• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
8-01-2019, 08:40

Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

İqtisadçı ekspertə görə, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır
Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

Unun qiymətinin artmasını “Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.

Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə 27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: “50 kiloqramlıq ”Mehriban" unu 27 manatdan 28.50 manata qalxdı, “Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. “Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu".

“Yeni Müsavat”a açıqlama verən “Gilan Holdinq №1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük".

Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: “Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.

İqtisadçı onu da vurğuladı ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: “Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.

F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: “Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında ölkəmizə 992 353.87 ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında 1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün 200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib. Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi. Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az