• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
3-01-2019, 09:19

Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni edəcək

Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni edəcək

Başa vurduğumuz 2018-ci ildə də rəsmi Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərini davam etdirib.

Uzun illərdir münaqişənin nizamlanması üzrə aparılan danışıqlar nəticə verməsə də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər danışıqlar prosesində müəyyən irəliləyişin olması baxımından nikbinlik yaradır. Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbərliyi"ni münaqişə tərəfi kimi danışıqlar masasında oturtmağa çalışsa da, Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Ermənistanın yeni rəhbərliyinin bu niyyəti puç oldu, danışıqların formatı dəyişməz olaraq qaldı.

Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri 2018-ci ildə də döyüş meydanında uğurlu əməliyyatlar həyata keçirdi. May ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordusu tərəfindən kənd və ətraf ərazilər işğaldan azad olundu, müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirildi. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay su dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradıldı, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Şübhəsiz ki, bu uğurlu əməliyyat Azərbaycan Ordusunun 2016-cı il şanlı Aprel zəfərinin məntiqi davam idi. Aprel döyüşlərində ordumuz Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatı keçirdi, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan azad etdi, həmçinin Lələtəpə yüksəkliyinin azad olunması ilə Cocuq Mərcanlı kəndində təhlükəsizlik tam təmin edildi. Qısa müddətdə Cocuq Mərcanlı kəndi bərpa edildi, burada 150-dən artıq ev tikildi və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdılar.

Ümumiyyətlə qeyd etməliyik ki, son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində də çox böyük addımlar atılıb. 300 minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. 2018-ci ildə isə 5800 məcburi köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib, o cümlədən "Qobu Park" köçkün şəhərciyi və Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışı olub.

2018-ci ildə də Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması diplomatiyamızın ən başlıca vəzifəsi olub və əlbəttə ki, cari ildə də prioritet vəzifə olaraq qalacaq. Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutub və Azərbaycanın xarici işlər naziri ilə ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. Ötən il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə istiqamətlənmiş danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Bundan başqa, yola saldığımız ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub:

- 3-6 aprel tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib;

- 16-17 aprel tarixlərində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib;

- 25 apreldə Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirməsi müharibə cinayəti kimi qeyd olunub;

- 5-6 may tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənib;

- 11 iyulda Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub;

- 5 oktyabrda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM-a üzv ölkələrin ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib;

- 12 dekabrda Avropa Parlamentinin qəbul etdiyi "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə" adlı qətnamədə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin beynəlxalq hüquq, norma və prinsiplərə uyğun olaraq nizamlanmasının zərurəti vurğulanır. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırır. Beləliklə, sənəd faktiki olaraq növbəti dəfə Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

- 17 dekabrda BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul edilib.

Ötən il dekabrın 24-də məcburi köçkünlərlə görüşündə dövlətimizin başçısının dediyi kimi, Azərbaycan bütün imkanlardan istifadə edir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın:

"Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq".

Beləliklə, heç şübhəsiz ki, cari ildə də Azərbaycan Ermənistanın təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtması üçün əlindən gələni edəcək.

Bəxtiyar Hacıyev,

Trend

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az