalıydılar ki, sən məmur adamsan, sənin 10-20 kiloqram qızılın haradandır?”

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin həbs etdirdiyi qohumu Rövşən Əhmədovun səhhəti ağırlaşıb. Böyrəyində kəskin ağrılar əmələ gələn Rövşən Əhmədov təcili şəkildə Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu haqda redaksiyamıza onun vəkili Türkel Süleymanlı məlumat verib. Deyib ki, müvəkkilinin müayinəsi zamanı onun böyrəyində ciddi fəsadların olduğu üzə çıxıb. Vəkil deyib ki, müvəkkilinin böyrəyində təcili əməliyyata ehtiyac var.

Vəkil deyib ki, Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən müvəkkili barəsində qeyri-qanuni olaraq həbs qərarı verilib: “Bununla bağlı Ali Məhkəməyə şikayət vermişik. Məhkəmə şikayəti baxılmamış saxlayıb. Həmin qərardan Konstitusiya Məhkəməsinə şikayət edəcəyik. Tamamilə qanunsuzluq edib bəraət almış şəxs barədə qətimkan tədbiri seçib. Bundan başqa, Rövşən Əhmədov həbs olunan anda psixiatrik xəstəxanada olub. Məhkəmə bilə-bilə ki, Rövşən Əhmədov xəstəxanadadır, barəsində həbsli axtarış verib. Bu, məhkəmənin qərəzlindən başqa bir şey deyil. Hakim Əmir Bayramovun ittihamedici əsasla hökm çıxaracağına da əminəm”.

T.Süleymanlı deyib ki, bu, hakim Əmir Bayramovun ilk belə qərarı deyil: “2017-ci ilin dekabrında müdafiə etdiyim digər bir şəxs barədə Bakı Ağır Cinayətlər Məhkəməsi 70-ci maddəni tətbiq etməklə şərti cəza çıxarmışdı. İş üzrə zərərçəkənlərin heç bir şikayətləri yox idi. Həmin adam xəstəxanada idi. Hakim Əmir Bayramov xəstəxanaya sorğu vermişdi və xəstəxanada olması haqda cavab da almışdı. Bunu bilə-bilə şəxsin barəsində axtarış verib həbs eləmişdi. Hakimin yeri bilinməyən, qaçıb gizlənən deyil, xəstəxanada olan şəxs barəsində axtarış qərarı verməsi hansı məntiqə sığır? Məhkəmənin qərəzi burada görünür”.

Rövşən Əhmədovun 700 min manatlıq ev alması ilə bağlı Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifovun fikirlərinə Türkel Süleymanlı belə cavab verib: “Həmin fikirlər də hamısı ağ yalandır. 700 min manatlıq ev alınmayıb. Mən bütün jurnalistlərdən xahiş edirəm ki, belə bir yalan onlara deyilirsə, sənəd tələb etsinlər. Həmin evin ünvanı, harada yeləşməsi, nə vaxt və kim tərəfindən alınması haqda məlumatları alsınlar”.

Vəkil iş üzrə şahidlərlə bağlı da danışıb: “Dırnaqarası şahidlər iş üzrə istintaq və məhkəmə dövründə olmayıblar. Şahid dedikləri kimlərdir - Çingiz Baxşıyev özü, həyat yoldaşı, onun qızları və yeznəsi. Bildiyimə görə, qarşı tərəf apelyasiya mərhələsində kənar şahidlər tutub gətirib. Sual olunur, 1 ildən çox istintaq, ardından da məhkəmə gedib, əgər şahidlər var idisə, niyə həmin vaxt təqdim olunmayıb? Bildiyim qədər bir taksi sürücüsü tapıblar və o da deyib ki, Rövşən Əhmədov gəlib mənə dedi ki, 30-40 dənə qızıl onluğum var, kömək edə bilərsən bunları sataq. Sual olunur, indiki vaxtda kimin qızıl satmaqda kimə ehtiyacı var? Taksi sürücüsünə müraciət etmək əvəzinə gedib istənilən zərgərə həmin qızılı sata bilməzdi?”

Vəkil deyir ki, ittiham ancaq və ancaq Çingiz Baxşıyevin quru ifadəsinə əsaslanır: “Çingiz Baxşıyevdən pulların mənbəyi haqda bir fikir soruşulmur. Ondan soruşmalıydılar ki, sən məmur adamsan, sənin 10-20 kiloqram qızılın haradandır? Bu gün kimsə çıxıb deyə bilər ki, mənim 80 min manatlıq kompüterimi oğurlayıblar. Ondan, hər halda, dediyini sübut edəcək kompüterin sənədini soruşan olacaq. Çingiz Baxşıyevdən soruşmayıblar ki, ay məmur, 800 min manat qiymətləndirdiyin qızılları haradan, nə vaxt almısan? Çingiz Baxşıyev istintaqda deyir ki, qızılları fevralın 12-də qızına təhvil verib. Rövşən Əhmədov isə deyir ki, fevralın 2-də təhvil verib. Çingiz Baxşıyev qızılları 12-də təhvil alıb və deyir ki, sonrakı dövrdə xəstə olduğundan martın 28-də skoçla bağlanmış bağlamaları açıb və görüb ki, qızılları əskik gəlir. Halbuki o, Gömrük Hospitalında fevralın 12-dən 14-nə qədər müalicə alıb. Bundan başqa, istintaq və məhkəmə dövründə sorğular verilib və deyilən dövrdə Çingiz Baxşıyevin Azərbaycandan xarici ölkələrə bir neçə dəfə gedib qayıtdığı məlum olub. Onun xarici ölkəyə gedib gəlməyə vaxtı olubsa, demək, Bakının içində gedib qızının evində qızılları olan bağlamaları açıb baxmağa da vaxtı olub. Ay yarım içində həmin qızılların içinə bomba da qoymaq olardı, açıb götürmək də. Bundan heç kimin xəbəri də olmazdı. Fevralın 12-də Rövşən Əhmədovun qızının toyu olub. O da qızılları ona görə fevralın 2-də qaytarıb ki, evə gedib gələnlər çox olub. Tutaq ki, Rövşən Əhmədov qızılları qızının toyundan əvvəl oğurlayıb və toy günü də bağlamanı aparıb verib. Yəni ən azı düşünərdi ki, Çingiz Baxşıyev bağlamaları həmin gün, ertəsi gün açıb baxar və qızılların oğurlandığını görərdi, şikayət edərdi. Onu da tutub aparardılar. Heç şikayət etməyib, toyda gəlib onu biabır edərdi. Üstəlik, həmin bağlamalara ay yarım ərzində Çingiz Baxşıyevin qızının, kürəkənin, qulluqçularının da əl vurmaq imkanı olub. Bu adamlar deyirlər ki, biz toxunmamışıq. Onların dedikləri Quran ayəsi olur, Rövşən Əhmədovun dedikləri isə yalan olur? Rövşən Əhmədov supermendir ki, aylarla həbsdə qalır, məhrumiyyətlərə məruz qoyulur və qızılların yerini demir?”

Bakı Apelyasiya Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin həbs etdirdiyi qohumu Rövşən Əhmədovun işi üzrə proses başlanıb. Çingiz Baxşıyev R.Əhmədovun onun qızıllarını oğurladığını iddia edir. Sonuncu isə ittihamı qəbul etmir və onun Çingiz Baxşıyevin “qara biznesi”nə bələdçiliyi olmasına görə susdurulması üçün şərləndiyini bəyan edib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az