• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
8-01-2019, 08:30

Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?

Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?

Vərəsəlik hüququndan irəli gələrək ata mülkündən miras payı əldə etmək istəyən Qafarova Cəmilə Ağaşirin qızı artıq 16 aydır ki, Şirvan şəhərində mövcud olan üç növlü məhkəmə hakimlərinin süründürməçiliyinə və ədalətsizliyinə düçar olmuşdur. Belə ki, ilkin olaraq aşağı instansiya məhkəməsi olan Şirvan şəhər məhkəməsi onun ata mülkündən miras payının bölünməsi iddiasını təmin etməmişdir. Bunun səbəbi isə Hakim Ziya Əliyevin miras mülk sahibi Qafarov Ağaşirin Məhəmməd oğlunun adına olan həmin evə dair hər hansı sənədin təqdim etmədiyi üçün ələlxüsus Daşınmaz Əmlakın Reyestri Xidmətinə düzgün sorğu göndərməyərək Qafarova Cəmilə Ağaşirin qızına guya bu evə dair bir huquqverici sənədin olmazlığını bildirərək 28noyabr, 2017-ci ildə onun xeyrinə olmayan Qətnamə çıxartmışdır. İddiaçı isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinə ərizə ilə müracət etmiş, bunun müqabilində isə 4 vərəqdən ibarət çertyojlu və möhürlü Ünvanı isə Şirvan Şəhər Əzizbəyov küçəsi 45 yazılan , 0.06 ha sahədə, yaşayış hissəsi isə ümumi 112, 8 kv.metr olmaqla 1967-ci ildə tikilmiş fərdi həyətyanı evin Texniki Pasport sənədini allıb vətəndaş yenidən məhkəməyə çıxıb miras payını xahiş eləsə də Hakim Ziya Əliyev bu Texniki pasportun hüquqi əsas hesab eləməmiş və iddiaçıya Kupça sənədinin əldə etməyi tövsiyyə edərək heçbir vaxt müddəti vermədən, ən əsası da bu işdə cavabdeh olan Qafarov Əliqismət Ağaşirin oğlunun məhkəmə zalına gəlmədiyi halda Qafarova Cəmilənin xeyrinə olmayan Qətnamə Çıxartmışdır. Bu isə bir sıra qaranlıq məqamları özündə ehtiva edir.
Onu da xüsusilə qeyd edək ki, həmin evə dair Şirvan Şəhər Dövlət Arxiv idarəsinin 1983-cü il Şirvan İcraiyyə Komitəsinin Tərtib elədiyi Protokolunda qeyd edilmişdir ki: “Şirvan şəhər Əzizbəyov Küçəsində tikilən 45 nömrəli ev Vətəndaş Qafarov Ağaşirin Məhəmməd oğlunun adına sənədləşdirilsin”. Və iddiaçı Qafarova Cəmilə Ağaşirin qızı bu rəsmi dövlət sənədini də Yerli Şirvan Şəhər Məhkəmələrinə təqdim etsə də , bu sənəddə göstərilən sənədləşdirilsin sözünü belə Məhkəmə proseslərində cavabdeh qismində iştirak edən DƏDRX-nin 13 saylı Şirvan idarəsinin nümayəndələrinə nə tapşırıq verdi, nə də bir irad tutmadı. Halbuki, öz üzərinə düşən bu sənədləşmə işini adı çəkilən bu aidiyyatı qurum-13saylı Şirvan İdarəsi 35 il ərzində çoxdan həyata keçirtməli idi. Fotoları da sizə təqdim edirik.

Çox təəssüf ki , keçən 35 illik bir zaman aralığında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 13 saylı Şivan ərazi xidmət idarəsi tərtib edib hazırlamamışdır. Bunun özü isə öz növbəsində böyük bir qanunpozuntusu deməkdir.

Daha Sonra iddiaçı Qafarova Cəmilə yenidən məhkəməyə ata mülkünə hüquqi əsas verən sənədi təqdim etmək üçün Şirvan 13saylı Daşınmaz Əmlakın Dövlət Reyestri idarəsinə müraciət edir. Kupça sənədinin tərtib olunması üçün Reyestr Xidməti idarəsininin rəhbərliyi həmin evdə ölçmə müayinə işləri aparıldıqdan sonra bu hüquqi əsas verən Kupça sənədinin tərtib olunmasını bildirmiş, həmin evə təhkim olunan mühəndis-texniki işçilərə cavabdeh olan Əliqismət Qafarov qəsdən heçbir şərait yaratmayaraq qapını açmaqdan boyun qaçıraraq böyük maneə əngəl yaratmışdır.
İddiaçı Qafarova Cəmilə bu barədə müvafiq iddia ərizəsi ilə yenidən başqa bir iddia ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edir. Bu dəfə isə Hakim Ziya Əliyev həmin evdə ölçmə müayinə işlərini həyata keçirməklə Kupça sənədinin hazırlanması üçün yaranmış bu maneə-əngəlin aradan qaldırılmasına dair İddiaçının xeyrinə oktyabr 2018-ci il tarixində Qətnamə çıxardır. Qarşı tərəf, yəni ölçmə işinə maneə yaradan cavabdeh Qafarov Əliqismət bu Qətnamədən Apellyasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmiş, işi icraata götürən hakim Zəki Babayev 29 noyabr, 2018-ci il tarixində baş tutan ilk məhkəmə prosesində Cavabdeh tərəfə bu cür sual verir: Vətəndaş Əliqismət Qafarov, siz niyə əngəl maneə yaradırsınız bacınızın miras payı almasına?

–Əliqismət isə cavabında bu ölçmə işinə maneə yaratmadığını bildirir. Bu gülməli səslənən cavaba hakim Zəki Babayev yenidən sualla müraciət edir: Bəs necə maneə yaratmırsınız ki, qapını açmırsınız Reyestr Xidməti İşçilərinə? Ən əsası, siz məgər istəmirsiniz ki, atanız Qafarov Ağaşirin Məhəmməd oğlunun mülkü Sənədləşdirilib Kupça tərtib olunsun?
Cavabında isə Əliqismət Qafarov bir bəhanə gətirərək balaca sonbeşik qardaşlarının burada deyil Rusiyada olmasını bildirərək Yeni il bayramı ərəfəsinə onun vətənə gəlməsini bildirərək həmin dövrə qədər məhkəmə vaxtının uzadılmasını xahiş edir. Lakin həmin evin giriş qapısının açarları məhz burada olan digər qardaş Əliqismət Qafarovdadır və o bu evi ilk olaraq qeyri-qanuni kirayə vermiş, daha sonra özünə məxsus Real Ticarət Mağazası üçün əşya anbarına çevirmişdir. Hakim Zəki Babayev də bu “istəyi” nəzərə alaraq növbəti məhkəmə prosesini 27dekabr2018 ci il tarixinə müəyyən etmiş, Nəhayət bu tarixdə də keçirilən məhkəmə prosesində bu dəfə cavabdehlərin məhkəmə zalına açıq aşkar hörmətsizlik edərək gəlməməsinə bir irad belə tutmadı. İddiaçının Rəsmi -Etibarnamə ilə nümayəndəsi olaraq mən Qurbanlı Xəyyam Ayət oğluna bir neçə sual verdi. Hakim Zəki Babayevin mənə sualı belə oldu: Siz bu iddiayla nə istəyirsiniz?

Bir il yarım ərzində keçirilən məhkəmə proseslərində müvafiq ərizələrdən də açıq aşkar yazılaraq görünən vərəsəlik hüququndan irəli gələrək miras payını tələb edən şəxslərə bucür sualın verilməsi sözün əsl mənasında çox gülünc bir məqamı ortaya çıxartdı. Mən Hakim Zəki Babayevin xatirinə Vərəsəlik hüququndan irəli gələrək müvafiq Qanunvericilikdə nəzərdə tutulanları nəzərə alaraq ədalətli qərar çıxarılmağını, iddiaçının notarial etibarnamə üzrə nümayəndəsi olaraq ata mülkündən qanuni miras payını Hakimlər heyətindən bir daha xahiş elədim. Eləcə də bu dəfəki keçirilən məhkəmə prosesinə açıq aşkar hörmətsizlik nümayiş etdirən Qafarov Əliqismət Ağaşirin oğluna müvafiq iradın tutularaq qanunvericilikdə bu barədə nəzərdə tutulan sanksiyanın tətbiq edilməsini xahiş eləsəm də , Hakim Zəki Babayev nəinki bu haqlı tələbi yerinə yetirdi, hətta, Müşavirə zalına keçib bir neçə dəqiqədən sonra yenidən zala qayıdıb iddiaçı ata mülkündən öz halal miras payını almaq istəyən Cəmilə Qafarovanın deyil, bu işdə maneə əngəl yaradan Qafarov Əliqismətin xeyrinə Qərar elan elədi.

Bu cür ədalətsiz Qərarın çıxarılması isə heç gözlənilməz idi. Ən əsası ona görə ki, cavabdeh tərəf böyük sayğısızlıq nümayiş etdirərək məhkəmə zalına heçbir üzrlü səbəbdən də gəlməməyi bir yana, üstəlik də ata mülkündən qanuni miras payının bacısına verilməsinə və sözügedən mülkə dair hüquqverici sənədin tərtib olunmasına əngəl yaradan şəxsə heçbir tədbir görmədi.

Bu misilsiz ədalətsizliyə yol verən hakim Zəki Babayevə etdiyim haqlı etirazıma onun cavabı belə oldu: ” Yoldaş Qurbanlı, Azərbaycanda Məhkəmə üçpilləli sistem üzrədir, İndi də siz Ali məhkəməyə Kasassiya şikayəti ünvanlayın!”

İnanırıq ki, Məhkəmə hüquq şurası, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Cənab Fikrət Məmmədov Şirvan Şəhərindəki adıçəkilən Məhkəmə orqanlarında ədalət və qanunun aliliyi-şəffaflığına əməl etməyənləri şəxsi nəzarətinə götürərək rastlaşdığımız bu süründürməçilikdə bizə yardımçı olacaq. Cənab Nazir, mən bir vətəndaş olaraq sizdən kömək istəyirəm, İnanıram ki, edəcəyimiz Kasassiya şikayətimiz Ali məhkəmə zalında icraata götürülərək Vərəsəlik hüququndan irəli gələn miras payının əldə etməyimizçün şəffaf həllini taparaq ədalətli qərarı görəcəyik.(xeberle.info)

Nyus.Az












Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az